ƏLİ HƏSƏNOVUN “TROL BİZNESİ”... - Vüqar Səfərli keçmiş şefinin çirkli əməllərini ifşa edir

Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş rəhbəri Əli Həsənovun dövlətin media layihələrindən müxtəlif maxinasiyalarla külli miqdarda vəsaiti mənimsədiyi barədə yeni faktlar üzə çıxır. Hazırda məhkəmə müstəvisində olan "KİVDF işi"-ndə bu barədə şahid ifadələri, onların təqdim etdikləri sübutlar ortaya qoyulub.

Məlum olur ki, 2009-2020-ci illər ərzində dövlət büdcəsindən mətbuatın inkişafı istiqamətində ayrılmış on milyonlarla manat Ə.Həsənovun nəzarətində olan “pulyuma vasitələrilə” şəxsi biznesə ötürülüb. Bu cinayətdə keçmiş şöbə müdirinin oğlu Şamxal Həsənovun da iştirak etdiyi bildirilir. Dövlət vəsaitlərinin bir qismi onun rəhbərlik etdiyi biznes strukturları vasitəsilə ələ keçirilib. Gözlənilir ki, məhkəmə prosesində ata-oğul Həsənovlar barəsində açqlanacaq ittihamlar və səsləndirilən şahid ifadələri onların həbsxanaya yolunu açacaq.

Mətbuatda yayılan istintaq materiallarından aydın olur ki, Əli Həsənov təkcə media layihələrindən faydalanmayıb, ətrafında saxladığı "trol ordusu" üçün də külli miqdarda pullar alıb.

Məlumatlı mənbə bildirir ki, keçmiş şöbə müdiri "müxalifət fəallarına qarşı mübarizə" layihəsinə ildə təxminən 50 milyon manat cəlb edib. Bu vəsaitin bir qismi jurnalistlərə, bloqerlərə, QHT rəhbərlərinə paylanıb, əhəmiyyətli hissəsi isə silinərək mənimsənilib.

Ləğv olunmuş KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin istintaqa verdiyi ifadələr də bu maxinasiyaların bir qisminə işıq salıb.

V.Səfərli bildirib ki, Fond üçün Əli Həsənovun ailə mülkiyyətində olan binada yer icarəyə götürdükdən sonra şöbə müdirinin göstərişi ilə 2019-cu ildə bağlanmış icarə müqaviləsinə dəyişiklik edilib: "Binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi.

Əli Həsənov məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.

Vüqar Səfərlinin ifadəsindən məlum olur ki, Ə.Həsənov "trol ordusu" üçün öz şəxsi əmlakını dövlət hesabına icarəyə verib. Bəllidir ki, KİVDF üçün alınan icarə haqqı  mövcud bazar qiymətlərindən azı iki dəfə yüksək olub.

Şübhəsiz ki, Həsənov öz binasından trollar üçün daha böyük sahəni icrayə verməklə daha böyük həcmdə vəsaiti çırpışdırıb. Beləliklə, müxtəlif qaynaqlardan əldə olunan milyonlarla vəsaitin bir hissəsi şişirdilmiş icarə müqavilələri vasitəsilə "yuyulub".

"Trol ordusu"nun fəaliyyətinə gəlincə, onlar hökumətin deyil, daha çox Əli Həsənovun, Ramiz Mehdiyevin şəxsi maraqlarının keşiyində dayanıb. Sabiqlər haqqında bircə tənqidi ifadə işlətmək kifayət idi ki, müxtəlif saytlarda tənqid müəllifləri haqqında yüzlərlə təhqiramiz yazılar, "təhlillər" dərc olunsun, sosial şəbəkələrdə qarayaxma kampaniyaları aparılsın.

Amma ölkə rəhbərliyinə qarşı daxildə və xaricdə müxtəlif dairələrin sifarişi ilə start götürən silsilə böhtan kampaniyası zamanı Ə.Həsənovun “trol ordusu” susurdu.

Beləliklə, məlum olur ki, keçmiş şöbə müdiri dövlətin vəsaitini talamaqla yanaşı, hökumətdən əldə etdiyi pullar hesabına özünün və Ramiz Mehdiyevin maraqlarını qoruyan “trol ordusu” da saxlayıb.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

esger 2021-09-03 14:00:20

Əgər cəza mexanizmi hamı üçün eyni şəkildə qanuna uyğun işləməsə bu korupsiya kökü heç vaxt kəsilməyəcək

Aydın 2021-09-03 13:11:25

Əli Həsənovu işdən çxardana qədər guya onun sərvətini bilmirdiler? Çox yaxşı bilirdilər. KIVDF-nin, Qht-lərə DDŞ-nin, "Trol fəaliyyətinin" korrupsiyası axı göz qabağinda idi. Xalq hər şeyi bilirdi, ancaq hüquq mühafizə orqanları bilmirdi. Həle Əli Həsənovun kadrları istər PA-da isterse də mətbuat və tv-lədə iş başındadırlar.

Firdövsi 2021-09-03 11:47:30

Guya Vüqar bunu deməsə idi.unlar bilnmirdi?Sadəcə bəzi adamların hərəkətlərinə bilərəlkdən göz yumullub.Axə illərlə davam edən talançılıq nəzərə çarpmaya bilməzdi.Əli Həsənov vəzifəyə gətiriləndə hətta əyninə geyinməyə müvafiq paltarı yox idi.Bəs necə oldu? Mülklər,ofisllər.var,dövlət...Xalqı soyub,bəzilərini varlandırmaq (misal Ziya.Fazil Məmmədovlar.İbrahimovlar,və sair bu kimi talançılar ortaya çıxarıldı.hətta oliqarx adlandırıldılar

Mirzəli Kərimov 2021-09-02 17:40:02

Bu qanunsuzluqlar və özbaşınalıq,soyğunçuluq,mənimsəmə uzun illər baş veribsə(10 ildən çox) Bu sistemin normallığını və YAP-ın Azərbaycana,xalqa sədaqətini necə anlamaq olar? qanunsuzlyuqlar uzun illər (10 ildən artıq)

Əbdül Rzayev 2021-09-02 17:22:33

Maraq doğuran digər məsələ Həmin binanın Əli Həsənova verilməsi proseduru necə baş verib? Bu boyda sahəyə malik,kapitaaaaal tikintili bina üçün Əli Həsənov büdcyə nə qədər pul ödəyib?Daha doğrusu bir kvadratı ona neçəyə satılıb.Bu ciddi məsələdir və bir çox bu sahədıə olan maxinasiyalara işıq salar və Əmlak Komitəsinin fırıldaqlarını da üzə çıxarar.

Son yazılar