İKİ DEPUTATIN BİR MƏSƏLƏYƏ FƏRQLİ BAXIŞI: BİRİ SƏMİMİ, BİRİ SAXTA! – “15 qəpiklə heç kim kasıblamaz”, yoxsa “bahalaşma bütün sahələrə təsir edəcək”?

"Şanlı Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür". Artıq deputat Eldar Quliyevin benzinin bahalaşmasına haqq qazandırmağa yönələn bu fikri sosial şəbəkələrdə və mətbuatda ən populyar “tezisə” çevrilib və adama sağdan, soldan deyilməyən söz, irad, tənqid qalmayıb.

Xatrladaq ki, 5 dəfə(!) deputat olan E.Quliyev həm də Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. Lakin bir iqtisadiyyat professorunun yanacaq növlərinin bahalaşmasına “15 qəpiklə heç kim kasıblamaz” kimi primitiv, elmdən, reallıqdan, iqtisadiyyat anlayışından uzaq yanaşması istər-istəməz müəyyən şübhələrə yol açır. 

Ya 70 yaşlı deputatın yaddaş, psixika, qavrama və s. psixoloji məqamlarla bağlı sağlıq problemi var, ya da bu cür açıqlama ilə bilərəkdən, qəsdən əhalidə qıcıq yaratmaq, insanların bu bahalaşmaya daha aqressiv formada diqqət yetirməsinə, reaksiya verməsinə nail olmaq məqsədi güdülür.

Çünki nəinki iqtisad elmləri doktoru, professor, hətta bazarda xırda ticarətlə məşğul olan, yaxud iqtisadiyyat elmindən uzaqdan-yaxından xəbəri belə olmayan sıravi vətəndaş da gözəl bilir ki, istənilən bahalaşma zəncirvari reaksiya doğurur, xüsusilə də bu, yanacaq kimi strateji əhəmiyyət daşıyan məhsullara aid olduqda.

Yanacaqdakı 15 qəpiklik artımın özünü ərzaqda və digər məhsullarda 25, 35 , 45 və s. qəpik artımla göstərəcəyini bilmək üçün xüsusi iqtisadi biliklərə malik olmaq lazım deyil, elə ötən illərin təcrübəsinə baxmaq kifayətdir. Təbii ki, E.Quliyev üçün nəinki 15 qəpiyin, heç 150 minin heç bir dəyəri yoxdur, amma elə onun özünün deputat olduğu dairədə gündəlik çörək puluna möhtac olan bəlkə də yüzlərlə ailə var...

Belə bir arqument gətirilir ki, Aİ-95 və Aİ-98 markalı benzindən əsasən nisbətən orta və imkanlı təbəqə istifadə edir. Ancaq bu iddia kifayət qədər qüsurludur. Çünki müasir avtomobillərin böyük hissəsi məhz bu markalardan, Azərbaycanda isə xüsusilə Aİ-95-dən istifadə olunmasını tələb edir. Lakin heç kim iddia edə bilməz ki, belə maşınların sahibləri hamılıqla imkanlı adamlardır. Onların arasında həmin avtomobilləri kreditlə alanlar və ümumiyyətlə nəinki varlı, heç orta təbəqəyə də aid edilməyəcək şəxslər var.

Digər yandan Azərbaycan bazarının iştirakçıları, inhisarçılar da daxil olmaqla, onsuz da möhtəkirliyə meyllidirlər və qiymət artırmağa bəhanə axtarırlar. Ona görə də xüsusilə dövlət, hökumət səviyyəsində elan olunan istənilən qiymət artımı dərhal özünü bazarda göstərir. Və E.Quliyev də daxil olmaqla, istənilən iqtisadçı gözəl bilir ki, bu məsələdə iqtisadi amillərlə yanaşı, psixoloji məqam da böyük rol oynayır və məhz bu məqam bütün pozisiyalar üzrə bahalaşmaya təkan verir.

Odur ki, E.Quliyev bütün bunları bilməyəcək, anlamayacaq dərəcədə savadsız və hansı mövzu olur-olsun, nə yolla olur-olsun hakimiyyətə yarınacaq qədər məddah ola bilməz. Deməli, hökumətə göstərilən bu “ayı xidməti” təsadüfi deyil və bunun hansısa qaranlıq niyyətlərə xidmət etdiyini də istisna etmək olmaz...

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzaqa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?! Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!

Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir...” Bunu isə digər deputat – Vahid Əhmədov deyir.

O da E.Quliyev kimi elmlər doktorudur, iqtisadçıdır, bir müddət Baş nazirin birinci müavini də daxil olmaqla, yüksək vəzifələrdə çalışıb, ölkə iqtisadiyyatını da ən azı E.Quliyevdən az bilmir. Yaxşı, belə olan təqdirdə, necə olur ki, iki deputatın, iki iqtisadçının fikri bir-birilə tam ziddiyyət təşkil edir? Deməli, bu adamlardan biri qeyri-səmimidir, saxtakarlıq edir və gözünün içinə qədər yalan danışır...

“Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burada neyniyirsən. Dedi, həftə sonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul olunur”Həm də Respublika Ağsaqqalar Şurasının sədri olan E.Quliyev camaata əxlaq dərsi keçmək istədiyinə görə, bu açıqlamasından sonra mətbuatda, sosial şəbəkələrdə “belə əxlaqlı, mərifətli adamsansa, həmin qadının “işlədiyi” yerdə nə gəzirdin” sualıyla üz-üzə qaldı, onu ələ saldılar, məsxərəyə qoydular və s.

Doğrusu, ümumiyyətlə ahıl adamların bu cür ələ salınması kənardan yaxşı görünmür, ancaq zaman keçdikcə görürsən ki, bəziləri elə doğrudan da yaşına, başına baxmayaraq, ələ salınmağa layiqdirlər...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Saqqalsız ağsaqqal 2021-09-24 17:54:32

Adımızı batıran belələrinə cəza olaraq məcbur etmək lazımdır ki, saqqal qoysun.

Oxucu 2021-09-21 21:59:04

Cəlal müəllim, Şəki ağır günlərini yaşayır..... Xahiş edirik, Şəkinidə "işıqlandırın " !!!

Ələkbər 2021-09-19 17:45:17

Belə hallar illərdir davam edir.Ancaq bunun qanunsuz və əsassız olduğu rəsmi olaaraq bir dəfə də olsun MM-də müzakirəyə çıxarılmayıb.Niyə bu Millətin vəkilləri indiyə qədər MM-də məsələ qaldırıb müzakirə açmayıblar? Əslində isə bu qeyri-qanuni qurum ləğv edilməli,belə məsələlərlə Parlament məşğul olmalıdır.Odur ki,hər iki deputatın yanaşması doğru deyil.

Davud 2021-09-19 16:36:58

Eldar bəy özünü tam biabır etdi.Ada nə hesab bilir,nə anlayışı var.Amma Universitet rektoru (yazıq universitet),Ağsaqqalarşurası və ... Hələ bir deputat?Belə biabırçılıq yalnız kadr siyasətinin nə olduğunu bilməyən ölkədə olar.tm

Mühasib 2021-09-19 13:50:44

Təsadüfi şəxslərdən tətib edilən Tarif Şurası gecə saat 12-dən sonra qərar verərək heç bir əsası olmadan yanacaq qiymətlərini artırırlar.Səhəri gün bütün ərzaq.sənaye və digər malların qiymətlər daha artıq faizlə artırılır.Bəs maaş və pensiyalar da artırılırmı? Niyə bu sahə özbaşına buraxılıb?tməb

Anbardara 2021-09-18 08:41:12

Nettosu ya bruttosu?

Gəncə 2021-09-17 21:31:16

Bu naxırçılıqdan gələn 15 qəpiklik "deputatdan"nə gözləmək olar. Az qalıb ....

Anbardar 2021-09-17 17:44:01

Bu görən neçə kilo olar?

İ.Mustafaoğlu 2021-09-16 23:03:30

Dövlət büdcəsini talan edənlər, elə bilirlər ki, xalq özləri kimi yağın-balın içində yaşayırlar. Benzinin qiymətinin qalxması sosial narazılıqların yaranmasına gətirib çıxarır.. İqtisadiyyata rəhbərlik edən şəxz . e.Quliyev benzinin qiymətinin qalxmasını müsbət bir addım kimi qiymətləndirməsi, öz xidmətləri ilə cənab Prezidentin etimadını qazanmaq əvəzinə xəyanət edir, xalqı dövlətdən narazı salmağa, sosial narazılıqların yaranmasına öz töhvəsini verir. Belə məmurun MM üzvü olması şübhə doğurur ? Bir fənn üzr dərs deyən müəllimi 65-yaşa çatan kimi işdən azad edirlər , ancaq 70-yaşında olan e. Quliyev Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri, Azərittifaqın sədri və s.... Bu 70-yaşında bu işləri hansı formada yerinə yetirir ? Onun təkcə Kooperasiya Universitetinin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılsa, dövlətimizə və cənab Prezidentimizə necə sadiq olması üzə çıxar !!!

adsiz 2021-09-16 19:24:49

gullelensin !

Qarasaqqal 2021-09-16 17:50:30

Saqqalsız bu adam Ağsaqqallar Şurasına necə sədrlik eləyə bilər? Bəs soruşmazlar ki, sənin saqqalın hanı? Bəlkə heç buna saqqal lazım olmadığı kimi bizə də Ağsaqqallar Şurası lazım deyil?

Niyaməddin 2021-09-16 17:18:17

Cəlal bəyə çox böyük təşəkkür edirik, minnətdarıq! Yazıq millətin halına! Allah bəlanızı versin, çörəyə, suya möhtac qalasınız. Kasıbların ahı tutsun sizi.

Maraq 2021-09-16 16:56:53

Bir çəxs gündə neçə saat ,ayda neçə gün şləyə bilər?Eldar bəyin xeyli yaşı var və onun orqanizmi tutduğu (deputat.asaqqallar şurası,Kooperasiya universiteti,biznes və...)vəzifələri idarə etməyə ikan verirmi? İkinci maraqlı Buqədər vəzifələrdən onun maaşı nə qədər qanuni hesab olunur?Bəs dövlət strukturları hara baxır?Bir də bu Eldar müəllim harada doğulub,valideynləri harada yaşaiıb?nə.

Aborigen 2021-09-16 15:56:46

Vallah belələrini görəndə iki fikir mənə rahatlıq vermir. Ya bu millət ancaq belə debillərdən ibarətdir, ya da ki, hansısa görünməz qüvvə bu debilləri seçərək yüksək mənsəblərə oturdur.

Millət 2021-09-16 11:51:18

Belə ağsaqqalı olan məmləkətin son halını düşünürsünüzmü?

Cavan 2021-09-16 11:48:26

Eldar Quliyevi rəhbərlik etdiyi universitet Azərbaycanın üz qarasıdır.Dağıdtandan,gücüstandan tələbələri qanunsuz yolla gətirib rüşvət müqabilində diplom verirlər.DTX-dan xaiş edirəm yolunuzu onun başçılıq etdiyi universitetə salın.Oğru məmurların hamısı eldar Quliyev kimi danışaraq özlərini sığortalamağa çalışırlar.

Mirzə Qafarlı 2021-09-16 10:49:55

MM-in deputatı, Kooperasiya universitetinin rektoru, Azərittifaqın sədri hörmətli Eldar Quliyev Dövlətimizin iqtisadi qayğısına qalırsa, ən azı üç yerdən aldığı əmək haqqlarından birini dövlət büdcəsinə keçirməyi məsləhət görürəm.

Həmid 2021-09-16 10:48:32

Atalar deyib: ..toxun acdan nə xəbəri? Hamı məcburən maşınını samaq istəyir. Bəs alan varmı? Kimə sataq? Çoxunun bu maşın çörək puludur. Axı adamları çörəklə imtahana çəkməzlər, ay "ağsaqqal".

Said 2021-09-16 10:44:20

E. Quliyev doktorluq dərəcəsinin plaqiat olduğunu öz "səviyyəli iqtisadi araşdırması" ilə sübut edir. Fransadakı ... evləri haqqında da "ağsaqqal araşdırması" aparmasına dünya içtimaiyyətinin böyük ehtiyacı var.

Adil 2021-09-16 10:22:13

Ay korrupsiya üzrə professor. Bu 10 litrdən Bir manat əlli qəpik, 100 litrdən 15 manat, 1000 litrdən 150 manat edir.Yəni gündə on litr işlədən kəs ən azı ayda 45 manat əlavə xərcə düşür. 9 ayda bu benzin artımı 3 dəfə baş verdiyini nəzərə alsaq bu bir ailənin büdcəsindən xeyli vəsait itirildiyidir, 15 qəpik deyil, ay ....Bəli sən ayda 150000 min də artıq odəsən kasıblamazsan deyə hamını elə bilirsən., ..

Veten dashi 2021-09-16 10:21:25

Eldar m.Sabuncunun deputatidi .Öz vəsifəsini "Məmmədyarov dairəsinin" yanındakı ofisində insanları Qurban bayramı ,Ramazan Bayramında biabırcı bir formada saatlarla növbələrdə saxlayib numayişkəranə surətdə 50 adama hədiyyə verməklə deputat vəzifəsini bitmiş hesab edir.Maştağa kəndində elə ağsaqqalar elə kishilər var ki verdiklərin kimsə bilməz.Zəhmət olmasa bu deputat ağsaqqala deyin ki Maştağa kəndinə 20-30 ildir ki susuz yashayan evlər var.İndi də camaatdan 400-500 azn alıb qeyri qanuni su xətləri cəkirlər.Vaxtı olsa maraqlansın....

Emin 2021-09-16 10:12:15

Eldar sovet dövründə də indi də ən korrupsionerlərdən başda ....Ramiz Mehdiyevin adamıdır və belə fikirlərlə hakimiyyətin nüfuzdan düşməsi üçün əlindən gələni edəcək və edir. Savad məsələsində əsil deyildir. Yoxlayın görək bu elmi adları nə vaxt alıb, onda bilərsiz...

Roma 2021-09-16 09:48:44

Eldar Quliyevin deputat seçilməsi yəni səs çoxluğu yığması bir qədər müəmmalıdır, onunla eyni dairədən namizəd olan, səhv etmirəmsə Aygün Muradxanlı məncə daha çox səs toplamışdı. Onun iqtisad elmləri doktorluğuna da şübhəm var, yanacaqın qiymətindəki artıma bu cürə yanaşma onun elmi səviyyəsinin göstəricəsidir. Bundan başqa bir neçə illər öncə Eldar Quliyevin bir neçə şeirlərini qəzetdən oxuyası oldum (Qarağac və s.) orada belə bir misrasına rast gəldim, "Şəkiliyə dərs də keçər kəndçimiz...", bax budur Eldar Quliyevin deputat, iqtisadçı şair və ən nəhayət "insanlıq göstəriciləri"...

Aydin 2021-09-16 09:37:19

Tarif surasi derhal buraxilmali,bele meseleler Parlamentde baxilmali ve Prezident tesdiqlemellidir.YAlniz bundan sonra deyisiklik etmek olar

Mahir 2021-09-16 09:27:26

E.Quliyevi universitetde rwshvet,MM-de elave maas ...

Kəndli 2021-09-16 09:19:24

Qardaşım belə ve ümumiyyətlə yaşı çox ama heyat derki 2 ci sinifdə qalan qocalar hörmətə layiq deyil. Allah cavanlara dəyməsin

t.ədalət 2021-09-16 09:18:37

Bilirsiniz,Cəlal müəllim,Eldar Quliyev də "5 kolon"dur."5 kolon"lar xalqın mənafeyindən uzaq adamlar olurlar.

Son yazılar