İRANIN SƏRHƏD İSTERİKASI... - Yaxud Tehran niyə anti-Azərbaycan siyasətindən əl çəkmir?

İslamda, eləcə də digər dinlərdə “özünə rəva bilmədiyini başqasına da rəva bilmə” prinsipi var. Ancaq özünü islam təəssübkeşi kimi göstərən, lakin çox vaxt rəqibləri tərəfindən saxtakarlıqda, din istismarçılığında, məzhəbçilikdə və s. günahlandırılan İran rejimi deyəsən bu cür prinsiplərə, dini tələblərə qətiyyən məhəl qoymaq fikrində deyil...

Bir anlıq təsəvvür edək ki, İranın hansısa bölgəsi təcavüzkar dövlət, separatçılar, terrorçular, qanunsuz hərbi birləşmələr və s. tərəfindən 30 ildir işğal olunub. Bu işğal zamanı on minlərlə iranlı gənc, yaşlı, qadın, uşaq qətlə yetirilib. İranın həmin əraziləri viran qoyulub, tarixi abidələri məhv edilib və s. 

Və bütün bunlara baxmayaraq, qonşu müsəlman Azərbaycan İranın bütün xahiş və xəbərdarlıqlarına rəğmən həmin işğalçının, terrorçunun məskunlaşdığı İran ərazisinə, onun yuvasına(hələ silah-sursat və mal-material, yanacaq və digər strateji məhsulları bir kənara qoyaq), sadəcə ərzaq, yaxud geyim əşyaları daşıyır. Görəsən, belə yükləri daşıyan azərbaycanlı sürücü İran hakimiyyətinin əlinə düşsə, ona hansı cəzanı kəsər?

Kimsənin şübhəsi olmasın ki, belələrini dərhal “şəriət məhkəməsinə” çəkib, dar ağacından asarlar, yəqin ki, düz də edərlər. İranın terrorçularla və onlara yardım edənlərlə necə davrandığı yaxşı məlumdur. Yaxşı, belə olan halda, nədən onlara olar da, bizə olmaz? Axı onlar özlərinə rəva bilmədiklərini bizə rəva bilirlər! Doğrudur, biz kimisə asıb-kəsməyə hazırlaşmırıq...

Amma faktdır ki, istər 30 illik işğal, istərsə də müharibə və ondan sonrakı dövrdə rəsmi və qeyri-rəsmi formada İrana bəlkə də yüzlərlə dəfə xəbər edilib ki, sizin yük maşınları bizim işğal olunmuş ərazilərimizdə sülənirlər.

Son olaraq, ölkə başçısı səviyyəsində konkret faktlara söykənərək, Laçın dəhlizi ilə separatçılara müxtəlif təyinatlı yüklər daşıyan İran maşınlarıyla bağlı etiraz bildirildi. Ancaq İrandan səs çıxmadı.

Lakin Xankəndiyə gedən və həyasızcasına yol sənədinə də son təyinat nöqtəsi kimi “stepanakert” yazılan yük maşınlarının iki sürücüsü tərəfimizdən saxlanılan kimi, Tehran əl-ayağa düşdü, onların azad olunmasını tələb etdi. Hansı ki, bu şəxslər və onları göndərənlər konkret cinayət əməli törədiblər. Eyni şeyi azərbaycanlı sürücülər etsəydilər, onları sərhədi qanunsuz keçməkdə və terrorçuluğa dəstəkdə günahlandırar, hətta terrorçu elan edərdilər...

Ümumiyətlə, son ayların və xüsusilə son günlərin hadisələri göstərir ki, İran Azərbaycana qarşı apardığı məkirli siyasət və atdığı addımlarla Rusiyanı da ötüb keçərək, açıq şəkildə təcavüzkar Ermənistanın yanında durduğunu nümayiş etdirir. Bunu təsdiqləyən faktları saydıqca bitirmək mümkün deyil.

Son olaraq, İranın Azərbaycanın Xəzər dənizindəki təlimlərinə münasibətini və özünün Azərbaycanla sərhəddə planlaşdırdığı və təbii ki, qonşu müsəlman ölkəyə “gövdə nümayişi” xarakteri daşıyan hərbi təlimlərini göstərmək olar. Nədənsə, Qarabağın 30 illik işğalı dövründə həmin sərhədlərdə hərbi təlim keçirməklə yox, ərazilərimizdəki separatçılar vasitəsilə Ermənistana və digər ölkələrə müxtəlif “qaranlıq” yüklər ötürməklə məşğul olan, yüz cür oyundan çıxan İran rejimi, 44 günlük müharibədəki qələbəmizdən və suveren sərhədlərimizin bərpasından sonra bu sərhədlərdə artıq ikinci təlimini keçirir. Niyə, səbəb nədir, Azərbaycan İran ərazisi üçün hansısa təhdidmi törədib?...

Yeri gəlmişkən, bu təlimlərlə bağlı bildirilir ki, orada İranın hərbi hava müdafiə qüvvələri də iştirak edəcək. O qüvvələr ki, ABŞ raketi əvəzinə Ukraynanın sərnişin təyyarəsini vurur, İraqdakı ABŞ hərbi bazasının əvəzinə az qala Yəməndəki susuz səhralıqları nişan alır. İndi kim təminat verə bilər ki, həmin bu “havadan müdafiə sistemləri” səhvən İrana aid hədəfləri vurub da, bunun günahınıl qonşularının üstünə atmayacaq?...

Tehranın son “qəhrəmanlıqlar”ının üzərinə İranın Ermənistandakı, ermənilərə ermənilərdən çox ürəyi yanan səfirinin açıqlamalarını da əlavə etmək olar. Bir müddət əvvəl Azərbaycanla sərhəddə gəlib, durbinlə Azərbaycan mövqelərinə, əsgərlərinə baxan, ermənilərə ürək-dirək verən səfir Abbas Zohuri bu dəfə canfəşanlıq göstərərək, Ermənistan hökumətini tezliklə Gorus-Qafan yoluna alternativ yol çəkməyə çağırıb. Yəqin ondan ötrü ki, İran rejimi yenə də asanlıqla Qarabağdakı separatçı erməni qardaşlarına yanacaq, top-tüfəng daşıya bilsin...

Bütün bunlar onu göstərir ki, İranda prezidentlər, hökumətlər, nazirlər, və s. dəyişsə də, Tehranın əsrlər boyu davam edən Azərbaycan siyasətində heç bir dəyişiklik yoxdur. Azərbaycanın 44 günlük müharibədəki şanlı qələbəsi isə bu siyasəti daha da aqressivləşdirib. Çünki Azərbaycan dövlət, ordu, iqtidsadiyyat, cəmiyyət və s. olaraq böyüdükcə, onu istəməyənlərin bizə olan kin-küdurəti də böyüyür. Qoy böyüsün, yetər ki, biz də yolumuzdan dönməyək, böyüməkdə, güclənməkdə davam edək!

Cəlal Məmmədov

“AzPolitika.info” 

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Baba 2021-09-23 09:39:17

İrada şahı devirə,Xomeynini hakimiyyətə gətirən hası ölkədir?! FRANSA!!! İndi bildiniz İranın erməni sevgisi harda qaynaqlanır?

Vətəndaş 2021-09-22 09:10:27

Azərbaycanın çörəyini yeyib,suyunu içən,ata-anasından da çox iranın mövqeyini tutan şərəfsiz, satqın vətən xainlərinə ölüm olsun.Necə olur ki,bu sadə həqiqəti görmürlər,erməni,rus bizim düşməndir,molla-zolla da bunun hər ikisinin dostudur.

Eko 2021-09-22 06:28:53

Dûnen iran prezidenti pashinyani tebrik edib , yeqinki hami bilir bunu . Arzu edib ki , ermenistan bundan sonra dahada qûclenecek , ve bu cindirlar dahada yaxin dost dôvlet olacaqlar , Indi ortaya bir sual cixir , hani sheyximiz ? hardadiyee bu iranin dostu ? Cixsin milletin qabaqina , cavab versin aydinliq qetirsin , yoxsa iran mollasinin dalinda eyilib namaz qilmasin !!! Ayibdiyeee Vallahi ayibdi ay sheyx ) milyonnar yiqdin bu xalqdan , hamsi haramdi ! Allah qec eder qûc eder !!!! bilesen !!!!!Iran fetvasiin coxdan verib ermeniye seninle bir yerde ))

Niyaməddin 2021-09-22 00:39:09

Şərəfsizlərə həddini bildirmək zamanı gəlib keçib, biz isə yatmışıq. Türkün bəlası da elə budur; arxayınçılıq.

Eli 2021-09-21 23:05:03

.Adam heç cüre İranın bu. hereketini başa düşe bilmir.Bir insan kimi bir müselmzm kimi rşi lap ele siyadi nöqteyi nezerden.Düşmen bele buların bu hereketini qebul etmez.Axı mece ols biler ki nir milletin bir müselman qonşu dövletin senin vetendaşın olan sayı 40 million azerbaycanlı olan 1 million qardaşı 40 il elinden yurdundan yuvasından qovula 7 rayon minletle kend yerüzünden siline Sen müselman ölke onun hoc onun füşmenini müdafie edib bağrına basasan.Dehşetdir Vallah.

Amon 2021-09-21 22:15:51

Farslarin bize qarsi her zaman bele munasibeti olub ona gore de biz israil ile dostlugumuzu daha da mohkemlendirmeliyik.israil pakistan ve turkiye varsa iran bize yalniz qargis eliye biler vesselam

Eli 2021-09-21 20:15:36

Tehran bize. ona göre kinlidir ki 30 illik işğal dövründe Qarabağd a ermenilerle birlikde yaratdıqları natkobiznrs elinden çıxıb indi de özlerini şehid edirler ki olan qalanı da çıxarsınlar ki çox ziyançılıq olmadın be zibillerinin üstü açılmasın .Bu mollalarım bir Allahı var:pul .O dz hardadır:Narkobiznesde:Neşede,Tiryekde.Bu farsların başı bu işlerden qeşeng çıxır.Bir de bunların ermenilere mehebbetinin sads bir izahı bar:bunların kökü birdir ona görd de bşze kinleri be qezeni tebiidir.

turan 2021-09-21 19:44:03

persiklərin ağlı çaşıb.

Said 2021-09-21 19:33:03

Tehran rejiminin anti Azərbaycan siyasəti həmişə olub və olacaq. Səbəb isə çox sadədir. Farslarla ermənilər bir millətin iki qoludurlar. ÜÇ QARDAŞ bu rejimi dağıdacaq, onların qənimi olacaq. Vaxt bizim xeyrimizə ışləyır.

Eli 2021-09-21 19:30:44

Bir de bir meseleni deyim Sizlere İranda xüsusen farslar yaşayan Tehran İsfahan ve diger yerlerde hansı eve qonaq getsen yeyib içmekden sonra mütleq manqal ve qelyan gelir meclise kef meclisi başlayır neşe çeken kim tiryek sümüre. kim viski araq pive içen kimi arvad kişi uşaq astışır bir birine.İranda olanlar men dediklerimi tesdiq ederler.Siğe de öz yerinde.Bu farslar dünyada analoqu olmayan bir milletdir.Daha bu özü kimi ola ermeni ile dost olmayıb biznen dost olmayacaq ki.

Eli 2021-09-21 19:21:35

Tehran bize qarşı ona göre kinlidir ki,30 il erzinde min bir eziyyetle ermenilerle yaratdığı yeni Qarabağda narkobiznes elinden çıxı. indi de özlerini şehid edirler ki orda qalan narkotikleri çıxarsın.Tarixrn farslar Şerqde ve dünyada tiryeki kimi tanınıblar.O ki qaldı bize mifret ermeniyye mehebbet.Bunun da çox sade izahı var:onların kökö eynidir.Bele olmasa ermenileri. mektebleri araq konyak şerab zavodşarı fealiyyet göstermez,amma müselman olan azerbaycanlılara mekteb adıı çekende dar ağaclarını göstermezler.Bessalam

Xalq 2021-09-21 19:19:29

məncə fars molla rejiminə qulaqburması verməyin vaxtı çatıb!

Son yazılar