“PAŞAZADƏ İRANPƏRƏSTDİR, ONU DƏYİŞMƏK LAZIMDIR” – “İran birbaşa Azərbaycana müdaxilə edə bilməz”

“İran Qərb tərəfindən təcrid olunub. Bu ölkənin əsas düşmənləri Səudiyyə Ərəbistanı və İsraildir. Türkiyə də onunla heç vaxt dost olmayıb. Düzdür, dostluqdan danışırlar, amma dost deyillər. Ona görə də İran birbaşa Azərbaycana müdaxilə edə bilməz. Tehran bu addımı atarsa, Səudiyyə Ərəbistanı və İsrail onun hərbi obyektlərini darmadağın edə bilərlər. ABŞ, Qərb ölkələri də onları müdafiə edəcək, buna heç kimin şübhəsi olmasın. İran bunu yaxşı anlayır, ona görə də Azərbaycanın üzərinə ordu göndərməz".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Azərbaycan parlamentinin sabiq sədri, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev "LAF TV"-yə müsahibəsində İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi və mümkün hərbi müdaxiləsi barədə sualı cavablandırarkən deyib.

Bununla belə, eks-spiker vurğulayıb ki, İranın kəşfiyyat ordusu Azərbaycanın içindədir, onlardan istifadə etməyə cəhd edəcəklər: "Buna şübhə yoxdur, amma yaxasını kənara çəkəcək ki, mənim işim deyil. Bax bunun qarşısını almalıdır Prezident Əliyev”.

R.Quliyev hesab edir ki, hökumət İranın Azərbaycanda sözügedən təsir imkanlarının qarşısını almalıdır. "İlk növbədə ölkədə dini rəhbərlərin 90 faizini dəyişməlidirlər”.

Bu sıraya QMİ rəhbəri Allahşükür Paşazadə də daxildirmi? R.Quliyev bu suala belə cavab verib: “Şeyx Allahşükür Paşazadə İranpərəstdir, bu bir yana qalsın, o, İran şiəliyinə tabe olan şəxsdir. Yəni Xamenei onun dini rəhbəridir. Əlbəttə, Şeyxi də dəyişmək lazımdır. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və s. kimi normal ölkələrdə dini təhsil almış alimlər dini rəhbərliyə gətirilməlidirlər". R.Quliyev xaricdə dini təhsilin məhdudlaşdırılması ilə bağlı da fikirlərini açıqlayıb. O, hesab edir ki, Azərbaycan da digər müsəlman ölkələri kimi islam fundamentalistlərini ölkəyə buraxmamalıdır: "Bu mümkündür və asandır. Məsələn, Kosova, Albaniya, İndoneziya, Malayziya bu addımı atıblar".

"AzPolitika.info"

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-10-04 12:17:41

Bu gün Azərbaycanın bekası söz qonusu olanda, mövqeyindən asılı olmayaraq hər kəs dövlətin və dövlətçiliyin yanında olmaq üçün, səfərbər olub Ölkə Başçısının yanında olmalı və Onu mümkün daxili və xarici təziqlərdən qorumaq üçün əlindən gələni etməlidir. Bu baxımdan Rəsul bəyin bu fikirlərinə qatılıram.

Cəmşid Dərələyəzli 2021-10-04 12:09:19

Məntiqli yanaşma.

turan 2021-10-03 19:02:23

Resul quliyev Allahsukuru Milli meclisde beh behle getirib yaninda oturdanda hara islediyini bilmirdi?

t.ədalət 2021-10-02 19:02:31

Allahşükür Paşazadə,təkcə İranist deyil,o ,həm də rusistdir.Sovet dövründə inu kəşfiyyat orqanları hazırlayıblar.Məqsədləri Azərbaycanı Türkiyədən aralamaq oluib.Paşazadənш Rusiya kəşfiyyatı qoruyur.

Oxucu 2021-10-02 18:36:11

Cavab vermirsən olmur,sadələdiyin dövlətlər və yaxudda İranın Azərbaycana qarşı edə biləcək təxribatlar boş şeydir,keçən dəfə cavab vermişdim,Əfqanıstanı yaxşı-yaxşı izləyin,bu gün Çinə,Rusa,İngilisə Ərəbə və digər inkişaf etmiş xristan dövlətlərinə nə səbəb olursa olsun əsasən İranla Türkiyəni qarşı-qarşıya qoymaqdır və çətin buna nail olmaqdır,əgər nail olsalar onda bütün nəticələr həmin dövlətlərin istədiyi kimi olar.

Eli 2021-10-02 17:50:17

Tamamile doğrudur Resul Quliyevin fikirleri.İranın bizim erazimizde olan teşkilatlarının 90 %- den çoxu ancaq casusluq şebekesini ,narkomaniyanın inkişaf dtfirilmesi ile meşğuldurlar..Bunlar bize bizim gencliyimize ne vere biler axı .Bınlar Sepah terbiyyesi almış,heyatında bir defe de olsın Quran oxumamış içkiye narkotike,exlaqsızlkğa meylli bir cadus şebekesidir ki,5 manat ver ata anasını satsın milli qeyreti olmayan fars tulalarıdır.

Son yazılar