“PUTİN VƏ ƏRDOĞAN BİR ÇOX MƏSƏLƏDƏ RAZILAŞIBLAR” – “Türkiyə Krım məsələsinə qarışmasa, Rusiya Şimali Kipri tanıyar”

Rusiya Prezidenti Vladimir Putinin müşaviri və Rusiya xarici siyasətinin nəzəriyyəçilərindən biri, professor Aleksandr Duqin “Türkiyə” qəzetinin müxbiri ilə söhbətləşib.

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin 29 sentyabrda Soçidə keçirdikləri görüşün tarixi əhəmiyyətini vurğulayan Aleksandr Duqin, deyib: ”Bu sammit zamanı iki dövlət rəhbəri öz “qırmızı xətlər”ini və yeni bir dünya üçün yol xəritələrini çəkiblər. Bundan sonra Türkiyə və Rusiya yeni yola qədəm qoyurlar və bu, həm regiona, həm də bütün dünyaya təsir göstərəcək”.

“Çox məsələlər üzrə razılıq əldə olunub”

Soçidə keçirilən görüşün pərdəarxasının ona məlum olduğunu söyləyən Duqin, bu barədə deyib: “Həmin gün Ərdoğan və Putin dünya balansı baxımından hansı tərəfi tutacaqları barədə danışıblar, öz qərarları haqqında fikir mübadiləsi aparıblar. Liderlər kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazlardan Suriyaya qədər bütün istiqamətlərlə bağlı həyati vacib məsələlər üzrə öz “qırmızı xətlər”ini çəkiblər. Deyə bilərəm ki, onlar çox məsələlərdə razılaşıblar, ilk öncə isə İdlib məsələsində. Lakin bu tarixi görüşdə danışılanların əhəmiyyətli hissəsi gizli saxlanılacaq. Biz yalnız əlamətləri görəcəyik”.

Putinin xarici siyasətini müəyyənləşdirən şəxslərdən biri olan Aleksandr Duqin ABŞ-ın Suriyadan çəkiləcəyini və bunun mərhələli şəkildə baş verəcəyini bildirib: ”Düşünürəm ki, ABŞ-ın Suriyadan getməsi bütün məsələləri həll etməyəcək. Hətta ABŞ çəkilsə də, böhranlar törətməkdə davam edəcək. Belə bir vəziyyətdə Rusiya, Türkiyə və İranın mövqeyi müəyyənləşdirici faktor olacaq”.

Türk jurnalist Aleksandr Duqindən İdlibdə artan gərginlik və Tel-Rifat, Mənbic, Ayn-İssa, Ayn-əl-Ərəb kimi yaşayış məntəqələrində Rusiya himayəsi altında dayanan PKK haqqında da soruşub. O, suala belə cavab verib: ”Bütün təxribatların arxasında ABŞ dayanır. PKK və PYD yaraqlılarını ABŞ qızışdırır. Hətta İdlibdəki “Həyat Təhrir aş Şam”, ”Huras əd-Din” və “Ənsar ət Təyhid” təşkilatları Amerikanın təsiri altındadırlar. ABŞ üçüncü tərəfdən istifadə etməklə vəziyyəti gərginləşdirir. ABŞ-ın gücünü qıra bilən yeganə formul Suriya, Türkiyə, Rusiya, İran, İraq kimi oyunçuların birlikdə hərəkət etməsidir”.

“Çevriliş ehtimalı yoxdur”

Aleksandr Duqinin 15 iyul 2016-cı ildəki dövlət çevrilişinə cəhd öncəsi söylədiyi “orduda hansısa hərəkətlənmələr hiss edilir” sözləri unudulmayıb. O, bildirib ki, bu informasiyanı etibarlı kanaldan almışdı. Duqin daha sonra deyib: ”Qərb ölkələri 2015-ci ildə təyyarənin vurulması böhranından sonra Ərdoğanın Rusiya ilə yaxınlaşmaq iradəsini çox yaxşı anlayıblar. Onlar bunun nəticəsini hesabladılar və Türkiyə-Rusiya yaxınlaşmasına qarşı 15 iyul 2016-cı il dövlət çevrilişini həyata keçirməyi planlaşdırdılar. Onlar dünyanın yeni forma alacağını bilirdilər. Ancaq ABŞ və digər ölkələr 15 iyul 2016-cı ilədək olan güclərini və təsirlərini itiriblər. Ərdoğan administrasiyasına qarşı ehtimal edilən hərbi çevriliş imkanı artıq yoxdur. Burada Türkiyə-Rusiya münasibətləri də həlledici rol oynayır. Digər metodları yoxlayacaqlar, amma birbaşa çevriliş həyata keçirmək təşəbbüsünə baş vurmayacaqlar”. Soçidə ən ciddi böhranın Krım üzündən baş verdiyini qeyd edən Duqin, əlavə edib: ”Bu məsələdə Rusiya güzəştə getməyəcək. Rusiya Krımı öz ərazisi hesab edir. Bizim Ukrayna ilə münasibətlərimiz Türkiyə ilə Yunanıstan arasındakı problemə oxşayır. Necə ki, biz Türkiyə-Yunanıstan məsələsinə qarışmırıq, Türkiyə də gərək Ukrayna ilə bizim mübahisəmizdə iştirakçı olmasın. Əgər Türkiyə Krım məsələsindəki iddialarından vaz keçərsə, o zaman Rusiya Şimali Kipr Türk Respublikasını legitim dövlət kimi tanıyar”.

“Biz Türkiyə ilə toqquşmayacağıq”

Duqinin sözlərinə görə, Rusiya və Türkiyə hərbi və iqtisadi tərəfdən bir-birilərilə toqquşmayacaqlar. Rusiya Türkiyənin “Mavi vətən” doktrinasını dəstəkləyir. Aralıq dənizində qazma işləri apararaq öz təsir imkanlarını genişləndirən Türkiyə Liviya məsələsinin həll olunmasında mühüm rol oynayır. Bu nöqteyi- nəzərdən Rusiya Türkiyənin güclənməsini dəstəkləyir.

“AzPolitika”

635x100

Şərhlər

Eli 2021-10-06 20:20:15

Erdoğan Türk xalqlarının Tarixine düşecek Böyük bir siyasetçidir.

Niyaməddin 2021-10-06 19:36:24

Krım Ukraynadır! Başqa cür ola da bilməz. Rus Türk ordusunun qarşısında məğlubiyyətə məhkumdur. Krımı sizdən ya xoşluqla, ya da zorla alacağıq!

Son yazılar