İKİ “YAN”la YAN-YANA ... - Millət vəkilinin yazısı

Vüqar İSKƏNDƏROV, millət vəkili

Qarabağın "daşı" bir çoxlarının başına düşməkdədir. Əlbəttə, bunun səbəbi Azərbaycanın uzun illər boyu səbrlə davam etdirdiyi haqlı davasını ZƏFƏRLƏ başa çatdırmasıdır.

Ermənistanın 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlaması və bunun nəticəsində bir milyondan artıq soydaşımızın öz dədə-baba yurdundan didərgin düşməsi bütün beynəlxalq platformalarda həm Ümummilli lider Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən hər fürsətdə səsləndirilib. Təbii ki, bununla Azəbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırılmaqla yanaşı, həm də beynəlxalq hüququn, ədalətin bərpa olunmasına çağırış edilirdi. Beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri özlərinin təsdiqlədiyi prinsiplərə, BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələrə hörmət etməyə çağrılırdı.

Ancaq beynəlxalq sənədlərdə də tarixi torpaqlarımızın Azərbaycanın ərazisi və ayrılmaz tərkib hissəsi kimi göstərilməsi heç nəyi dəyişmirdi. İşğal altında olan torpaqlarımızın da düşmən və onun himayədarları bütün beynəlxalq normalara tüpürərək, sözün həqiqi mənasında talançılıqla məşğul olurdular.

Çox təəsüf ki, işğal edilmiş ərazilərimizin illərlə dağıdılması, sümürülməsi, yeraltı-yerüstü sərvətlərinin talan edilməsində təkcə ermənilərin himayəçisi kimi tanınan Qərb ölkələrindən gələn xarici şirkətlərin yox, həm də özünü bizim dostumuz adlandıran, qonşumuz olan İranın da kifayət qədər yüksək payı oldu.

Amma nə qədər çox himayəçisi olsa da, bu gün Ermənistan küncə sıxılımış, səsi eşidilməyən bir "dövlətçik" statusuna düşüb. Əlbəttə ki, bütün günahlar özünündür. Necə deyələr, “özü yıxılan ağlamaz”.

Ermənistanı belə acınacaqlı vəziyyətə özünün ağılsız, kriminal, oğru rəhbərləri və onların işğalçılıq siyasətini dəstəkləyən havadarları gətirib çıxarıb. Bu havadarların hansı ölkələr olduqları, nə məqsəd güddükləri bu gün, əlbəttə, hər kəsə məlumdur. Ancaq, çox təəssüf ki, dost ölkə dediyimiz İran bu siyahıda getdikcə hamıdan qabaqda özünə yer etməyə can atır.

Düzdür, Tehranın "erməni sevgisi" bizm üçün yeni deyil... Torpaqlarımızı işğal etdiyi üçün Azərbaycanın Ermənistanı blokadada saxladığı, bütün transmilli yollardan kənarda qoyaraq iqtisadi cəhətdən, sözün həqiqi mənasında, "boğduğu" illərdə İranın İrəvan üçün bir nəfəslik açmasından xəbərdar idik.

Azərbaycanda təkcə siyasilər yox, kiçikdən böyüyə qədər hamı, Ermənistana ən böyük dəstəklərdən birinin İran tərəfindən verildiyini bilir. Sadəcə olaraq Azərbaycan hər dəfə ikitərəfli görüşlərdə öz fikirlərini, iradlarını İrana çatdırsa da, bunu geniş ictimaiyyətə açıqlamır, iki ölkə arasında gərginliyin yaranmasını istəmirdi.

Düşünürdük ki, İran səhvini nə vaxtsa anlayacaq, yanlış yoldan dönərək, obyektiv və ədalətli mövqe tutacaq. Necə ki, 30 ilə yaxın BMT-nin qətnamələrinin həllini, ATƏT-in Minsk qrupunun missiyasının uğurla başa çatacağını gözləyirdik...

Ancaq İranın rasional mövqe tutacağına dair gözləntilərimiz nəticəsini vermədi. Zəfərlə başa çatan 44 günlük müharibədən sonra Azərbaycana qarşı Ermənistandan da kəskin mövqe tutan bir İran qarşımızda görürük. Hətta son vaxtlar Ermənistan siyasi rəhbərliyinin az da olsa, müsbət siqnallar verməsinə rast gəlirik. İran isə əksinə, bütün qonşuluq münasibətlərinə zərbə vuran mövqe sərgiləyir.

İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Moskva səfərində o qədər absurd fikirlər söylədi ki, insanda bu şəxsin, ümumiyyətlə, diplomat olmasına şübhə yarandı. Belə biri necə gəlib Xarici İşlər naziri olub? Diplomatik, etiket qaydalarına riayət etməməsi bir yana, Abdullahiyan ortabab siyasi savadı olan şəxsin etməyəcəyi səhvləri dəfələrlə buraxdı. Bu da onun fikirlərinin ironiya ilə qarşılanmasına səbəb oldu. Çünki bu nazir Rusiya televiziyasına ya yuxusunu danışır, ya da haradansa uydurub düşündüyü fikirləri söyləyir. Guya Azərbaycan rəsmiləri İran sərhədinə yaxın ərazilərdə terrorçuların olduğunu təsdiqləyib və deyiblər ki, onların təmizlənməsini təmin edəcəklər. Bu qədər absurd, bu qədər gülünc fikri, nəinki, bir ölkənin baş diplomatı, heç sıradan bir vətəndaş belə söyləməz..

Azərbaycan prezidenti dəfələrlə bütün dünyaya, media orqanlarına bu formada verilən suallara konkret cavabını verib. Müharibəni Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında igid əsgər və zabitlərimiz qazanıb. Müzəffər ordumuz qazanıb. Bizim heç bir muzdluya, kənar qüvvələrə ehtiyacımız olmayıb və yoxdur. Biz qismən səfərbərlik etməklə qısa vaxt ərzində Ermənistanı diz üstə çökdürdük və onlar kapitulyasiya aktını imzaladılar.

Müharibədən sonra artıq dünyanın heç bir yerində bu cür suallar verilmir. Çünki cavab bütün dünyaya aydındır. İndi İran siyasilərinin belə fikirlər söyləməsi uşaq vaxtı oynayıb uduzan cığal dostlarımızın hərəkətinə oxşayır. Hazırda İranın düşdüyü bu durum, vəziyyət mənə həmin anları xatırladır.

Əlbəttə, istəməzdik İranı belə görək. İstəməzdik ki, bu dövlət bizə qarşı bu qədər kinli və küdurətli olsun.

Ancaq İrana rəhbərlik edənlərin açıqlamalarından belə məlum olur ki, Qarabağ boyda daş İranın da başına düşübmüş. Bu, açıq-aydın sabotaj dolu fikirlər İranın özünü də çıxılmaz vəziyyətə qoyur. Çünki biz qonşu dövlətləriyik. Ona görə də, necə deyərlər, dalaşanda da barışmağa üz yer qoymaq, emosiyalara qapılıb şər-böhtan söyləməmək lazımdır. Tehranda başa düşməlidirlər ki, nə biz, nə də onlar heç yerə köçüb gedəsi deyil. Bizim də taleyimiz belə gətirib, qonşularımız Mirzoyan da, Paşinyan da, Abdullahyan olub...

Azərbaycan dövlətinin nə istədiyi açıqdır və tam ədalətlidir. Ölkənin rəhbəri sözü və əməli bir olan, şəffaf və birmənalı siyasi xətti yürüdən lider kimi bunu açıq bəyan edir. Və proseslərin gedişi Azərbaycanın ədalətli mövqeyinin hər kəs tərəfindən qəbul olunacağını göstərir.

Bu gün artıq Ermənistan rəhbərlərinin Azərbaycanla ikitərəfli görüşməyə hazır olmaq barədə söylədikləri fikirlər, üçtərəfli bəyannamənin şərtlərindən biri olan Zəngəzurun hava dəhlizinin açılması hadisəsi və sair bunun xəbərçisidir. Belə bir zamanda İranın özünü bu cür aparması, Azərbaycan əleyhinə siyasət yürütməsi düşündürücüdür.

Əcəba bu din qardaşlarımıza nə olub? Biz bilirik, bizi sevmirsiniz, siz də bilirsiniz, biz də sizi sevmirik. Amma çox zaman olur ki, insanlar bir-birini sevməsələr də, bir yerdə yaşamağa, işləməyə məcbur olurlar. Gəlin bir-birimizi sevməsək də, bir-birimizə hörmət edək, bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşaq. Gedib Moskvada zar-zar ağlamaq, Azərbaycandan şikayət etmək nə qədər gülünc görünür, nə qədər cılız siyasətdir?

İran rəhbərliyi qulağını açıb, yaxşı eşitsin və bilsin ki, Azərbaycanla bağlı bütün məsələlər Azərbaycanda həll olunur, Azərbaycanın lideri ilə… O lider ki, ən çox ona həm Ermənistan, həm İran minnətdar olmalıdır. Ermənistan ona görə ki, illərdir canını boğazına yığmış problemlərdən xilas olur. Qarabağ problemi yara kimi Ermənistanı içəridən məhvə sürükləyirdi. Ermənistan küncə sıxılmış, blokadada qalmış, bir növ heç kimə lazım olmayan qulpsuz çamadana dönmuşdü. Bütün beynəlxalq platformalarda onlar işğalçı statusunda idilər. Ali Baş komandan İlham Əliyev və Azərbaycan ordusu onları bu xəcalətdən qurtardı. Əgər bundan sonra ağıllanar, konstruktiv mövqe tutarlarsa, normal yaşamaq şansı qazanarlar.

İran rəhbərləri də Azərbaycan Prezidentinə, Azərbaycan ordusuna minnətdar olmalıdırlar. Ona görə ki, əvvəla, İranda on milyonlarla Azərbaycan türkü yaşayır və onlar da bu işğalın başa çatmasına görə sevinirlər. Tehran rejimi də ən azı öz vətəndaşına hörmət naminə bu işğala son verilməsini dəstəkləməlidir.

İkincisi, işğalın davam etdiyi illərdə sərhədlərinizdə terror yuvası qurulmuşdu, narkotrafik yaradılmışdı. Hakimiyyətsizlik, anarxiya var idi. İndi sərhədiniz suveren Azərbaycanladır. O Azərbaycanla ki, o, həmişə sizə dost münasibət göstərib. Necə deyərlər, "sizin ətinizi yesə belə, sümüyünüzü heç kimə verməz".

Xatırlayırsız, ABŞ məsələsini…Azərbaycan rəhbərliyinin qəti, konkret mövqeyi belə idi ki, Azərbaycan üzərindən heç bir məsələ İran qarşı istifadə edə bilməz. Belə səsləndirmə sözdə və fikirlərdə asandır. Yəqin, yaxşı anlayırsız, onun arxasında nələr durur, hansı çətinliklərə dözmək, hansı siyasi iradəni nümayiş etdirmək, hansı təzyiqlərə müqavimət göstərmək durur?

Üçüncüsü, Azərbaycan hər iki ölkə üçün yeni iqtisadi reallıqlar yaradır. İqtisadi gəlir gətirən yeni hallar meydana gəlir. Hər iki tərəfin insanları üçün iş yerləri yaradır. Bunların hər biri gələcəkdə tək Azərbaycan üçün deyil, elə Ermənistan və İran üçün də fayda gətirəcək.

Onsuz da istəsəniz də, istəməsəniz də, Azərbaycanın və dost ölkələrin ortaya qoyduğu konkret mövqe öz həllini tapacaq. Yaxşı olardı ki, gedən qatardan geridə qalmayın. O qatar ki işığa doğru gedir. Siz də biraz qaçın, tələsin çatın o qatara…

Bizimlə birgə həmin qatarla arzuladığımız, gözlədiyimiz, inandığımız gözəl gələcəyə birgə gedək!

635x100

Şərhlər

Azpolitikaya 2021-11-21 21:56:54

Siz deputatı reklam edirsiniz ??? Nəyin hesabına ???

Eli 2021-10-11 00:42:44

Davamı.Bunlar öz yerinde.Bu İran hakimiyyetinden soruşmaq lazımdır ki sen bu 30 ilde bize pislikden başqa nese etdin.Tebii ki ,yox.İndi Azerbaycan rehberliyi bu müddetde sebr temkinle sğıllı siyaset aparıb Qarabsğ problemini hell etdi bı felaketli vexiyeti düzeltmek üçün ne qeder vesait sebr dözüm lazımdır ki qaçqınlar öz dede bsbs oçaqlarına qayıtsın.İndi biz işqaldan azd olmaq üçün pul vetib İsrailden silah alırıq ki milleti bu felaketden qurtaraq.Bes sen ne rfirsen .Sen müselmanlars qan ıddıran xristian ermeniye kömek edirsen.Bes bizde qorxmursan özun bilersen,demeli sen Allahdan da qorxmursan qorxsaydın bele rezil hereketlere yol vermezdin Demeli sen Allahsızdan sen müselman deyilse ve sen heç insan da deyilsen .Ancaq unutma bu emellerine göre sen İran müselman dünyasına cavab vereceksen.

Eli 2021-10-11 00:16:57

İranın fars şovinist rehberleri adi bir tarixi heqiqeti başa bilmirler.Vaxtı ile İspaniyada yüz minlerle yehudini xilas eden Osmanlı Türkiyyesine ağıllı yehudi xalqı Xilaskar kimi baxmış ve heç vaxt onun Halal Haqqının danmayıblar.Men defelerle dünya mediasında dünyaca meşhur Yehudi diplomatlarının bir frazasını unutmaram.Onlar hemişe deyirler:Biz İsrailliler Türkiyyeye olan hörmet ve mehebbetimizden heç vaxt topun ya tankın lülesini bele onlar istiqametde tutmarıq.Bu dini ayrı ,dili ayrı bir milletin dövletin biz türklere olan münasibeti ,bu ise dili bir dini bir qardaş bildiyimiz İranın bize münadibeti ki ,30 il bir million qaçqını ,20% torpağı elden getmiş bize olan düşmen münasibeti.Özü de İran da dünya da bilir ki,Yehudiler ba fani dünyada hansı güze ve ağıla sahibdir Ve bu gerizekalı mollalar İran xalqlarını hara aparırlar bir Allah bilir .Ayıl ey bedbext İran başını başlara qoşmusan senin sonundur ayıl.

Niyaməddin 2021-10-10 19:59:47

Vüqar bəyə təşəkkür edirik! İran özünü hal hazırda uzunqulaq kimi aparır. Bəlkə də uzunqulağın haqqına giririk, ondan daha aşağıdırlar. Eşşək isə zəfəranın nə olduğunu bilmir.

Son yazılar