"İRAN AZƏRBAYCANI HƏDƏF SEÇƏ BİLMƏZ!" - Türkiyə Prezidentindən Tehrana sərt xəbərdarlıq

"Atılan addım yanlışdır... Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”"

“İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. Mənim şəxsən elə bir gözləntim yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə dair sualına cavabında deyib.

Türkiyə lideri bu gün İranda yaşayan azərbaycanlıların sayının göz önündə olduğunu xatırladıb.

“Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, - Ərdoğan vurğulayıb.

"Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, səfər çərçivəsində Qarabağda bir neçə magistral yolun açılışında iştirak edəcək və kənd təsərrüfatı sahəsində görülən bəzi işlərlə tanış olacaq. 

“Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır” -deyə Ərdoğan jurnalistlərin sualını cavablandıran zaman deyib.

635x100

Şərhlər

Eli 2021-10-21 20:41:25

Allah Türkiyyeni,Türkleri ,Erdoğanı qorusun görün bu sitaset adamı kimi nece düzgün ,Kişi kimi sitaset aparır ki,Rusiyanın Putin kimi yeni peşekar КГБ işçisi dövlet başçusı Kişlikden danışır ve men onun bu hereketini alqışlayıram .Bu Erdoğanın dünya siyasetine getirdiyi bir yenilikdir Dövlet başçıları ona -Erdoğana baxıb kili kimi hereket etmek isteyirler bu onun uğurudur.İndi de kişi kimi İrana deyir ki özünü yığışdır Zarbaycan tek deyil sen bir sehv addım atsan qarşında 83 millionluq Türkiyyeni ve İranda olan 40 millionluq azeri Tüfkğnü göreceksen ve deqiq bele olacaq Erdoğanın bir kelme sözü ya şer demedi ya İlham Eliyevin İrana üz tutub :Eziz qan qadaşlarımız demesi İranı Azerbaycan eder ki fars dz bunu çjx gözel qanır ona göre daha xoruzlana bilmir otarixi de gözel bilir turkleri de azerbaycan türklerini de gözel tanıyır.

Amin 2021-10-21 20:30:25

Allah sizi türk dünyasına çox görməsin.

Son yazılar