İLHAM ƏLİYEV İRANLA BAĞLI ƏRDOĞANA NƏ DEYİB? - "İlham Əliyev qətiyyətli mövqedədir və dedi ki..."

"Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

 "HaberGlobal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib: "Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. O dedi: “Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə bilərik. Biz müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik”.

Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

Türkiyə Prezidenti deyib ki, Azərbaycana bir günlük səfəri uğurlu olub: "Əziz qardaşım, Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana bir günlük səfərimizi uğurla başa vurduq. Qardaş Azərbaycanı onuncu dəfə iyun ayında ziyarət etmişdim. Qardaşım İlham Əliyevlə Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda bir araya gəldik".

"Səfər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işlərini yaxından izlədik. Həmin ərazilərdə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin tikintisi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birgə analiz etmiş olduq. Azərbaycanın nailiyyətlərinə ən az azərbaycanlı qardaşlarımız qədər biz də sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq.

Səfər çərçivəsində qardaşım Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdik. Bu aeropart 8 aylıq rekord zamanda tikilib. Beləliklə, əsas hava nəqliyyatı marşrutunun açılışını həyata keçirdik. Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə imkan yaradacaq. Azərbaycanın regiondakı inkişaf istiqamətində atdığı addımları dəstəkləyirik. Çox qısa müddətdə başa çatdırılan mühüm nəqliyyat mərkəzinin fəaliyyət göstərməsində əməyi olan hər kəsi təbrik edirəm", - Ərdoğan əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar