KAVALA: ERMƏNİDƏN DAHA ÇOX ERMƏNİ! – İrəvanda onu hansı xidmətlərinə görə medalla təltif ediblər?

Gəzi Parkı hadisələri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci ildə həbs edilən və bugünlərdə Türkiyə ilə Qərb arasında diplomatik gərginliyə səbəb olan Osman Kavala haqqında istər Türkiyə, istərsə də dünya mətbuatında xeyli yazılar, təhlillər dərc olunmaqdadır. Onların bir çoxunda bu şəxs xeyriyyəçi, maarifçi, iş adamı, insan haqları müdafiəçisi və s. kimi təqdim olunur və onun həbsdə saxlanması haqsızlıq kimi qiymətləndirilir.

Maraqlıdır ki, Azərbaycan mətbuatında və sosial şəbəkələrin Azərbaycan seqmentində də buna oxşar münasibətlərə rast gəlinir. Lakin yəqin çoxları bilmir ki, Osman Kavala bəlkə də Ermənistanda ən çox bəyənilən Türkiyə vətəndaşlarından biridir. Təbii ki, bu da təsadüfi deyil. Erməni mətbuatında onun həbsini və hazırkı mühakiməsini qınayan yüzlərlə yazıya rast gəlmək olar. Kavala demək olar ki, bütün ictimai-siyasi fəaliyyəti dövründə qondarma “erməni soyqırımı”nın təbliği və tanınması üçün əlindən gələni edib. Dəfələrlə Ermənistanda olan və “soyqırım abidəsi”ni ziyarət edən Kavala 2016-cı ilin aprelində erməni mətbuatına verdiyi çox “kövrək” müsahibəsilə də yadda qalıb. O, erməni jurnalistə sözügedən abidəylə bağlı təəssüratlarını bölüşərkən deyib: “Mən bir neçə dəfə soyqırım muzeyini ziyarət etmişəm. Lakin aprelin 24-də erməni xalqı ilə birlikdə burada olmaq başqa bir hissdir. Bu, mənim üçün çox təsirli təcrübədir…”

Göründüyü kimi, ermənilərə böyük canıyananlıq göstərən Kavala onların kədərini bölüşdüyünü fəxrlə söyləyib. Həmin il ermənilər ona həm də “Avrora Mardiqanyan” medalı veriblər. Bu medal “genosid muzeyi” tərəfindən təsis olunub.

Kavala var gücü ilə “soyqırımın” təkcə digər ölkələr deyil, hətta Türkiyənin özü tərəfindən tanınması və ermənilərə üzürxahlıq edilməsi üçün çalışıb. Bu “xeyriyyəçi” həm də üzdəniraq tarixçi Xans-Lukas Kizerin “soyqırım”a həsr etdiyi “Tələt Paşa – soyqırımın memarı” kitabının və bu tarixçinin erməni məsələsilə bağlı araşdırmalarının əsas sponsorlarından biri olub. Bunu sözügedən kitabın müəllifi xüsusi qeyd edib.

Ancaq Kavalanın ermənilər qarşısında xidmətləri bununla da yekunlaşmır. Onun yaratdığı nəşriyyat həbs olunduğu günə qədər ardı-arası kəsilmədən “erməni soyqırımı”na dair çoxlu sayda kitablar dərc edib. Onun sahibi olduğu “Cəzair” restoranı isə bu “soyqırım”la bağlı tədbirlərin keçirildiyi ən məşhur məkan kimi tanınıb. Bundan başqa, Kavala Diyarbəkirdə Surb Kiraqos adlı erməni kilsəsinin bərpası üçün bütün imkanlarını səfərbər edib, həmçinin, İstanbulda “soyqırım”la bağlı keçirilən bütün tədbirlərin, “dəyirmi masalar”ın əsas sponsoru olub. Komitas kimi tanınan erməni keşiş-bəstəkarın Türkiyədə 140 illiyinin qeyd olunmasını da Kavala maliyyələşdirib.

Bir sözlə, bu şəxsin ermənilər və “erməni soyqırımı”nın tanınması üçün etdiklərinin sayı-hesabı yoxdur. Təbii ki, ermənilər də onun sinəsinə “Avrora Mardiqanyan” medalını elə-belə taxmayıblar…

Bütün bu qeyd edilənlər, əlbəttə ki, bir demokratik ölkə üçün adi hal sayıla, hər kəsin istənilən hadisəyə, tarixə öz baxışı ola bilər. Lakin nədənsə, bu qədər demokrat, xeyriyyəçi, sülh, ədalət carçısı kimi təqdim olunan Kavalanın ermənilər üçün sonsuz canfəşanlıq etdiyi halda, Türkiyəyə bütün cəhətlərdən ən yaxın, qardaş ölkə olan Azərbaycanla bağlı bircə addımına, maarifçi, xeyriyyəçi aksiyasına rast gəlinmir. Mücərrəd “erməni soyqırımı”ndan fərqli olaraq, yaxın keçmişdə bütün dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş “Xocalı soyqırımı”, Qərbi Azərbaycandan, Qarabağdan didərgin salınmış həmvətənlərimizlə bağlı onun hər hansı fəaliyyəti bir yana, adi açıqlamasını, fikrini belə eşidən olmayıb. Hansı ki, səmimi demokrat, maarifçi biri Türkiyə üçün qardaş ölkənin başına gətirilən faciələri görməzdən gəlməli deyildi…

Bütün bunlar onu deməyə əsas verir ki, Kavalanın ətrafında yaradılan imic süni xarakter daşıyır və onun gerçək niyyətlərini, missiyasını pərdələmək niyyəti güdməkdən başqa bir şey deyil. Odur ki, Azərbaycanda da onu müdafiə etməyə çalışan sözdə demokratlar, insan haqları müdafiəçiləri Kavalanın Azərbaycanla Ermənistana olan münasibətlərindəki fərqi, eləcə də hansı mərkəzlərə bağlı olduğu və nəyə xidmət etdiyini unutmasalar yaxşıdır…

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Aborigen 2021-10-28 08:52:06

Çox sağ olun, Cəlal müəllim! Bu tip məxluqlar xristian dünyası tərəfindən həmişə müdafiə olunub və olunacaq. Bu da yüzillərdir davam edən "səlib yürüçünün" bir fraqmentidir. İt hürər, karvan keçər!

Rr 2021-10-28 06:28:31

Onu mudafie edenler ermenilerin kucukleridi ))

Vahid 2021-10-28 01:25:12

Bu adam adini deyişmiş türk-muselman düşmenidir

zaur 2021-10-27 17:49:34

Bunun sir sifətindən nə yuvanın quşu olduğu görünür.Xainlik və satqınlıq mücəssəməsidir.

Eli 2021-10-27 17:17:28

Bu tip adamlar yeni özlerini demokrat,haqq edalet carçısı kimi gösterilenlerin ekseriyyetinin keçmişi ,esli kökü araşdırılanda başqa menzere ile qarşılaşırsan.İnsan öz milli menliyini ikinci plana keçirib,Türkün heqiqeten de soyqırımında onların birincı başlanasını nezere almayan beleleri ancaq öz xslqının düşmeni,öz şexsiyyetini ayaqlar altına atan biri mence bu cezaya layiqdir.Bunlara ele gelir ki,Avropa ,ABŞ ideal demokratik ölkelerdir ki biz azerbaycanlıkar bu 30 ilde onların kim olduğunu gördük .Onlar sadece türkün ve müselmanın inkişafının düşmenleri bunun kimiler de onlara satılmış agentlerdir,bunun başqa adı yoxdur.

Son yazılar