"OMİKRON" ŞTAMMI: GERÇƏK TƏHLÜKƏ, YOXSA YENİ OYUN? - Tibb professoru izah edir

Bu gün - noyabrın 29-da ABŞ Prezidenti Co Bayden ictimaiyyəti koronavirusun "Omikron" ştammı və Birləşmiş Ştatların buna reaksiyasi haqda bilgiləndirəcək. Məlumatı Ağ ev yayıb. Avropa ölkələri isə Afrikanın cənubunda aşkarlanmış bu ştamma ilk yoluxmaları qeydə alırlar.

Yeni ştammın daha yoluxucu, mövcud vaksinlərin effektinin daha az ola biləcəyi ilə bağlı narahatlıq artır, amma hələ çox şey aydın deyil.

Cənubi Afrikanın tibb assosiasiyası bildirib ki, "Omikron"a yoluxanlar xəstəliyi ağır keçirmirlər, amma onların çoxu gənclərdir, onlarda ağırlaşma ehtimalı onsuz da azdır.

ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi noyabrın 28-də Prezident Baydenə məlumat verib. Ekspertin fikrincə, yeni ştammla bağlı dəqiq informasiyanın əldə olunması iki həftə çəkə bilər.

Fauçi deyir ki, mövcud vaksinlərin COVID-in ağır hallarına qarşı müəyyən qoruma təmin edəcəyinə inanır. ABŞ səhiyyə rəsmiləri peyvəndlənmiş amerikalıları buster dozaları vurdurmağa çağırıb.

Milli Səhiyyə İnstitutunun Direktoru Frensis Kollinz "Fox News"a deyib ki, səhiyyə orqanlarının “Omikron”u virusun sərt ştammı elan etməsindən ötrü daha çox dataya ehtiyac var.

“Bunu bir neçə həftəyə biləcəyik”, – Kollinz vurğulayıb.

"Omikron" artıq Avstraliya, Belçika, Botsvana, Britaniya, Danimarka, Almaniya, Honq Konq, İsrail, İtaliya, Niderland, Fransa, Cənubi Afrika və Kanadada aşkarlanıb.

Tibb elmləri doktoru, professor Musa Qəniyev bildirir ki, COVİD 19 “Omikron" (B.1.1.529) adlandırılan yeni ştammının, güya əvvəlki mütantlardan da qorxulu və təhlükəli olması haqqında məlumatları insanların beyininə yeridərək, yenidən stress, ölüm xofu, ruhi sarsıntı, yaxınlaşan faciənin qaçılmaz və əbədi olduğunu yaşatmağa çalışırlar.

"Diqqət edin, bu ştamm haqqında ilk məlumat noyabr ayının 11-də verilib. İlk xəstələmə halı Afrikanın cəmi 2380250 nəfər əhalisi olan “cırtdan" dövlətlərindən biri- Botsvan Respublikasında qeydə alınıb.

Noyabrın 26-da isə, artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu COCİD 19 mutantları seçiminin “ən qorxulusu” kateqoriyasına aid etdi. Yəni bu ştammın, heç ilkin genom fərqlilik ardıcıllığı öyrənilməmişdən.

Dünya məlumatları bazasında bu haqda cəmi 66 məlumat ardıcıllığı var. Hazırda "Omitron" ştammının yalnız 100-ə qədər genom ardıcıllığı oxunub ki, onun da ana ştamm sayılan COVİD 19-dan nəinki böyük parça genom qırıqlığı, hətta struktur fərqliliyi belə müəyyən edilməyib. Digər tərəfdən, ÜST təmsilçiləri bu sözləri zamanında COVİD 19-un "Alfa", "Beta", "Qamma", "Lyambda", "My" və "Delta" ştammları haqqında da söyləyirdilər",-professor vurğulayıb.

M. Qəniyev qeyd edir ki, "Omikron" ştammının, viruslar üçün mütləq təlükəlilik həddi sayılan 2 əsas parametri - yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalına görə, ana ştamm COVİD 19 daxil olmaqla, digər 6 ştammdan üstünlüyünun olması haqqında heç bir təsdiqlənmiş elmi məlumat yoxdur.

Onun sözlərinə görə, bu halın olması, aşağıdakı səbəblərə görə, mütləq şəkildə qeyri - mümkündür: ""Omikron" ştammının 50 mutasiya variantı var ki, bunun da 34-ü, virusun hüceyrəyə bağlanması və hüceyrə daxilinə keçməsini təmin edən S (spike) zülalında baş verir. Mutasiyaların çox olması həqiqətdir. Lakin bu çür kəskin mutasiya, ştammın yalnız in vivo, yəni orqanizm daxili mühütdə olduğu halda (immun sistemi müxtəlif səbəblərdən kəskin və geridönməz halda şəifləmiş insanlarda) əmələ gəlməsi mümkündür. Çünki, bu hal, patogenliyin yüksəlməsilə müşahidə olunan və ciddi genom fərqliliyinə xidmət edən “mövcud olmaq- yaşam mutasiyası” ola bilməz, yalnız simbiozluğa xidmət edən “uyğunlaşma” mutasiyası olmalıdır. Məhz bu səbəbdən də, ştamm polimorf dəyişikliyə məruz qalmalıdır və qalır. Digər tərəfdən, bu mutasiyalardan bir çoxu COVİD 19-un əvvəlki mutant ştamlarında da müşahidə edilib. Yeganə fərqlilik bu ştammın furinlə parçalanan saytında bir yox, iki mutasiyanın birgə baş verməsidir, yəni P681H mutant dəyişikliyin N679K nöqtə mutasiyası ilə birlikdə olması. Düzdür, spayka zülalında baş verən bəzi mutsiya variantları əvvəllər müşahidə edilməmişdir və nadir dəyişiklik sayıla bilər. Odur ki, ştammın dəyərləndirilməsində onların əhatəli elmi tədqiqinin aparılması zəruridir. Lakin bütün hallarda, hətta bu mutasiyanın aqressivliyi təsdiq olunsa belə, bu yalnız "Omikron" ştammının Ro indeksində dəyişikliyə səbəb ola bilər. Başqa sözlə, bu ştamm yalnız yoluxduruculuq gücünə görə digər- "Beta", "Delta" və sair kimi mutantlardan və eləcə də ana virus COVİD 19-dan bu və ya digər dərəcədə fərqlənə bilər. Patogenlik və letallıq gücünə görə isə, qətiyyən yox".

Tibb elmləıri doktoru bildirir ki, "Omikron" ştammının da patoloji fəallığının yüksək olması reallıq deyil, yalnız məlum maraq və məqsədlərə xidmət edir: "Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır. Buna "Omikron" ştammının patogenlik və kontaqenozluğu hələ təsdiqlənməmişdən belə, ciddi cəhdlər göstərilir. Məsələn, ABŞ-da Ağ Evin COVİD 19-la mübarizə aparan işçi qrupunun üzvü Endi Slavit "Omikron" ştammına qarşı dərman vasitəsinin 2022-ci ilin yay ayında hazır olacağını bildirir. O, söyləyir ki, ciddi narahatlığa əsas yoxdur, çünki "Pfizer" və "Moderna" kimi əczaçılıq kompanyalarının bu ştamma qarşı vaksin hazırlamasına, çox yox, cəmi 100 gün vaxt lazımdır. "Moderna" konserni isə, hətta bu istiqamətdə artıq işə başladığını elan edib".

Musa Qəniyev vurğulayır ki, yeni ştamm, COVİD 19-un xələflərindən biridir. Onun sözlərinə görə, istər xəstəlikdən sonra formalaşan təbii immunitet, istərsə də mövcud vaksinlər "Omikron" ştammına da yüksək faiz nisbətində mütləq şəkildə təsir göstərməlidir.

"Dəfələrlə söylədiyim bu fikri, hazırda COVİD 19-a münasibətdə obyektivliyilə hörmət qazanmış, Kaliforniya Universitetinin (ABŞ) professoru Corc Pezerford da təsdiq edir",-professor qeyd edib.

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-11-29 16:07:22

Musa Qəniyevə təşəkkür edirik! Allah sizə can sağlığı versin. Hər kəs yediyi, içdiyi qidalara diqqət etməli, immun sistemini gücləndirməlidir.

Son yazılar