Menu

NAZİR POLKOVNİK-LEYTENANTI İŞDƏN ÇIXARDI - Yeni rəis təyin etdi + FOTO

14.01.2025, 20:26
NAZİR POLKOVNİK-LEYTENANTI İŞDƏN  ÇIXARDI - Yeni rəis təyin etdi + FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

"AzPolitika" "qaynarinfo"-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub.

Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib.

Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb. 

Anar Salahov

Şərhlər

ƏNHU 2025-01-14 20:18:36

Bu kiminləsə görüşə gedir deyəsən. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol