“ERMƏNİLƏRİN REİNTEQRASİYASI PROSESİ BAŞLADI...” – Qarabağda xüsusi nümayəndəlik yaradılmasının məqsədi nədir?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 1-də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu vəzifəyə indiyədək Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tutan Emin Hüseynov təyin edilib. E.Hüseynovun əvvəlki vəzifəsi ləğv olunub.

Emin Hüseynov

Prezidentin bu qərarını şərh edən ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının çoxu ləğv edilib. Onun sözlərinə görə, hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb. Ekspert qeyd edib ki, hazırda rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və icra hakimiyyətləri qalıb.

"Prezidentin bu sərəncamı, artıq adi bir rayon üzrə deyil, bütöv bir region üzrə, bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, yerli icra hakimiyyətləri də regionlara çevrilə bilər. Yəni, yaxın zamanlarda ölkədə yeni idarəetmə modelinə keçidi, bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində Prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar", - Osman Gündüz vurğulayıb.

Politoloq Fərhad Məmmədov isə hesab edir ki, Prezidentin bu addımı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşan ermənilərin reinteqrasiyası üçün institutların formalaşması prosesinin başlanğıcıdır. Ekspert xatırladır ki, Azərbaycan rəhbərliyi Rusiya sülhməramlı qüvvələrinin ölkədə müvəqqəti yerləşdirilməsi üçün ərazi ayırmayıb: "Ölkənin inzibati rayonlarını saxlamaqla bu ərazini iqtisadi rayona birləşdirib. Yəni, inzibati baxımdan heç nə dəyişmir, həm azərbaycanlıların qayıtması üçün infrastrukturun yaradılması ilə məşğul olacaq yeni, həm də müvəqqəti dövlət qurumu formalaşır. İndiki halda bu qurum Ağdamın, Füzulinin, Cəbrayılın ərazilərini, sonra isə Xankəndi, Ağdərə, Xocalı, Əsgəranı və buradakı erməni əhalinin reinteqrasiyasını əhatə edəcək".

F.Məmmədovun sözlərinə görə, əsas cazibə mərkəzi Ağdam olacaq, çünki bu, sənaye potensialı, yol qovşağı və ticarət əlaqələri ənənəsi olan yüz minlik şəhərdir: "Eyni zamanda, Ağdam və Şuşa iqtisadi rayonun digər şəhərlərindən fərqli olaraq ermənilərin məskunlaşdığı yaşayış məntəqələrinə yaxın ərazidə yerləşirlər. Dağlıq Qarabağın yuxarı hissəsi digər hissə ilə qarşılıqlı əlaqə olmadan inkişaf edə bilməz: nə maldarlıq, nə bitkiçilik, nə də əkinçilik mümkün deyil. Süni şəkildə yaradılmış Xankəndi cazibə funksiyasını yerinə yetirə bilmir, çünki onun coğrafi və iqtisadi cəhətdən heç bir əsası və potensialı yoxdur".

Politoloq vurğulayır ki, beləliklə, Azərbaycan reinteqrasiya prosesinə konstruktiv yanaşma - iqtisadi mexanizmlərdən istifadə nümayiş etdirir: "Zaman keçdikcə Qarabağ iqtisadi rayonunun erməni əhalisi başa düşəcək ki, Ermənistan və diaspora onların təhlükəsizliyinin təmin edilməsi və ya müstəqilliyinin tanınması ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyib. Ermənistanın büdcəsindən ayrılan vəsait hesabına uzun müddət Azərbaycan ərazisində qalmaq və mövcud olmaq mümkün deyil. Çünki Ermənistan erməniləri Qarabağ ermənilərinə öz ortaqları kimi baxırlar. Bu, Ermənistan əhalisinin haqlı narazılığına səbəb olur və ölkəyə çox baha başa gəlir. Azərbaycanın Qarabağ iqtisadi rayonu daxilində yaşayan ermənilər üçün yeganə çıxış yolu qaçılmaz olan Azərbaycan vətəndaşlığını qəbul etmək olacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

JJ 2021-12-03 08:05:35

Yene de nagillar bashladi...

Serhci 2021-12-02 20:32:36

Osman Gunduz kimdir ki siyasi ve iqtisadi saheye serh verir. Getsin internet infrastrukturunda movcud olan problemlerin hellinde istirak etsin teklif versin ve buna muyesser olsun. Indiyedek olmayib bundan sonra da cetin olar. Onun harsi cerge siralarindan seslendiyi melumdur. Cenab Prezident ozu bilir ne edir ve onun da bildiyini hec kim bilmir bile bilmez!

Son yazılar