“OLA BİLƏR, 15 GÜNLÜK BAKIYA GƏLİM...” - Rəsul Quliyev hakimiyyətin tərəfinə keçir və əmlaklarını geri alır!

"Düşünmürəm ki, Azərbaycana gəlməyimdə maneə var". 

Bunu Azərbaycan parlamentinin sabiq sədri, cinayət təqibinə görə 1996-cı ildən ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev "laf.tv"-yə müsahibəsində deyib. 

R.Quliyev iddia edib ki, istədiyi vaxt Azərbaycana gələ bilər, amma burda nə işlə məşğul olacağını bilmədiyi üçün gəlmir. Sitat: "Hesab edirəm, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm".

Qeyd edək ki, R.Quliyev son illərdə, xüsusən də Vətən müharibəsindən sonra müxalif mövqeyindən geri çəkilərək, açıq şəkildə hakimiyyəti, Prezident İlham Əliyevi, bəzi hallarda hətta ayrı-ayrı nazirləri müdafiə edən çıxışlar edir, eyni zamanda da hakimiyyətin rəqiblərinə əsaslı-əsassız hücumlar edir. Bu zaman isə bəzən o, hakimiyyətin çoxillik dəstəkçilərindən də irəli getməkdən çəkinmir.

"AzPolitika"-ya daxil olan məlumata görə, çox güman bu fəaliyyətinə görə R.Quliyevə qarşı bəzi qeyri-rəsmi qadağalar nəinki yumşaldılıb, o, hətta Bakıdakı çoxsaylı daşınmaz əmlaklarını yenidən idarə etmək şansını da qazanıb. Məsələn, əvvəllər R.Quliyevə məxsus olmuş, lakin sonradan keçmiş deputat Qalib Salahzadə tərəfindən ələ keçirilmiş milyonluq əmlaklar məhkəmə qaydasında R.Quliyevə geri qaytarılıb. Eks-spiker həmçinin şəhərin mərkəzində, o cümlədən İçəri şəhərdə ona məxsus, lakin uzun illərdir nə istifadə edə, nə də sata bildiyi çoxsaylı əmlaklarını da özünə qaytarır.

Hakimiyyətlə bu yaxınlaşmanın davamı olaraq eks-spikerin 25 ildən sonra Bakıya dönüşünə yaşıl işıq yandırıla biləcəyi də istisna olunmamalıdır. Lakin təbii ki, siyasətlə məşğul olmamaq şərtilə...

Rasim ƏLİYEV

"AzPolitika.info"

635x100

Şərhlər

OXUCU 2021-12-19 13:57:05

AY BƏDBAXT OTUR ORDA VAXT GƏLƏR SƏNİ GƏTİRƏRLƏR YƏQİN Kİ.ZƏHMƏT ÇƏKİB BİR DƏ GƏLMƏ

Oxucu. 2021-12-07 18:05:37

Məhşur bir lətifədə deyilən kimi,"mən ağır xəstəyəm,qoy mən öləndən sonra xalq cəbhəsinin bir üzvü azalsın".Yəqin Rəsul bəy qocalıb,YAP-ın sıralarını azaltmaq istəyir.

Bəhi 2021-12-07 11:28:31

Azpolit onun mənzillərindən qeyri, xüsusilə istehsal-xidmət mülklərinin siyahısını dərc etsəydi daha səmimi və səmərəli münasibət olardı? Təbii ki, O, da onlardan birini mükəmməl gənc bir iqtisadçıya bağışlardı?

Camaat 2021-12-07 11:01:49

Əgər "yeraz-naxçıvan" klanına xidmət edəcəksə gəlməsə yaxşıdır. Regionçuluğu tərənnüm etməyərək,TÜRK kimi gəlirsə XOŞ gəlir.

OXUCU 2021-12-06 12:23:58

Orda qalmağın daha məsləhətdir. Az idi arıx-urux bir də gəldi dabanı cırix.Aranı qatmağa gəlirsən ya da ölməyə.

Nəsimi Tovuzlu 2021-12-06 09:40:40

Rəsul bəy , xalqa yaxınlığı ilə həmişə sevilmişlərdən biri olmub

Seyid Ənhu 2021-12-06 01:34:45

ALLAHA şükür edək ki, o indiyə kimi bu ölkədə olmayıb. Olsaydı bütün oliqarxlar və korrupsionerlər onun yanında yalan olardı. ..

Kamal 2021-12-05 23:09:09

Vətəni sevmək - yolunda can verməkdir, şer oxuyub, mədh sırıyıb, sağlıq demək yox. Tamada qeyrətdən danışır, pul əvəzində. Gəlib balansı pozmasa yaxşıdı, 5 istəyəni varsa, 5 min dərin nifrət edəni var

Qoşqar 2021-12-05 18:25:58

Hələ bunun o əmlakları necə ələ keçotməsi aydınlaşsırılmalıdır.Cammatı zorla evindən köçürdüb iki kvartiranı bitləşdrib (dəniz kənarına baxan ev)mənimsədiyin və digərlərini necə ələ leçirdiyin aydınlaşdırılmalıdır.

Abdulla 2021-12-05 18:22:28

Qal.qaldığın yerdə!.Ara qarışdıranlardan heç olmasa biri az olar.Ay bədbəxt,yığdığın qurtarıb?

Eli 2021-12-05 17:11:36

Yaxindan tanimadığı insan haqqında fikir yürütmek en azından qeyri ciddi hereketdir.Bilirsiniz nu insan psixolıgiyasıdur,hamı her şeyden şikayet eder bir ağlından başqa ,yeni heç kim demez ki,ağlım yoxdur.Bir de her bir adam eline qelem ve ya mikrofon alanda ele düşünür ki ,hamının bunun”dahiyane”fikirlerine” ehtiyacıvar .Mence her kes kiminse haqqında fikir yürüdende bir az vicdanlı olsa yaxşı olar.

Camal Bəkirov 2021-12-05 13:22:04

Əl-ayağa dolaşmamaq üçün onu ABŞ-a göndəriblər.Bunu özü də bilir.onu burada heş kim gözləmir və heç nəyə yaramaz.

Firdövsi 2021-12-05 13:20:25

Bunun Bakıya gəlməsi kimə lazımdır? Guya o müxalifətdir?Yalan,yalan.! Nefteqazdan yığdığı ona və qalanlarına kifayətdir.Yerində otursa Azərbaycan heç nə itirməz.O H.Əlievin kadrıdır.Dedikləri isə yalandır.

Qurban 2021-12-05 12:35:12

30 ildir bu ölkədə səni bu xalq tanınır. Bircə dənə müsbət əməlini fakt göstər ki, bu 30 ildə bu xalq ona güvənib sənə hörmət qoysun... Amma sənin minlərlə mənfi əməllərin var ki, bu xalq ona görə səni linc etməyə haqlıdır.

t.ədalət 2021-12-05 12:04:20

Rəsul Quliyev bir türkdür.Hakimiyyət də indi Türkiyə və türklərin kim olduğunu yasxşı bilir.

Alı 2021-12-05 11:08:28

özündən müştəbeh, bütün ömrü boyu kirli işlərlə dolu olan bir nəsnəsən sən. İndi də özünü baha satmaq istəyirsən. Sanki kiməsə lazımsan? Sən siyasi meyidsən. Sənə güzəşt edilirsə yazdıqları gəldiyindən edirlər. İllərdir bir məqam gözləyirdim ki, iqtidara yaltaqlanıb onu yumşaldasan. Müharibədə ki Zəfər bunu sənə imkan olaraq yaratdı və sən də mddahlıqla bunu bacardım. Amma heç nə unudulmayıb, heç nə yaddan çıxmayıb... Hələ sən bir ölkəyə qayıt.....

miri 2021-12-05 11:06:29

Fiziki cəhətdən canlı, siyasi cehetden ölü olanların bir yerə yıgılmasından alınan birliyin adı nə olacaq???

Rahib 2021-12-05 11:00:32

Sən nə vaxt " dolu" danışmırsan ki? Ömrün boyu boş- boş ... Odur ki, sənin elə ən birinci və əv çox özündən zəhləm getməlidir

Son yazılar