Menu

“16 İLDƏN SONRA PREZİDENT SARAYINA GƏLDİM...” - Əli İnsanov Prezident Administrasiyasına dəvət olunub

15.12.2021, 19:20
“16 İLDƏN SONRA PREZİDENT SARAYINA GƏLDİM...” - Əli İnsanov Prezident Administrasiyasına dəvət olunub

Sabiq səhiyyə naziri Əli İnsanov özünün sosial şəbəkə səhifəsində “16 İLDƏN SONRA PREZİDENT SARAYINA GƏLDİM!” başlığı ilə paylaşım edib.

“AzPolitika.info” xəbər verir ki, Ə.İnsanov paylaşımında Prezident Administrasiyasında “səmimi qarşılandığını” qeyd edib və administrasiyanın şöbə müdiri Ədalət Vəliyevlə görüşünə dair təəssüratlarını bölüşüb: “2021-ci il dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm.

2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik.

Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı.

Mən, dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.

Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm.”

“AzPolitika.info”

Şərhlər

Doyuscu 2021-12-16 13:52:42

Lenkaran kimi bir şeherde tramatoluq yoxdur.orada sehiye berbad gundedir

vətəndaş 2021-12-16 11:49:25

Hələ bu günə kimi administrasiyada olmamışam((((

Samir Məhəmmədi 2021-12-15 23:27:16

Axırkı yerini Tapdı

Oxucu 2021-12-15 21:23:54

Hamısı özü üçün çalışır ?

miri 2021-12-15 20:06:14

Romaya: Elmlər akademiyası aslı cayxana uşaqlarına söz catdırmaq mümkünsüzdür. Boş ver boş adamları.

t.ədalət 2021-12-15 19:08:11

ROMAYA: Yəqin....Əbülfəz Əliyev Azərbaycanın hakimiyyət qapılarını ..... açdı.Azərbaycanda iqtidar-müxalifət oyunu qurdu.Nəticədə türklər kənarda qaldı."Azadlıq" qəzetinin adını o gülünc təklifdən Nəcəf müəllim ayırdı.Atalar sözü yerində işlədiləndə gözəldir.Amma bir qəzetə elə ad təklif etmək,sadəcə, çayxana səviyyəsi idi.

seçici 2021-12-15 17:08:25

bir az puldan zaddan versələr sakir duracaq. ipə-sapa yatana oxşayır

xalq 2021-12-15 17:00:55

Ehhhh. Əli Insanovdan müxalifətçi olmaz! O sadəcə istəyinə nail olandan sonra əvvəlki üzünü xalqa göstərəcək. Xalq onun nazir olan vaxt etdiklərini heç vaxt unutmayıb və unutmayacaq da! o bir oyun qurub.

Roma 2021-12-15 16:53:23

t.ədalətə: Əbülfəz Əliyevin qəzetə, "el gücü, sel gücü" deyimi sizi niyə bu qədər narahat edib. Bu söz, zərbi-məsəldir, Atalar sözüdür, Xalqin deyimidir və onun qəzetə ad kimi qoyulmasında hansı gülünclükdən söhbət gedir. Sizin Xalq deyimini gülünc adlandırmağınız, özünüzün səviyyənizdən xəbər verir...Bu sözü Ulu Öndər də Dövlətçiliyə təhlükə yarananda, Xalqı Prezident Aparatı ətrafına çağıranda işlətmişdi...

t.ədalət 2021-12-15 15:55:31

Əli İnsanovun öz partiyasına "Haqq-ədalət partiyası" adını verməsi,bir vaxtlar "Azadlıq" qəzetinə adseçmə vaxtı Əbülfəz Əliyevin qəzetə "elgücü,sel gücü" kimi gülünc bir ad təklif etməsini saldı.Əli müəllim, nazir olanda heç bir günahı olmayan ,4 nömrəli şəhər xəstəxanasının baş həkimi məşhur həkim Əlfəddin Abdullayevin haqqını tapdamağı,görəsən yadına salırmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol