O hadisələrin bir daha təftiş edilməsinə, istintaqdan yayınmağa müvəffəq olmuş xainlərin ifşa edilməsinə, eyni zamanda haqsız olaraq işgəncələrə məruz qalanların dairəsinin daha dəqiqliklə müəyyənləşdirilməsinə, qurunun oduna yaşların təsadüfən, yoxsa bilərəkdən yandırılıb yandırılmadığının üzə çıxarılmasına ehtiyac var.
Bu sözləri deputat Vahid Əhmədov Moderator.az-a "Tərtər işi" ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu hadisələrin Aprel döyüşlərindən sonra baş verməsi təsadüf hesab oluna bilməz: “Görünən odur ki, əsas niyyət silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətini ləkələmək olub. Son 4 ildə baş verənlər mediada, sosial şəbəkələrdə eninə boyuna dartışılanda bəlli oldu ki, həqiqətən də çox ağır cinayət törədilib. Və bu cinayətin ifşa edilməsi zamanı da çoxsaylı qanun pozuntularına yol verilib. Məhz ötən il ordumuzun müqəddəs missiyanı şərəflə yerinə yetirdikdən sonra təkrar bu hadisələrin qaranlıq məqamlarına işıq salınması təşəbbüsü alqışlanmalıdır və heç şübhəsiz bu, Ali Baş Komandan İlham Əliyevin birbaşa siyasi iradəsindən qaynaqlanır. Görünür, son bir ildə Ermənistanla sərhəddə və Qarabağda baş verən insidentlər, eyni zamanda bizim bilmədiyimiz bəzi narahatedici məqamlar dövlət başçısını qayğılandırıb və o bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib.

Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş "5-ci kolon" təmsilçilərinin olub-olmadığını üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil. İndidən münəccimlik edərək proqnoz verilməsi həm də istintaqın işinə mane yaratrmaq kimi qəbul edilə biılər. Amma mənə elə gəlir ki, bu hadisələr hərtərəfli araşdırılan zaman daha ciddi məqamlar üzə çıxarılacaq və bir çox başlar gedəcək. Çünki bu cür hadisələr zamanı cəzalandırılanların çevrəsi aşağı rütbəli zabitlərlə məhdudlaşdırılıb və məhz ordu rəhbərliyində bu sahəyə cavabdeh olan generallar nədənsə sudan quru çıxmağa müvəffəq olub. Ona görə də hesab edirəm ki, istintaq cəmiyyətin gözləntilərini doğruldacaq və günahkarlar ifşa ediləcək, millətin namusu hesab olunan ordumuz xainlərdən təmizlənəcək. Məncə, bu, Ali Baş Komandanın da istintaq qarşısında qoyduğu əsas vəzifələrdən biridir".

Şərhlər
vahid muellimi cox teriflemeyek,dabanina qeder it sumuyu ile mohkemlenmish gedeler onu hedefe alacaqlar
Təki .Bu əməlləri törədənlər Azərbaycan xalqının mili ruhunu qırmaq istəyən bu millətə düşmən ünsürlərdir.Kimliyindən asılı olmayaraq vətən xaini elan edilib edam olunmalıdılar ki kimsə bu millətin heysiyyatı ilə oynamağa bir daha cəhd edə bilməsin..
Vahid Əhmədova təşəkkür edirik, minnətdarıq. Allah sizi var eləsin, nə yaxşı ki, varsınız!
Ay Vahid müəllim,nə zaman konkret olacaqsınız? Vokruqq-okolo sözlərdən.hamıya məlum ifadələrdən millət çoxdan toxdur.Hanı sizin çoxua bəlli olan faktlar? Qorxursunuz Hərbi prokurrluğun,Nəcməddin Sadığovun və onun ətraflnda olannMüdafiə nazirliyinin əməkdaşlarının adların çəkməyə? Axı bu ciddi məlumat deyil k, siz yazırsınız? Deputatların belə qorxaq və adressiz çıxışlarının mənası başa düşülən deyil.
Bu adam goresen indiye qeder niye Terer isinden danismirdi indi ekspertlik edir? Belesine konyukturaya ugun danisan deyirler
Vahid müəllimə eşq olsun! Həmişəki kimi haqqın yanındadır və çoxlarından fərqli olaraq, kişi kimi sözünü deyir.
TƏR-TƏR İŞİNİN ARAŞDIRILMASI PROSESİNƏ XARİCİ MÜTƏXƏSSİSLƏR CƏLB EDİLMƏLİDİR.
"Tərtər işi"nin əsas günahkarı Moskva və onun Azərbaycandakı casuslarıdır.Əlbəttə,başda Nacmuddin Sadıkovun adı gəlir.Bu adam minblərlə azərbaycanlı əsgərin qanının tökülməsinə vasitə oldu.İstintaq ilkin olaraq Nacmuddin Sadıkovdan başlamalıdır.Nə yaxşı ki Türkiyə var!Yoxsa Putin bu cani-qatilin cəzalanmasına icazə verməzdi.Təəssüf ki Türkiyənin müdaxiləsi olmasaydı,N.Sadıkova gözün üstə qaşın var" deyən olmayacaqdı.Şübhəsiz ki hakimiyyətdəkilər də onun cani olduğunu bilirdilər.
Haqq işi qalib gəlsə insanların ümidi doğrular.Vahid müəllimə eşq olsun.
Bu məsələdə haqqın öz yerini tapacağına çox ümidliyəm,bu olunan zülm cavabsız qalmamalıdır.
Böyük Türk şairi Toffiq Fikret deyib:Zülmün topu var güllesi var qelesi varsa,Heqqın de bükülmez qolu geri dönmez üzü vardır.Göz yumma Güneşden ne qeder nuru qaralsa,Sönmez ebedi her gecenin günfüzü bardır.Sebrli olaq.Allah gec eylet güc eyler.Gec tez Haqq Edalet öz yerini tapacaq İnşaallah.
Vahid müellim hemişe Haqqın terefinde olduğunu subut etmiş bir Vetendaşdır ve bu gün de o öz movqeiyinde olduğunu bir daha mümayiş etdirir.Allah Xalqımızın temiz düzgün Halal Oğullarını qorusun İnşaallah.