NAZARBAYEVİN YOXA ÇIXMASININ SİRRİ... – Və ya Moskva qanlı caynağını niyə Qazaxıstana uzatdı?

Qazaxıstanın esk-prezidenti, Elbaşı Nursultan Nazarbayevdən 5 gündür xəbər yoxdur. O, etirazlara qədər dövlətin ali hakimiyyəti orqanı sayılan Təhlükəsizlik Şurasının ömürlük sədri postunu tuturdu.

Etirazların iğtişaşlara çevrildiyi (və ya çevrilməsi təşkil edildiyi-red.) ikinci gün prezident Kasım-Jomərt Tokayev Nazarbayevin postundan istefa verdiyini açıqladı. Daha sonra yerli media və Rusiya saytları Elbaşının Qırğızıstana getdiyini yazdılar. Ancaq bu məlumat təsdiqlənmədi.

Hazırda beşinci gündür müstəqil Qazaxıstan Respublikasının qurucusundan xəbər yoxdur, bu barədə heç bir məlumat verilmir. Böyük ehtimalla onu təcrid ediblər.

Xatırladaq ki, etirazla başlayanda Nazarbayevin mediada bir cümləlik açıqlaması yayılmışdı: "Əgər böhran varsa, etiraz etmək xalqın haqqıdır".

Düzdür bu fikirlərin ona aid olub-olmadığı dəqiq deyil. Ancaq o dəqiqdir ki, Tokayev Nazarbayevin nəinki səlahiyyətlərini ələ keçirib, onu tamamilə sıradan çıxarmaq, siyasi xəttini məhv etmək yolu seçib. Təbii ki, öz iradəsi və gücü ilə deyil...

Etirazlar bəhanə gətirilərək Nazarbayevin hakimiyyət postlarında olan yaxın adamlarının bir-bir “vurulması” da bundan xəbər verir. Elbaşıya sadiq şəxslərin - ölkənin ən güclü hüquq-mühafizə orqanı hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Kərim Mənsimovun, onun müavini işləyən Nazarbayevin qardaşı oğlu Samat Abişın və digərlərinin vəzifələindən uzaqlaşdırılması Qazaxıstan faciəsinin niyə törədildiyini ortaya çıxarır...

Tokayevin 170 minlik Qazaxıstan ordusuna güvənməyərək rəzilcəsinə, öz dövlətini dünyada biabır etməyə razılaşaraq KTMT qüvvələri adı altında Rusiya ordusunun ölkəyə gətirməsi də hadisələrin ssenarisinin Moskvada yazıldığını göstərdi.

Məlum oldu ki, Moskva hansısa yolla Tokayevi öz iradəsinə tabe edərək Qazaxıstanda 32 illik Nazarbayev siyasi xəttinə son qoymağa çalışır.

Etirazlardan az sonra Nazarbayev təcrid edilməsi, mətbuata çıxışına imkan verilməməsi, eləcə də xalqın guya onun istefasını tələb etdiyi rəyinin formalaşdırılması (“Qoca, get!" şüarları ilə bir dəstə adam ortaya salınmışdı-red.), öyrədilmiş adamlara heykəlinin uçuruldulması, ardınca Moskvaya, hətta Dubaya qaçacağı barədə şaiyələrin yayılması da Elbaşını cəmiyyətin gözündən salmağa hesablanmış addımlardı.

Bununla Nazarbayevin təcrid edilməsinə, onun öz istəyi ilə ictimaiyətlə ünsiyyətdən qaçdığı görüntüsü yaratmaq üçün zəmin hazırlanıb.

Ehtimal etmək olar ki, Moskvada qurulan ssenaridə bu cür saxta etirazların ardınca Nazarbayevin özünün çıxıb istefa verməyə vadar ediləcəyi düşünülüb. Ancaq görünən odur ki, təcrübəli Nazarbayev nəyin baş verdiyini anlayıb və bununla razılaşmayıb. Hər halda Nazarbayev istefa vermək qərarına gəlmişdisə, bunu özü açıqlayardı...

Buna görə də Tokayev özü əvvəlcə Nazarbayevi istefaya göndərdiyini, onun səlahiyyətlərini öz üzərinə götürdüyünü bəyan edib, ardınca da Elbaşının yaxınlarının "vurulmasına" başlanıb.

Tokayevin bu cür qeyri-legitim addım atmağa isə təbii ki, Moskvanın dəstəyi olmadan cəsarəti çatmazdı.

Məsələ ondadır ki:

Əvvəla, Qazaxıstan parlamentinin ömürlük seçdiyi Təhlükəsizlik Şurasının rəhbərini vəzifəsindən azad etməyə Tokayevin səlahiyyəti yoxdur.

İkincisi, Nazarbayevin hökumətdə, xüsusən güc strukturlarında kifayət qədər tərəfdarı olduğundan, Tokayevin belə bir cəhdi özünə qarşı çevrilə, onu hakimiyyətdən uzaqlaşdırardılar. Hər halda Nazarbayev ölkənin ali rəhbəri kimi prosesi idarə edib qərarlar verə, hətta Tokayevin və hökumətin istefasını təmin edə bilərdi...

Səlahiyyəti olmadığı halda Tokayevin Nazarbayevi vəzifədən uzaqlaşdırdığını bəyan etməsi, özünün təcrid edilməsi, ardınca hökumətdəki tərəfdarlarını “təmizləməsi” ssenarinin əvəlcədən yazılaraq sürətlə həyata keçirildiyini göstərir.

Tokayevin Qazaxıstan ordusuna güvənməyərək Rusiya “sülhməramlıları” köməyə çağırması da ölkədə tezliklə onun Moskvanın, daha dəqiqi Putinin planı üzrə hərəkət etdiyinin anlaşılacağından qorxması ilə bağlıdır. Qazaxıstan ordusunun onu və hökumətini müdafiə etməyəcəyini bilir...

Bəs Moskva niyə Nazarbayevə qarşı belə bir xain plan həyata keçirdi?

Bu suala cavab tapmaq üçün Tokayevin dərhal KTMT-ni Qazaxıstana dəvət etməsinə diqqət etmək lazımdır. Nazarbayev hər hansı situasiyada belə bir qərar verərdimi? Əminliklə demək olar ki, yox!

Çünki son 5 ildə Elbaşının apardığı siyasi xətt ölkənin suverenliyini təhlükə altına atan belə qərarlarla kəskin ziddiyət təşkil edir. Nazarbayev nə qədər tənqid olunsa belə, o getdikcə aqressivləşən Rusiyanın imperalist niyyətlərinə qarşı dirənişin tarixi, ideoloji, siyasi əsaslarını hazırlayıb inkişaf etdirməyə çalışırdı.

Valdimir Putinin Qazaxıstanı nişan verərək postsovet ölkələrini "kvazi dövlətlər" adlandırması, Sergey Lavrovun "SSRİ dağıldıqdan sonra nəzarətsiz qalan əraziləri NATO və Avropa Birliyi ələ keçirməyə çalışır" kimi imperiya iddialı bəyanatlarına rəğmən, Nazarbayev müstəqil siyasət həyata keçirməyi bacarırdı.

Nazarbayev Qazax xalqının Türk milli kimiliyini özünə qaytardı. Son 30 ildə ölkədə həqiqətən müstəqil Qazaxıstanın qurulması baxımından düşünülmüş, demoqrafik, mədəni və dil siyasəti həyata keçirildi. Qazaxıstanın tarixdəki böyük Türk imperiyalarının varislərindən biri olduğunu sovet dövrü xeyli dərəcədə ruslaşmış cəmiyyətə aşılaya bildi. Milli özünü dərk prosesi gözlənildiyindən daha sürətli getdi və Qazax dili, Qazax milləti ölkədə aparıcı mövqeyini bərpa etdi. Kiril əlifbasından latın əlifbasına keçidin əsasını qoydu. Ölkədə aparılan islahatlar nəticəsində aparıcı milli etnosun dövlət hakimiyyətində mövqeyi xeyli gücləndi, təbii artım iri şəhərlərdə əhalinin milli tərkibinin sürətlə dəyişdi. Nəticədə 30 il əvvəl sayları ruslarla təxminən bərabər olan qazaxlar 2021-ci ildə ölkə əhalisinin 80 fazini təşkil edib.

Məhz Nazarbayevin dövrü Qazaxıstanın xarici siyasətində Türkiyə ilə yaxınlaşma xətti götürülüb və ölkələr arasında iqtisadi, ticari, siyasi əlaqələr xeyli dərinləşib. Hazırda iri türk şirkətləri Qazaxıstanda yatırdıqları sərmayələri ilə aparıcı mövqeyə malikdirlər.

Paralel olaraq Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında da Nazarbayevin xüsusi əməyi var. Birlik ölkələri içərisində bu istiqamətdə ən böyük işlər görən, təşkilat problemləri üzərinə götürən də Qazaxıstan olub və sair...

Bu və digər amillər Nazarbayevi Moskvanın hədəfinə gətirmişdi. Qazaxıstanda baş verən qanlı hadisələrin səbəbi kimi də ilk növbədə məhz Nazarbayevin başlatdığı bəhs olunan daxili və xarici siyasəti sonlandırmaq niyyətinin dayandığı görünür.

Hər halda daxilində böyük sayda türkün yaşadığı regionun iki aparıcı ölkəsinin - Rusiya və Çinin Nazarbayevin bu cəhdlərindən rahatsız olduğu şübhə doğurmurdu. Onlar nə Türk Dövlətləri Təşkilatının güclənməsini, nə də qonşularında iqtisadi baxımdan inkişaf etmiş bir türk dövlətinin olmasını istəmirlər. Nazarbayevi devirmək üçün qurulan qanlı ssenarinin də bununla bağlı olduğu şübhə doğurmur. Ancaq Qazax xalqı bu niyyətin reallaşmasına imkan verəcəkmi, zaman göstərəcək!

R.Əliyev

“AzPolitika.info"

635x100

Şərhlər

2022.01.07 2022-01-08 08:40:28

Tokayev xalqini rus tokuna vurdurdu

korrektor 2022-01-07 20:14:28

tokayev öz Qazax xalqını ruslara satdı. Onun cəzasını Qazax xalqı verməlidir! Biz müstəqil Qazaxıstanı dəstəkləyirdik! çox təəsüff!

Veteran 2022-01-07 15:58:07

Putin-Lukaşenka-Tokayev "dostluğu".Hophopla dıradıranın dostuğuna bənzəyir .Putin Rusiya ilə birlikdə Cəhənnəmin qapısında növbə gözləyir.Az qalıb.İnşallah bu yaxılarda cəhənnəm qapısı acılacaq.

Eli 2022-01-07 14:29:53

Bu ...Tokatev niye öz Xalqına öz doğma Xalqına niye öz doğma resmi dövlet dili olan Qazax dilinde yox rus dilinde müraciet edir.Bu faktın özü onun Satqın olduğunu öz milletine güvenmediyini desdiq edir.Demeli o vezifeye gelenden Rusun qucağında oturmağı özüne reva bilib.Onun bu hereketine Millet lazımı cavab verecek.Qazax milleti ermeniler kimi “Qucaq Milketi” olmağa heç bact razılaşmayacaq.

RT 2022-01-07 12:58:46

Her halda , Nazarbayev neyi var , neyi var yiqib apardi ))))

Mirzə Qafarlı 2022-01-07 12:04:29

Kasım-Jomərt Tokayev Qazax xalqına, Dövlətinə və ümumilikdə Türk birliyinə qarşı xəyanət etdi.

Sabit Münəccimov 2022-01-07 11:40:05

Görünür, Lavrov müəllimin strateji konturu öz liderləri ilə hərbi konturunu gücləndiriməkdədir!?

Usta 2022-01-07 10:20:49

Rusiyanin,Putinin belasini Allah versin.

Vətəndaş 2022-01-07 10:15:50

İndi bilindi ki Rusla erməninin arasında qurma davası Azərbaycanı tora salmaq imiş ki rus qoşunun torpağımıza QArabağa yeritsinlər. ..... Eyni ssenari Qazaxıstanda başqa formada gedir. Və qazaxıstana girməyi Erməni-rus belarus qol çəkdilər. Paşinyan rusla bir olmasa bunu edərdimi?

Son yazılar