“RUSİYA BU ADDIMI İLƏ QAZAXISTANI İTİRDİ” – “Proseslər anti-Rusiya xarakteri alacaq”

“Moskva MDB ölkələrində “rəngli inqilabların” qarşısını almaq metodlarını işləyir. Bunun üçün postsovet ölkələrinə təlimatlar göndərir. Xüsusi xidmət orqanlarının kanalları ilə operativ əlaqəni davamlı olaraq saxlayırlar”.

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Qazaxıstanda baş verən hadisələrə Rusiyanın müdaxiləsini “sherg.az” saytına dəyərləndirərkən dilə gətirib. O, qeyd edib ki, bütün avtoritar rejimlər və onların başında duran Rusiya xalqların meydanlara çıxmasına, hakimiyyətlərin demokratik seçki tələbləri ilə dəyişdirilməsinə qarşıdır.

"Ona görə də hamısı bunun üçün səfərbər olunub. Belə etirazlar yubanmadan, dərhal demokratiya işartıları kimi nəzərə alınır və elə rüşeym halındaca məhv edilir”, - partiya sədri əlavə edib.

Qazaxıstanda baş verən hadisələrin gerçək səbəbləri barədə suala cavabında S.Əkbər bildirib ki, ölkədə yaranmış vəziyyət tam aydınlaşmayıb: "Proseslərlə bağlı məlumatlar dəqiq deyil. Ona görə də hadisə barədə konkret nəsə söyləmək erkəndir. Bir neçə gündən sonra Qazaxıstanda gerçəkdə nələrin baş verdiyi haqda daha dəqiq fikir söyləmək olar. İlkin fikir, rəy odur ki, Qazaxıstanda etiraz hərəkatı iki yerə ayrılmalıdır. 

Birincisi, Qazaxıstanın qərbində başlayan və dinc tələblərin irəli sürülməsi ilə davam edən aksiyalardır.

İkincisi isə, Almatıdakı etirazların geniş miqyas alaraq bütün ölkə ərazisinə yayılmasından sonra rejimin və onların arxasında duran Rusiyanın məqsədyönlü şəkildə cəmiyyətdə provokativ addımlara əl atmasıdır. Sonradan meydana çıxan təxribatçı davranışlar etiraz aksiyasını gözdən salmağa, dinc əhalinin gözünü qorxutmağa hesablanmışdı. Ən başlıcası isə xarici müdaxilənin “legitimləşdirilməsi” ilə KTMT-nin Qazaxıstana girişinə imkan yaratmaq qarşıya məqsəd qoyulmuşdu".

Sülhəddin Əkbərin sözlərinə gpörə, Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin əsaslandırılması üçün “beynəlxalq terror təhdidindən” danışmaq vacib idi.

"Guya ölkəyə Qərbdən, yaxud başqa yerdən xarici müdaxilə olduğuna görə KTMT nizamnaməsinin 4-cü bəndi tətbiq olunub. Üstəlik, Qazaxıstan Prezidentinin də müraciəti əsas götürülüb. Bu “legitimliyi” haqlı olaraq şübhə altına alanlar Qazaxıstan Prezidentinin belə bir səlahiyyətinin olmadığını deyirlər. Çünki bunun üçün, yəni xarici qoşunların ölkəyə daxil olması üçün parlamentin təsdiqi mütləqdir. Amma Tokayev rejimi və arxasında duran Rusiya heç nəyə məhəl qoymadan bu cür addımlar atırlar. 20 Yanvarı görmüş Azərbaycan xalqı üçün Qazaxıstandakı mənzərə kifayət qədər aydındır", - partiya sədri vurğulayıb.

"Türk Dövlətləri Təşkilatının ən önəmli üzvü - Qazaxıstan itirildimi? Rusiya öz məqsədinə çatdımı" sualını S.Əkbər belə cavablandırıb: "Çoxları düşünür ki, Rusiya Qazaxıstana qoşun yeritməklə öz mövqeyini gücləndirdi. Mən tam tərsini düşünürəm. Əksinə, Rusiya bu addımı ilə Qazaxıstan xalqını itirdi. Necə ki, 20 Yanvardan sonra Azərbaycanda xalq hərəkatı, milli azadlıq hərəkatı geniş vüsət aldı, bundan sonra Qazaxıstandakı proseslər anti-Rusiya xarakteri alacaq. Qazaxıstanda da həqiqi milli azadlıq və demokratik hərəkatın formalaşmasını müşahidə edəcəyik".

"AzPolitika.info"

635x100

Şərhlər

esger 2022-01-12 10:59:16

Mən başa düşürəm kimsə dostluq tanışlıq xətrinə kimin isə bir birilə gohumluq əlaqəsi var O məsələ bizdə hər zaman gündəmdə olub və qalacaq Yaxşı deyin mənə həkim inqlabçı bir MTK nazirin birinci müavinin postunda olan və 1 il fəaliyyətində heç bir uğuru olmayan siyasi fiaskoya uğrayan bir şəxs 3 partiyanı deyişən hər birində ya rəhbər ya da təsisçı vəzifəsində olmaq nə deməkdir Onun heç hərbi işində təcrübəsi yoxdur Bundan sonra siz bizi innadırmaq istəyirsiniz bizə hərbi dövlət məsələləri üzrə ciddi ekspert rəyini təqdim edirsiniz

Müəllifə 2022-01-12 10:14:57

Kreml azərbaycanlılara qarşı Milis deportasiyasına, DQMVdə soyqırım təcavüzünə qarşı qəti addımlar atmadı? Sonra BMT TŞnin DQMV həllinə zidd 28 il də Azərbaycanın işğalına hərbi dəstək verdi və hələ də Azərbaycanı itirməyib, mərkəzində öz hərbçiləri ilə işğalçı qalıqlarını müdafiə edir? Ola bilsin ki, bu isti münasibətə görə "QƏRB" də çox dəfə hərbi işğalçıya dəstək olur?

RR 2022-01-12 04:29:11

Niye ki,biz 20 yanvardan sonra , yûzlerle rus mektebi acmishuq..........

Roma 2022-01-11 23:32:59

Tarixən Rusiya çox məkrli və hiyləgər siyasət aparıb və bu bugündə davam edir, çox düzgün və incə siyasət aparılmalıdır, belə ki, bir vertalyotu hərləyib (nömrəsiz-nişansız) bizə şər atmadımı??? Nə isə ehtiyatlı olmaq və rusun fitvasına getməməli...erməni isə rusun əlində itdir kimə istəsə fısqırdır...

Eli 2022-01-11 19:10:52

Beyin fikirleri mentiqli ve doğru fikirlerdir.Putin üçün bu Dünyada Müqeddes heç ne yoxdur.O 20 ilden artiq bir müddetde Rusiyaya rehbetliyi dövtündr öz dövletini ,milletine me edib ki başqalarına ds ne ise etsin.ZBu müddetde o özünü dövlet başçısı kimi yox НКВД başçısı kimi göstetib Onun üçün beynelxalq jpwuq İnsan Haqqları adlı anlayış yoxdur.Onun üçğn zor zülm araqstmaq anlayışı var vessalam

Son yazılar