“UKRAYNA ADİ ÖLKƏ DEYİL, GÜCLÜ ÖLKƏDİR...” – Ərdoğan Putinə xəbərdarlıq etdi

“Rusiyanın Ukraynanı işğal edəcəyini real yanaşma sanmıram, çünki Ukrayna adi ölkə deyil. Ukrayna güclü ölkədir. Rusiya belə bir addım atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir”.

"AzPolitika.info" Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfəri zamanı jurnalistlərə deyib. O, vurğulayıb ki, böhranı rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.

Xatırladaq ki, ötən həftə ABŞ, NATO və ATƏT Rusiya ilə danışıqlar aparıb, münasibətlərdəki gərginliyi, Ukrayna böhranını müzakirə ediblər. Danışıqların çətin keçdiyi, ciddi proqres əldə olunmadığı bildirilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 13 mindən çox insan öldürülüb.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2022-01-19 15:38:10

Bu Rusiya və Putin içi boş bir çürük qozdur.Bircə yumruqla məhv olasıdır.Ərdoğandan başqa dünyada hələ bir kişi tapılmırki buna bir tərs şapalaq vursun.Görünür iri dövlət başçılarının əksəriyyəti qoluboylardan ibarətdir.

neriman seyfeli 2022-01-18 23:12:54

Putin muharibe eden deyil, ezele gosterir, cixilmaz veziyyetdedir, qefilden olecek.

Eli 2022-01-18 16:43:45

Budur Putinin iç üzü beşeriyyete verdiyi “töhveler”.2014-cü ilden beri Ukrayana ile olan münaqişede 13 min günahsız insan qetle yetirilib, Qarabağda menadız yere öldürülenleri ve diger bölgelerde Rusiyanın yaratdığı münaqişelerde ölenlerin sayı yeqin ki 100 min meferi keçer.Dünya hele de bu ikinci “Hitlerin” nazı ile oynayır.Özü de bu gün Rusiyanın heç bir herbi qüdreti yoxdur hamusı Putinin “Blefi”dir

Son yazılar