“PEKRESİN SƏFƏRİ RUSİYA XARİCİ KƏŞFİYYATI TƏRƏFİNDƏN TƏŞKİL OLUNUB” – “Əgər kimsə Fransadakı seçkilərə təsir etmək istəyirsə...”

"Mariya Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə görə, sülhməramlı əməliyyatlar sülhə məcburetmə əməliyyatlarından fərqli olaraq ev sahibi ölkənin suverenliyinə məhdudiyyət nəzərdə tutmur. Bu əməliyyat ancaq BMT Təhlükəsizlik Şurasının qərarı əsasında həyata keçirilə bilər".

"AzPolitika.info" xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Facebook"dakı səhifəsində yazıb. "Bu o deməkdir ki, ölkəmizin dövlət sərhədi rejiminin və iqtisadi məkanın qorunması ilə bağlı qanunlarımız sülhməramlılara ötürülə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüququn və nizamın qorunması, təhlükəsizlik funksiyası ilə məhdudlaşır", - o əlavə edib.

T.Zülfüqarov vurğulayıb ki, Fransa prezidentliyinə namizəd Valeri Perkesin Xankəndinə Rusiya Xarici Kəşfiyyatın kuratorları tərəfindən təşkil edilən səfəri qanunsuzdur və 10 noyabr bəyanatının məzmununa ziddir: "Əgər kimsə Fransada prezident seçkilərinə təsir etmək istəyirsə, bunu bizim suveren hüquqlarımızın pozulması hesabına etməsin!"

"AzPolitika.info"

635x100

Şərhlər

TARIX 2022-01-21 16:58:04

RUSİYA HƏMİŞƏKİ KİMİ ÖZ AMPULASINDADIR.ONUN ÜCÜN BEYNƏLXALQ QANUNLAR,BEYNƏLXALQ HÜQUQ BOŞ ŞEYDİR.

t.ədalət 2022-01-21 15:42:13

Ölkəmizdə nə qədər çox rus dilində danışacaqlar,bir o qədər Rusiyanın qurduğu tələlərə məruz qalacağıq.

turan 2022-01-21 15:37:23

Zaxarova özü öz sözləri ilə bonuna aldı ki, onların icazəsi ilə Perkes Xankəndiyə gedib. Koridoru bağlamaq vaxtıdır

Əhməd 2022-01-21 15:16:23

Sizə elə gəlmirmi ki biz günü gündən Qarabağ müharibəsindən qazandıqlarımızı düşmənə veririk Özü də gözümüz görə görə ağlımız kəsə kəsə.. 4-5 aydan sonra daha pis olacaq.

Son yazılar