“RAMİZ MEHDİYEV RUSİYANIN CANİŞİNİ, TÜRK DÜŞMƏNİDİR!” – “Onu, ümumiyyətlə, cəmiyyətdən təcrid etmək lazımdır"

Xaləddin İbrahimli: "Bir gün ləyaqətli elm adamları toplaşıb Ramiz Mehdiyevi AMEA-ya buraxmayacaqlar"

“AMEA tamam müstəqil bir qurum kimi fəaliyyət göstərməlidir və siyasətdə “vurulan” adamların ora gətirilməsi praktikasına son qoyulmalıdır”

""Ramiz Mehdiyev kimdir?" sualına cavab vermək üçün əvvəlcə onun fəaliyyətinə baxmaq lazımdır ki, nə işlə məşğul olub. Onun parlaq dönəmi Prezident Aparatında (PA) işlədiyi zamana təsadüf edib. Sovet vaxtı ideologiya katibi olub, daha sonra PA rəhbəri vəzifəsinə təyin edilib. Mehdiyev ideologiya katibi olaraq Azərbaycan elmini, xüsusən, ideologiya ilə bağlı olan sosial elmlərin səhv yönləndirilməsi ilə, məhvi ilə məşğul olub. Bura fəlsəfə, sosiologiya, tarix elmləri daxildir. Bu elmlərin ən çox zərər gördüyü dönəmlər Ramiz Mehdiyevin PA-da katib olduğu zamana təsadüf edir".

Bu sözləri tarix elmləri doktoru, professor Xaləddin İbrahimli "AzPolitika.info"-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən hadisələrə münasibət bildirərkən deyib.

Professorun sözlərinə görə, R.Mehdiyevin elmə vurduğu zərbələrdən biri də odur ki, öz tayfasından olanları, qohum-əqrabalarını, yerlilərini irəli çəkib: "Yeri gəlmişkən, elmə yerliçilik prinsipini də o gətirib. Guya belə söhbətləri aparanlara qarşı mübarizə aparırdı, amma təcrübədə yerliçiliyin ideoloqlarından biri o idi. Tarix, fəlsəfə institutlarını, universitetləri, başqa-başqa kafedraları öz tanış-bilişləri ilə doldurmuşdu".

Professor əlavə edir ki, elmə saxtakarlığı da elə Ramiz Mehdiyev gətirib: "O, heç də təqdim etdiyi kimi intellektual adam deyil. PA rəhbəri olduğu dönəmlərdə paralel olaraq bir neçə vəzifəsi vardı. Prezident yanında İdarəçilik Akademiyasının kafedra müdiri idi, guya dərs deyirdi. "Balaca Ramiz Mehdiyev" - Əli Həsənov da onun elədiklərini təkrarlayırdı. O və yaxın adamları intellektual ola bilməzdi. Elə vəzifələrdə işləyən adam kitab yaza bilməz. Kitab yazmağın nə qədər çətin olduğunu elm adamları, kitab yazanlar bilir. Bir ciddi elmi məqalə yazmaq üçün ən azı onun üzərində 3-6 ay işləmək lazım gəlir. Amma bunlar ildə 500-600 səhifəlik iki kitab yazıb çap edirdilər. Adlarını alim qoyan şəxsiyyətsiz adamlar vardı, onları nökər kimi işlədirdilər. Onlar Mehdiyevə nökərçiliyin əvəzində xırda-xuruş mənsəblər qazanırdılar. Ən yüksək halda onlara mandat verərdilər".

X.İbrahimli vurğulayır ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Ramiz Mehdiyevin Rusiyanın canişini olduğunu hamı bilir. "O, Türk düşmənidir və qardaş ölkədə təhsil almış heç bir kadrı PA-nın qapısından içəri buraxmırdı. Mehdiyevin həyatı intriqalarla keçib, o, insanları biri-birinə qarşı düşmən etməklə, var-dövlətlərinə çökməklə məşğul idi. Ona görə də bu adamın Akademiyaya rəhbər təyin olunması doğru deyildi.

O zaman da yazmışdım, şəxsiyyətinə hörmət edən heç bir alim onun rəhbərlik etdiyi müəssisədə işləməməlidir. Məndən inciyənlər, küsənlər oldu. İndi AMEA-da baş verən proseslər onu göstərir ki, nə qədər əzilsələr də, əsl alimlər öz ləyaqətini, kimliyini, şəxsiyyətini qoruyan kişilərdir. Nə vaxtsa bu etiraz özünü göstərəcəkdi və indi yavaş-yavaş vicdanlı insanlar etiraz edir, Mehdiyevin insan ləyaqətini alçaltmağa yönəlmiş basqılarına qarşı dirəniş göstərirlər. Bu etirazlar get-gedə artacaq. İnanıram ki, bir gün ləyaqətli elm adamları bir araya toplaşıb, onu Akademiyaya buraxmayacaqlar. O, nəinki içəri buraxılmamalı, ölkənin daxilində belə olmamalıdır. Mehdiyevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır ki, nə işlər görüb. Onun çox suçları var, onu, ümumiyyətlə, cəmiyyətdən təcrid etmək lazımdır", - tarix elmləri doktoru vurğulayıb.

Xaləddin İbrahimli deyir ki, Ramiz Mehdiyev Azərbaycana çox böyük zərbələr vurub.

Professor, AMEA-nın gələcəyi ilə bağlı da fikirlərini bölüşüb: ki təməl fikrin biri ondan ibarətdir ki, AMEA ümumiyyətlə ləğv edilməlidir. Digər fikir isə rekonstruksiya olunmasından yanadır. Bu təkliflərin hər ikisini dəyərləndirmək olar. Akademiyanın qapadılması o zaman mümkün ola bilər ki, dövlət universitetlərinin gücləndirilməsi ilə bağlı proqram qəbul edilsin və onun icrasına başlansın. Akademiyanın potensialı, personalı universitetlərin müvafiq fakültələrinə transfer olunmalıdır. Yəni elm təhsillə bir araya gətirilər, bu yolla Türkiyədə, Avropada olduğu kimi, universitetlər daha da gücləndirilər.

İkinci yol AMEA-nın gücləndirilməsidir. Bu o deməkdir ki, ayrı-ayrı institutlar müasir texniki avadanlıqlarla təchiz olunacaq, əməkhaqqı sistemi kökündən dəyişdiriləcək. Bu zaman AMEA-da çalışanların elmə töhfə vermələri üçün çalışdıqları şöbələrlə, institutlarla mənəvi bağları güclənəcək. Nəticədə, dövlətin AMEA-da hansı hədəfləri gözaltı etdiyi ortaya qoyulacaq. Əgər dövlət bu sahənin inkişafını istəyirsə, ciddi maliyyə ayırmaları etməlidir. Bəzən deyirılər ki, akademiya, universitetlər istehsal sahəsi deyil, büdcəyə gəlir gətirmir və s. Bunlar kökündən yanlış fikirlərdir. İnkişaf etmiş ölkələr ən böyük gəlirlərini elm və təhsildən, ideyalardan əldə edirlər. Çünki ən müasir texnologiyalar ilk olaraq ideya kimi formalaşır. Onlar isə restoranlarda, toyxanalarda deyil, elm müəssisələrində yaranır. Bilim insanları təminatlarından, həyatlarından narahat olmamalıdırlar ki, rahat elmlə məşğul ola bilsinlər. Bu, inkişaf etmiş ölkələrdə dövlətin siyasətidir".

Professor qeyd edir ki, əsas məsələlərdən biri də AMEA-da elmi ünvanların ortadan qaldırılmasıdır: "Dünyada belə ünvanlar yoxdur. Elmdə ən yüksək ünvan professordur. Nəhayət, bu sahədə də Rusiya ilə bağ qırılmalıdır. Rusiya elmində çox şeylər yanlışdır. Onlar da yanlış olaraq götürülüb Azərbaycanda tətbiq edilib. Nə vaxta qədər Rusiyanın yanlışları bizdə imitasiya olunacaq? Akademiklər deputat qədər maaş alırlar, amma büdcədən onu hansı adla çıxarırlar? Belə bir sinifləndirmə, klassifikasiya heç yerdə yoxdur. Akademik olduğuna görə filan qədər pul alırlar. Kimdir akademik? Elm adamıdır? Xeyr! Belə bir elmi ad yoxdur. Bu da ortadan qaldırılmalıdır. Akademik adları elmdə sovetlərin bir elita, nomenklatura yaratmaq siyasəti idi. Sovet hakimiyyətini müdafiə etmək üçün yaltaq ziyalıları ora yığırdılar.

Onlardan akademik və müxbir üzv düzəldirdilər və rejimin müdafiəsinə səfərbər edirdilər. İndi dünyanın heç yerində buna ehtiyac yoxdur. İndi elmi siyasətə bu qədər bağlamaq, ona tabe eləmək olmaz. AMEA tamam müstəqil bir qurum kimi fəaliyyət göstərməlidir və siyasətdə “vurulan” adamların ora gətirilməsi praktikasına son qoyulmalıdır. Akademiya sürgün yeri deyil ki, siyasətdən atılan adamlar gəlsinlər və orada siyasətdə etdikləri əlləm-qəlləm işləri davam etdirsinlər. Bu cür işlərə nə qədər tez son qoyulsa, o qədər elmə az zərər dəyəcək. Bir də ki, elm adamları aktiv olub öz haqlarını və elmi qorumalıdırlar. Elm adamının birinci vəzifəsi elmin namusunu, şərəfini, ləyaqətini qorumaqdır".

"AzPolitika.info" 

635x100

Şərhlər

Turksoy 2022-01-29 11:58:15

Allah kecsin gunahimdan.TQDK-da ishlayan shoba mudirinin dediklerinden. Naxcivanda o vaxt qebulla bagli butun ishleri Isa hell edirdi.Pulunu verirdin ishini gorurdun

Eli 2022-01-24 01:41:11

Deyirler ki,İsa Hebinbeyli ve ona benzerlilerden canımız ne qeder tez qurtarsa başımız o qeder salamat olar.

Veteran 2022-01-24 00:24:02

Xaləddin müəllim birləşin.Özüdə təcili...... AZƏRBAYCANI azad etmək lazımdır.

Azər 2022-01-23 18:52:17

İsa Həbibbəyli yalnız Şərurun Danzik kəndində orta məktəbdə zavxoz işləməyə layiqdir. Amma vaxtilə Ramiz Mehdiyev onu Naxçıvandan Bakıya Akademiyanın prezidenti olmaq üçün gətizdirmişdi. Əgər bu baş tutsaydı böyük fəlakət olardı. İndi isə onu geri qaytarmaq lazımdır.....

Azər 2022-01-23 16:34:59

Ramiz Mehdiyev və onun əlaltısı olan İsa Həbibbəyli Azərbaycanın humanitar-ictimai elmlərini bərbad hala salıblar. Ancaq ..........İsa Həbibbəyli bəlkə də Ramizdən daha artıq ziyan vurub.

Baxış 2022-01-23 12:31:34

Çingiz 2022-01-23 07:17:23 Xaləddinin fikirləri xoşuma gəlmədi. Ümumi sözlərdi.... Xaleddin müellimin dediklerini her kes bilir, belke de gerçekliklerin yüzde birini deyib ve elmi keşf etmeyib, bir müsahibede bele bir fikri de olmayıb. Amma Çingiz bey, ferq odur ki, her kesin bildiyini o deyir, lakin siz deye bilmirsiz

Çingiz 2022-01-23 07:17:23

Xaləddinin fikirləri xoşuma gəlmədi. Ümumi sözlərdi....

Seyid Ənhu 2022-01-22 21:23:45

HÖRMƏTLİ PROFESSORA DƏYƏRLİ FİKİRLƏREİNƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM. MƏNCƏ BÜTÜN BU OLANLARDAN VƏ OLACAQLARDAN QURTULMAĞIN YEGANƏ YOLU RUSİYADAN QURTULMAQDIR.

Eli 2022-01-22 20:17:48

Bir faktı da qed etmek isterdim.Azerbaycan ehalisinin yalnız 0,5 %- ni teşkil eden Yusif Memmedeliyevi Ana Veteni olan Ordubad 1920-2000- ci illerde Azerbaycan elmine 20 akademik,400 nefer elmler doktoru bexş etmişdir.Bu faktı mene eslen Ordubadlı olan çıx hörmetli bir alimimiz isbat etmişdir.Bele bele işler “Alim” müellim.

Eli 2022-01-22 20:01:54

Bu keşfine göre müharibe dövründe Sovet İttifaqı KP MK Siyasi Bürosunda onu Nobel mükafatına teqtim edilmesi meselesi müzakire olunanda iki ermeni marşalı Baqramyan ve Babacanyan etiraz edib bildirirler ki bu herbi sirrdir olmaz ve Stalini be Beriyanı inandırmağa nail olurlar.Görbagör olmuş Mikoyan da bunlara destek verir.zTeklenen Mircefer Bağıtov ise heç ne ede bilmir.

Eli 2022-01-22 19:35:03

Yusif Memmedeliyevin keşf etdiyi yüksek oktanlı aviasita benzini SSRİ-nin ikinci Dünya müharibesinde qelebesinin esas amillerinden biri olmuşdur ki bu keşfe göre ona Stalin mükafatı verilmişdir

Eli 2022-01-22 19:21:57

Hesen Abdullayev,Eldar Salayev ve Feremez Maqsudov ise rehmetlik Heyder Eliyev respublika rehberliyinde olanda Akademiyata Prezident seçilibler ki burda ise Mehdiyevin söz sahibi olması mümkünsüzdür.Esas Eliyevin fikri rol oynayıb,Mehdiyev be digerleri ise bu tip meselelerde müşahideçi rolu oynayıblar.

Eli 2022-01-22 19:13:03

Adını “Alim” qoyan müellime.Siz Yusif Memmedeliyevi heç vaxt heç kimle müqayise etmeyin.O Az.SSR EA tesisçilerinden biri olub ve iki defe -1947- ci ilde 41 yaşında,ikinci defe 1958-ci ilde 52 yaşında Akademiysya Prezident seçilib.1947- ci şlde Mehdiyevin 9 yaşı olub,1958- ci ilde ise o Bakı denizçilik mektebinde oxuyurdu.1961- ci ilde Memmedeliyev vefat edn ili Mehdiyev Bakı Dövlet üniversitetinu qebul olunub.

Samir 2022-01-22 18:48:36

Türkün düşməni Milli Akademiyamizin prezidentidir......Görünən odur ki, mövcud vəziyyət Ramizə bəs etmir.

Mubariz 2022-01-22 17:24:01

R.Mehdiyev bu dovletin dayaqlarını sarsıdıb... Onun əməllərinə hüqui qiymət verilməlidit... AMEA-da baş verəmlər haqda cinayət işi açılmalıdır

RAHİM 2022-01-22 16:25:49

Hörmətli XALƏDDİN BƏY. BÜTÜN İDARƏLƏRDƏ ONUN TAYFASINDAN OLANLAR OTURUBLAR. ONLAR HEÇ VAXT ONA QARŞI NƏSƏ ETMƏYƏ CƏSARƏT ETMƏYƏCƏKLƏR.

Eli 2022-01-22 16:08:40

Şair Akademiyanın ele bil bu günü üçün deyib:Gerdişi dövrana bax min arifii etmiş zelil,Dövrü çarxa sal nezer bir eblehi etmiş vekil.Elm alim mehv olur,aclıq çekir görmür heyat,Cehli cahil kef çekir her gün qurur eyşi büsat.

Eli 2022-01-22 15:37:46

Bizim Milli Elmler Akademiyası tarixen heqiqi elm adamlarına ,fedailerine çıx qısqanc münasibet nedleyib .Yusif Memmedeliyev,Azad Mirzecanzade,Xudu Memmedov ve diger dünya seviyyeli alimlerin qedrimi bilmediker,onların layiq olduğu qiymeti vermediker.56 yaşında Yusif Memmedeliyevin ölümüne sebeb oldular be s.Bu gün dünya elminin qebul etdiyi,Lütvüzade kim bir dahinin özüne varis seçdiyi Rafiq Eliyev kimi bir alimi Akademiysnın hendiverine yaxın qoymurlar.

Vuqar Memmed.oglu 2022-01-22 15:32:52

Ermənilərin güvəndiyi ən ..etibarlı..adamdı....

vətənindaşı 2022-01-22 14:52:59

türklərdən başqa hərkəs başdadır--akademiya ləğv olunsun-- elmi dərəcələr səmərəsinə görə qiymətləndirilsin

Roma 2022-01-22 14:18:11

"Balaca Ramiz Mehdiyev" - Əli Həsənov da onun elədiklərini təkrarlayırdı. Necə də gözəl ifadə etmisiniz...

Eli 2022-01-22 13:45:14

Çox maraqlıdır ki bu müzakirelerde Akademiyanın deqiq elmler sahesi üzre alimlerinden bir nefer oksın iiştirsk etmir,ancaq figer sahenin alimleri şse tenqid üçün növbeye dayanıblar.Sual olunur: niye Elm aleminin qebul etdiyi hörmetli professor Rafiq Eliyevi bixim Akademiye qebul etmir.Dünya şöhretli Lütfüzade onı özüne varis deçir bşzim elm alemi ise boş boş işlerle meşğul olur.Ona göre de bizde me elm bar ne de elme,slime hörmet.

Culfa 2022-01-22 12:38:10

Ramiz Mehdiyev KQB tikəsi ilə böyüyüb..... O ki qaldı Ramizin "alimliyi"nə - bu adam Azərbaycan dilində danışanda, elə bil, .... "Doğma" dildə normal, kağızsız çıxış edə bilməyən kəs rus dilində necə fəlsəfə doktoru olur? - bax, bunu qana bilmirəm...

Alim 2022-01-22 12:31:18

Yusif Məmmədəliyevi, Həsən Abdullayevi, Eldar Salayevi və Fərəməz Maqsuduvu Azərbaycan Respublikası Elmlər Akademiyasına Ramiz Mehdiyevin sayəsində prezident seçiblər?

azad 2022-01-22 12:06:06

Ramize xod axtaranlar ele özü kimi adamlar olub, indi yoxdur mu... indi de var.

Roma 2022-01-22 11:57:58

Bu qədər mərəkədən, bu qədər hay-küydən sonra bu adamın qalıb işləməsi möcüzədir...

Xeqani 2022-01-22 11:45:47

Mūdriklərimiz əvvəllər deyirdilər"alim öldū,aləm öldū" indi bu tərsinə çıxıb " alim oldu aləm öldū".

t.ədalət 2022-01-22 11:29:32

Etiraf etmək lazımdır ki,akademiyada yaltaq və iradəsiz adamlar çoxdu.....Akademiya birbaşa Moskvadan idarə olunur....

Firdovsi 2022-01-22 11:26:05

Ramiz Mehdiyev bu xalqın düşmənidir! Akademiyanı bunun kimisinin idarəçiliyinə tapşırmaq xalqın milli mənəvi dəyərlərinin böyük bir hissəsini məhv etmək eməkdir.

TARİX 2022-01-22 10:58:07

RAMİZ MEHDİYEV KAL ARMUD OLUB TƏDBİRİNİ GÖRMƏK LAZIMDIR.AZƏRBAYCANDA SIRADAN CIXARTDIĞI LƏYAGƏTLİ OĞULLARIN SAYI HESABI YOXDUR.

Usta 2022-01-22 10:43:15

Yazini cox beyendim cox saq olun.Biz sade insanlar hec ne ede bilmerik.Siz yazin, haray salin belke bu adamlardan canimiz qurtarar.

Vətəndaş 2022-01-22 10:35:49

Bu .....,düşməndirsə,onda onu o vəzifədə saxlamaq nə deməkdir?

Samir Məhəmmədi 2022-01-22 10:08:03

Ramiz yuxarıda olanda hamı xod axtarırdı ona girməyə indi hər söz deyirsiz bizdə belədidə

Analitik 2022-01-22 09:58:57

Professorun sözlərinə görə, R.Mehdiyevin elmə vurduğu zərbələrdən biri də odur ki, öz tayfasından olanları, qohum-əqrabalarını, yerlilərini irəli çəkib: "Yeri gəlmişkən, elmə yerliçilik prinsipini də o gətirib. Guya belə söhbətləri aparanlara qarşı mübarizə aparırdı, amma təcrübədə yerliçiliyin ideoloqlarından biri o idi. Tarix, fəlsəfə institutlarını, universitetləri, başqa-başqa kafedraları öz tanış-bilişləri ilə doldurmuşdu".-görəsən hənin o yerlilər.tanış-bilişlər Rusiyadan gələnlərdir..Araşdirmaq lazimdir

Son yazılar