"RUSBAŞLARIN" XƏYANƏTƏ BƏRABƏR KORLUĞU... - Yaxud “tərcümə xətası” adı ilə cəmiyyətə “yedizdirilən” cinayət

“Korluq” sözü dilimizdə təkcə fiziki qüsur, görmə qabiliyyətinin itirilməsi deyil, həm də “korluq çəkmək”, yəni nəyinsə yoxsulluğunu yaşamaq mənasında işlədilir.

Azərbaycandakı “rusbaşlar” üçün bu sözün hər iki mənası keçərlidir. Bunu faciə adlandırdığımız, əslində isə qətliam olan 20 yanvar hadisələrinin ildönümü ərəfəsində üzə çıxan, Azərbaycandakı məktəblərin rus bölmələrində tədris olunan 4-cü sinif rus dili dərsliklərindəki “xəta” da sübut edir.

Xatırladaq ki, həmin kitabın 20 yanvar hadisələrinə aid hissəsində Sovet ordusunun Bakını işğal etməsi real işğal, təcavüz faktı yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib.

Şəhidlərinsə guya Sovet əsgərləri ilə AXC “döyüşçüləri” arasında gedən atışma nəticəsində həlak olduğu göstərilir: “Sovet ordusu Xalq Cəbhəsini dağıtmaq və hakim partiyanın hakimiyyətini xilas etmək üçün Bakıya hücum edib. Əsgərlərlə Xalq Cəbhəsinin döyüşçüləri arasındakı küçə döyüşlərinin gedişində dinc vətəndaşlar həlak olub…”

Qətliamın dərslikdəki bu təqdimatı, 1990-cı ilin yanvarında Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəzi hakimiyyətin 20 yanvar hadisələrinə verdiyi qiymətlə, izahla demək olar ki, tam üst-üstə düşür.

Belə çıxır ki, Sovet-rus-erməni ordusu həmin vaxt Bakını işğal etməyə, milli-azadlıq hərəkatını, Qarabağla bağlı xalqın HAQLI etirazlarını boğmağa yox, Xalq Cəbhəsinin “döyüşçüləri” ilə savaşmağa gəlib. Marşrut avtobuslarında, öz mənzillərində, avtomobillərində, hətta təcili tibbi yardım maşınlarında gülləbaran edilərək Şəhid olanlar, eləcə də dinc nümayişçilər isə "əli silahlı döyüşçülər" olublar.

Tariximizin yaddaşındakı bu qanlı səhifəyə, böyük faciəyə, qətliama bu cür xaincəsinə qiymət verməyə yalnız Moskvadakı o vaxtkı hakimiyyət və onun indi də davam edən imperiya təfəkkürü, bir də bu təfəkkürün yerlərdəki qulbeçələrinin və nökərlərinin köləlik, yaltaqlıq, saxtakarlıq xisləti qadirdir.

Həmin hadisələrə bu cür qiymət verən və azərbaycanlı adı daşıyanların milli kimlik sarıdan korluq, qıtlıq çəkdikləri şübhəsizdir. Çünki bu sətirləri bir azərbaycanlının, qanında, canında azca da olsa, millətimizə xas hansısa əlamət olan biri yaza bilməzdi…

Bəziləri, o cümlədən də, rəsmi qurumlar bunu “tərcümə xətası”, qəsdən edilməyən yanlışlıq kimi qələmə verməyə çalışırlar.

Rəsmi qurumları, o cümlədən də, Təhsil Nazirliyini başa düşmək olar. Onların işi zatən əksər hallarda öz yarıtmazlıqlarını, səhlənkarlıqlarını, bəzənsə, yararsızlıqlarını hansı yolla olursa olsun ört-basdır etmək, malalamaqdır. Ancaq hər kəsə məlumdur ki, bu dərsliklər məktəblərə göydən düşməyib. Hər halda, nazirlikdə də kimlərinsə əlindən keçib.

Kitabın nəşr edildiyi və Ramiz Mehdiyevə məxsus olduğu bildirilən “Şərq-Qərb” nəşriyyatından isə məsələ "tərcümə xətası" ilə ört-badır edilməyə şalışılır. 

“4-cü siniflər üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişikliyi zəruri edir”- deyə, millətimizin, dövlətimizin tarixini təhrif etməyə yönəlmiş faktını sıradan bir hadisə kimi qələmə verirlər. 

Əgər bunu görüb də məktəblərə ötürüblərsə, bu, bir cinayət - yox, əgər görməyiblərsə, bu da başqa bir cinayətdir – korluqdur! Həmçinin, bu biabırçılığa baxmayaraq, dərsliklərin dəyişdirilməməsi, 2023-cü ili gözləmək qərarının verilməsi də təhsilə cavabdeh qurumların hansı strateji düşüncəyə malik olduğunu üzə çıxarır…

Bu məsələ həm də rus bölmələrində vəziyyətin necə acınacaqlı olduğunu bir daha ortaya qoyur. Azərbaycanda ümumilikdə 90 mindən artıq şagird 340 məktəbdə rus bölməsində təhsil alır. Deməli, 90 min şagird, 90 min ailə, 340 məktəb isə 340 müəllim kollektivi, hər kollektivdə də yüzlərlə müəllim deməkdir.

Həmin dərsliklər 2019-cu ildən tədris olunur. Belə çıxır ki, 3 il ərzində bu qədər valideyn və müəllim, məktəb direktoru, onların müavinləri, ən azından həmin dərsi 4-cü siniflərə tədris edən müəllimlər arasında indiyə qədər bu “xəta”nı görən olmayıb?

Bu dərəcədə fiziki korluq mümkündür mü? Əlbəttə ki, yox. Sadəcə, görsələr də, buna heç məhəl belə qoymayıblar – “qoy uşaqlar elə belə də bilsin”. Çünki bunu görən və qarşısını almalı olanların çoxu elə həmin kitabın müəllifləri kimi düşünürlər, çünki yad dildə danışmağa, dərs deməyə üstünlük verən, övladlarını bu məktəblərə yollayanların hamısı olmasa da, əhəmiyyətli bir qismi fiziki yox, milli mənəviyyat korluğundan əziyyət çəkirlər. 20 yanvarda şəhid olanlar isə belələri üçün uzaq, yad adamlar, “kənddən gələnlər”dir…

Axtaran olsa, bəlkə, rus bölməsinə aid digər dərsliklərdə bundan da artıq və biabırçı təhriflərə, yalanlara, saxtakarlıqlara, Azərbaycanın tarixi, milli-mənəvi dəyərlərinə zidd olan məqamlara rast gəlmək olar. Və təhsilə cavabdeh olan qurumlar bu hallara “tərcümə xətası” adı qoyduqca da, bu biabırçılıq hələ uzun müddət davam edəcək...

Cəlal Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Sumqayıt 1987 İrəAzları 2022-01-24 23:58:24

Rus yox, ayaqbaşlar! Başları ilə xalqı-vətəndaşları da faciələrə-çaşqınlığa aparırlar, sonra da ayaqları ilə düşünməyə çalışırlar?

Moshu 2022-01-24 21:48:13

Belə adamlar özündən güclünün yanında zəlil, (korobka qarışdı, sözləri axtarıram) müti obrazında çıxış edir, özündən zəifi isə tapdalamağa hazırdır. Belə adamlar hər situasiyaya adaptasiya olur. Bu 31 illik müstəqilliyimiz dövründə Ramiz Mehdiyev ermənilərin Qarabağa edə bilmədiyi yaramazlığı Azərbaycana elədi. Təhsilimizi, səhiyyəmizi, Ordumuzu ağlar günə qoydu. Bu gün elmimizin anasını ağladır. Alim öldü, aləm öldü, çox yerində olan gözəl deyimdir. Hərdən fikirləşirəm ki, AMEA-nın alimləri elə çətin durumdamı qalıb ki, özlərində cəsarət tapıb öz sözlərini deyə bilmir. Ramiz Mehdiyev ötən dövr ərzində elə bir monstr obrazı yaradıb ki, əstəğfürullah, Allah da ondan ehtiyatlanır. Ay mənim gözəl xalqım, sən beləmi acizsən ki, bu “ağsaqqal”a onun yerini göstərə bilmirsən? Cəlal Məmmədova eşq olsun ki, böyük əksəriyyətimizin sözünü o deyir. Bu boyda vəzifə sahibi, sənin nəyinə lazımdır bu “Şərq-Qərb” nəşriyyatı. Güman edirəm ki, 4-cü sinfin Rus dili dərsliyində 20 yanvar hadisələri ilə bağlı fikirlər elə Ramiz Mehdiyevin ideyası olub. Hərdən fikirlər səslənir ki, Ramiz Mehdiyevin xidmətləri böyük olub. Hansı xidmətllərdən söhbət gedir? Arvadı, qızı üçün yaratdığı şərait, oğlui Fövqəladə Hallar Nazirinin müavinidir, qaynı DİN-nin mühafizə xidmətinin rəis müavinidir (əvvəl pasport xidmətinin rəis müavini idi, pasportların verilməsi ASAN xidmətə ötürüləndən sonra yerini dəyişdirtdi. Bildiyim qədər pasport stolda işləyəndə neçə ermənini döndərib azərbaycanlı qayırıf. Hörmətli Vilayət Eyvazovun cənab Prezidentə həqiqi xidmət göstərmək fikri varsa Qurskayanın – Ramiz Mehdiyevin qaynının pasport masasında işlədiyi dövrü yoxlatdırsın). Elə bil ki, anaları bunları doğanda bunları vəzifə üçün doğub. Bu mənim bildiyim qısa faktlardır. Bütün yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Ramiz Mehdiyev korrupsiyanın başında duran əsas şəxsdir. Guman edirəm ki, cənab Prezident daxili məsələlərdə öz sözünü deməlidir. Hamımızın gözü onun son qərarındadır.

Moshu 2022-01-24 00:22:07

Belə adamlar özündən güclünün yanında zəlil, (korobka qarışdı, sözləri axtarıram) müti obrazında çıxış edir, özündən zəifi isə tapdalamağa hazırdır. Belə adamlar hər situasiyaya adaptasiya olur. Bu 31 illik müstəqilliyimiz dövründə Ramiz Mehdiyev ermənilərin Qarabağa edə bilmədiyi yaramazlığı Azərbaycana elədi. Təhsilimizi, səhiyyəmizi, Ordumuzu ağlar günə qoydu. Bu gün elmimizin anasını ağladır. Alim öldü, aləm öldü, çox yerində olan gözəl deyimdir. Hərdən fikirləşirəm ki, AMEA-nın alimləri elə çətin durumdamı qalıb ki, özlərində cəsarət tapıb öz sözlərini deyə bilmir. Ramiz Mehdiyev ötən dövr ərzində elə bir monstr obrazı yaradıb ki, əstəğfürullah, Allah da ondan ehtiyatlanır. Ay mənim gözəl xalqım, sən beləmi acizsən ki, bu “ağsaqqal”a onun yerini göstərə bilmirsən? Cəlal Məmmədova eşq olsun ki, böyük əksəriyyətimizin sözünü o deyir. Bu boyda vəzifə sahibi, sənin nəyinə lazımdır bu “Şərq-Qərb” nəşriyyatı. Güman edirəm ki, 4-cü sinfin Rus dili dərsliyində 20 yanvar hadisələri ilə bağlı fikirlər elə Ramiz Mehdiyevin ideyası olub. Hərdən fikirlər səslənir ki, Ramiz Mehdiyevin xidmətləri böyük olub. Hansı xidmətllərdən söhbət gedir? Arvadı, qızı üçün yaratdığı şərait, oğlui Fövqəladə Hallar Nazirinin müavinidir, qaynı DİN-nin mühafizə xidmətinin rəis müavinidir (əvvəl pasport xidmətinin rəis müavini idi, pasportların verilməsi ASAN xidmətə ötürüləndən sonra yerini dəyişdirtdi. Bildiyim qədər pasport stolda işləyəndə neçə ermənini döndərib azərbaycanlı qayırıf. Hörmətli Vilayət Eyvazovun cənab Prezidentə həqiqi xidmət göstərmək fikri varsa Qurskayanın – Ramiz Mehdiyevin qaynının pasport masasında işlədiyi dövrü yoxlatdırsın). Elə bil ki, anaları bunları doğanda bunları vəzifə üçün doğub. Bu mənim bildiyim qısa faktlardır. Bütün yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Ramiz Mehdiyev korrupsiyanın başında duran əsas şəxsdir. Guman edirəm ki, cənab Prezident daxili məsələlərdə öz sözünü deməlidir. Hamımızın gözü onun son qərarındadır.

Veteran 2022-01-23 23:33:51

Rus məktəblərinin sayı azdır,dahada artırmaq lazımdırki rüs-erməni-yezidlər, daha nə bilim digər zad və seylər daha çox quduzlaşıb.....

Vetendaş 2022-01-23 22:58:37

Bu indiki hakimiyyetde olan rus peşkalarının millete qarşı olan düşmençiliyidir. Belelerini veten xaini adı ile həbs etmək lazımdır. Bele çıxır ki, millete qarşı töredilen 20 Yanvar cinayetlerinde bunların bir başa elleri var. Ona göre baş vermiş hadiseleri bu şekilde ört- basdır elemek isteyirler.

t.ədalət 2022-01-23 20:48:04

Bəlkə də,"rusbaşlar" yox,üzür istəyirəm,rus .... desək,daha doğru olar.

Beybala 2022-01-23 18:48:33

Celal Memmedovu urekden tebrik edirem onu qoruyun ve deyer verin. O her zaman esas meseleleri qeleme alir bezileri kimi flash xeberle gundemi deyismeye calismir. C.Memmedovun subutla noqsan tutdugu sexslerin bezen azpolitikada reklami gedir. Bu tezaddir. Bele sehvlere yol vermek olmaz. Oxuculardan olan t.edalet beyin de serhleri daima maraq dogurur. Azerbaycanda Ramiz Mehdiyev kimilər deyisdirilmedikce heqiqi inkisafdan behs edile bilmez. Kohneler tam temizlenmelidir ve yeniler yaxinliq ve qohumluq zemininde vezifeye teyin edilmemelidirler. islahat herkese samil edilmelidir sabun tutanlar kenarda qalmamalidir. Yeni vezifeye teyin edilenler qohumluq ve faydalanma prinsipi ile teyin edilmemelidirler. Azpolitika butun serhleri vermir “secir”. Bu da melum meseledir.

korrektor 2022-01-23 17:49:57

bu "səhvi" edənlər mütləq ciddi cəzalanmalıdırlar ki, o birilərə görk olsun!

Səid 2022-01-23 15:55:20

Bu hadisə birbaşa, vətənə xəyanətdir. Bunun başqa izahı yoxdur! Vahiməli olan isə bu hadisə ortaya çıxandan bəri, niyə heç bir qurumdan, heç bir şəxsdən bu dərsliyi tərtib edən, korreksiya edən, çapa imzalayan şəxslərin, hətta Təhsil Naziri başda olmaqla heç birinin cinayət məsuliyyətinə cəlb olunması tələb edilməməsidir!!! İctimai rəy formalaşdırıb bu hadisəyə düzgün qiymət verilməlidir, cavabdehlər dərhal təhsil sistemindən birdəfəlik uzaqlaşdırılmasını!!!!

vatan 2022-01-23 14:05:08

warafsizlik, yaltaglig, satginlig va milli xayanatdi

M.E 2022-01-23 13:35:56

6-cı sinif, tarix kitabı. Xəritədə Qarabağ Artsax göstərilib.

Eli 2022-01-23 13:28:58

İnsan ne qeder şexsiyyetsiz ,leyaqetsiz olmalıdır ki milletinin düşmenine yaransın,yaltaqlansın .............

Vuqar Memmed.oglu 2022-01-23 13:21:44

Hər rus təhsili alan RUSBAS deyil,VƏTƏNİ sevməyin bu isə heç bir dəxli yoxdu,şəxsən mən rus təhsili almışam ki,bunların ANALARİNİ elə öz dillərində ağlasam onuda ki, neçə illərdi edirəm! Bu millət gücdən it kimi qorxur onlara qarşı çox sərt və prinsipial olmalısan ki ,sənə hörmət etsinlər! Bu millət ancaq başqa millətlərə paz olmaq üçün siyasət yeridir çünki özləri yaşaya bilmirlər və məqsəd.də başqalarını belə vəziyyətdə saxlamaqdır!

Eli 2022-01-23 13:09:17

Bu dersliyi tertib edenler ise 23 nömreli mektebin русскоязычное население города Баку» olduğundan burda teeccüblü heç ne yoxdur.Tehsil nazirliyinde bu işe mesul olanlar ise daha vacib işlerle-mekteblerde şagirdlerden müxtelif behanelerle pul yığmaqla meşğuldurlar.Nazirimiz de çox terbiyeli adamdır,utandığından bu meseleye heç teaksiya da vermir Sadece başlı başın saxlasındır bu deqiqe

Köhnə azərbaycanlı 2022-01-23 12:27:54

Azərbaycan əhalisinin sayı artıq 10.5 milyondan çoxdur.Niyə fikirləşən yoxdur ki, əhalinin sayının artımı ilə əlqədar yeni məktəblərin tikintisi çox-çox ləng gedir.Artıq bir sinifdə təhsil alan şagirdlərin sayı 40 və daha çoxdur və hamımız təhsildən, müəllimlədən şikayətlənirik.Axı bilməliyik ki bir sinifdə şagird sayı 40-dan yuxarıdırsa hansı keyfiyyətli təhsildən söhbət gedə bilər.Bilirik ki, universtlərdə bir qrupda standart 25 tələbə və hətta bəzi fənlərdə də bu qrub 2 yarım qrupa ayrılırdı.

Köhnə azərbaycanlı 2022-01-23 12:25:14

3-cü sinif "Həyat bilgisi" dərsliyində qalaktikalardan bəhs olunur. Sual olunur 8-9 yaşlı məktəbli yaşadığı yer kürəsi, günəş sistemi barədə nəqədər öyrəndi ki, artıq qalaktikalar haqqında məlumat almalıdır.

Şahid 2022-01-23 12:09:11

Fikrimcə bu səhvin yaranmasında bütün cəmiyyət günahkardır.20 yanvar hadisəsindən 32 il keçsə də hələ bu hadisəyə birmənalı rəy verilməyib.Hələ də siyasi məqsədlər naminə hadisənin sırf AXC-nin günahı ucbatından baş verdiyini, rus qoşunlarının kimin dəvət etməsi barədə rəy yaradaraq xalqın fikrini əsas günahkardan yayındırmağa çalışıanlar var.Həmin hadisələr zamanı doğulmuş gəncin artıq 32 yaşı var...Yəni biz bir xalq kimi bu hadisəyə birmənalı düzgün siyasi qiymət verməliyik ki, bu rus imperializminin bizim xalqa qarşı siyasi terorudur.Bu teror hadisələri (məs, bu yaxınlarda qazax xalqına qarşı) rus imperializmi tərəfindən dünya xalqlarına qarşı indi də törədilir.

afiq 2022-01-23 11:55:09

orta məktəbdə rus dilində təhsil alanlar Rusiyanın agentura potensiyalı üçün xüsusi mənbədir,onlar daim nəzarətdə saxlanmalıdır

Xeqani 2022-01-23 11:22:34

rusbaşlar bizdə çoxdur ancaq özūmūzūn əsil vətəndaşlarımız yoxdurmu ki bu mövcudiyyatları vaxtında və ciddi cəzalandırsınlar.lap elə indi guya ki, texniki səhv buraxanları iş başından rədd eləsinlər?!

Müəllim 2022-01-23 11:21:07

Bəs bu kitablara rəy yazanlar.onları dərslik kimi qəbul edən təhsil nazirliyi,bu dərslikləri çap edənlər hara baxıb? Dərslik ciddi sosial və siyasi vasitə olduğundan onlara ciddi yanaşılmlıdır.Hər bir dərslik ictimaiyyətin müzakirsinə hətta çıxarılmalıdır.Kor-koranə,məsuliyyətsiz və yalanlarla dolu dərsliklər hazırlayıb ölkənin gəncliyini korlamaq ən qatı cinayətdir.dərsliklər çap edilməmişdən öncə ciddi yoxlanılmalı və xüsusi rəylər toplandıqdan sonra çap edilməlidir.Bir "Azərbaycan tarixi", riyaziyyat dərsliklərinə diqqət edin.Belə yarımçıq və uşaqların qavrama qabiliyyətinə uyğun omayan dərsliklər təhsili bərbad edib.

Türk 2022-01-23 11:05:05

Allah bunların kökünü kəssin. Allah bunların belini qırsın. Allah bunlara lənət eləsin. Amin, Amin, Amin!!!!!!!!!!!

t.ədalət 2022-01-23 10:53:26

Rusbaşlar çoxdur.Mənzilində,iş yerində rusca danışandan təhlükəli biri ola bilərmi?QRU-nun əməkdaşları QHT vasitəsi ilə ölkəmizdə rahat gəzib dolanırlar.....

Son yazılar