"RAMİZ MEHDİYEV ÖZÜ-ÖZÜNÜ İDARƏ EDƏ BİLMİR..." - "Qaynı Levan Yuriyeviçlə birləşib ermənilərin..." (ŞOK İDDİALAR)

Elton Məmmədov Ramiz Mehdiyevi məhkəməyə verdi: “AMEA-nı ailə biznesinə çevirib”

"Latın qrafikasına keçidlə bağlı 10 milyona yaxın dövlət vəsaitinin heç bir alqı-satqı olmadan silinməsi ölkə rəhbərinə xəyanət deyilsə, nədir?"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər strukturunda baş verən gərginlik və çəkişmələr bitmir. AMEA-nın Tarix İnstitutunun rəhbəri Kərim Şükürovun Akademiya prezidenti Ramiz Mehdiyevlə çəkişməsi bir vaxtlar elmi ocaqdan kənarlaşdırılan və 10 aydan çoxdur məhkəmə qalmaqalı ilə üz-üzə qalan AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun məsələsini də gündəmə gətirib.

"AzPolitika" Elton Məmmədovun Bizim.Media-ya müsahibəsini təqdim edir:

- Elton müəllim, AMEA-da nə baş verir? Elm ocağı niyə gərginlik və çəkişmə ocağına çevrilib?

- İnsanlar xidməti vəzifələrini Əmək Məcəlləsi və Əmək müqaviləsinə uyğun olmayan şəkildə icra edən yerdə dedi-qodu olar. Bu gün AMEA-da 90 faiz əməkdaş sadəcə olaraq Əmək müqaviləsinə deyil, iş vaxtına uyğun gedib-gəlməklə məşğuldur. Heç biri görəcəyi işlə məşğul olmur. AMEA-nın çox ölkələrlə əməkdaşlıq etdiyi müqavilələri var. Dövlət o müqavilələrdən irəli gələn birgə elmi tədqiqatın ortaya qoyulması, çoxsaylı alimlərin tamamlanmamış elmi məsələləri üçün Avropaya kifayət qədər vəsait verir. O vəsait isə təyinatı üzrə yox, şəxsi adamların maraqlarına sərf olunur. Mən bunları AMEA-da işlər idarəsinin rəhbəri vəzifəsində işlədiyim dövrdə aydınlaşdırmışam və hamısı Hesablama Palatasının öz aktında əksini tapıb. Bu özbaşınalıqların qarşısını almaq istəyən Elton Məmmədov kimi Azərbaycan ziyalısını, elmlər doktoru və professorunu uzaqlaşdırıb, kənara qoymaq nə deməkdir? 

Özbaşınalıqlar, yeyintilər, yersiz köçürmələr, Yüksək Texnalogiyalar Parkının içərisində ofşor zona kimi dövlət vəsaitinin verilərək oradan silinməsi kimi məsələləri ortaya çıxarıb vicdanlı əməkdaş kimi rəhbərə məruzə etdim ki, bu işlər olub amma olmamaldır.Adını akademik qoyan Ramiz Mehdiyevin bu gün Rəyasət Heyətinin üzvlərinə, idarə və təşkilat rəhbərlərinə, elmi konsepsiyaya söykənən konkret mövqe ortaya qoya bilməməsi səriştəsiz idarəetmə sistemi deməkdir. Səriştəsizlikdən ortaya çıxan məsələlər isə dedi-qodulara, institut rəhbərlərinin birbaşa narazılığına gətirib çıxaracaq ki, bu da Azərbaycan ictimaiyyətinin bu gün üzləşdiyi faktlardır. Özüm məruz qaldığım üçün bunlar hamısı həqiqəti özündə əks etdirir.

- Dedi-qodu, şəxsi maraqlar deyəndə nəyi nəzərdə tutursuz?

-Ramiz Mehdiyevin ətrafında olan akademiklərdən tutmuş idarə və şöbə rəislərinə kimi hamısı ona diktə etməklə məşğuldur. Kamal Əliyevin rəhbərlik etdiyi Hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və Akademiyanın qrupundakı yazışmalardan ibarətdir. Ramiz Mehdiyev erməni baldızının oğlunu AMEA-da vəzifəyə qoyub. Gündə işi-peşəsi qəzetdən qayçı ilə dedi-qoduları kəsməkdir. Üstəlik Rəyasət Heyətində oradan-buradan qovulmuş yaxın adamlarını və qohum-əqrəbalarını oturdub. Bu gün həmin qohum-əqrəba Ramiz Mehdiyevə “pas” ötürür. Çünki o, özü-özünü idarə edə bilmir, öz fikrinin daşıyıcısı və icraçısı deyil. O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər. AMEA-da elə insanlar var ki, səsini çıxara bilmir. İxtisası üzrə uzun müddət Mərkəzi kitabxanada fəaliyyət göstərən gənc xanımı da həqiqəti dediyi üçün təhvil və təslim aktına imza atmadığı üçün sıxışdırırlar. Hansı ki, özündə dövlətin böyük tarixini və sirrini əks etdirən 1 milyondan çox kitab, eləcə də bütün sənədlər dövlət fondundan yoxa çıxıb. Ölkənin ideologiyasına kim rəhbərlik edir? Fatma Abdullazadənin nəzarəti və İsa Həbibbəylinin kurasiyası ilə Ramiz Mehdiyev!

Ramiz Mehdiyev düşüncə tərzi ilə bu gün oranı idarə edə bilmir. Tək patent almaq hələ elmin inkişafı demək deyil. AMEA elm ocağı ilə yanaşı həm də böyük təsərrüfatdır. Mən Yüksək Texnologiyalar Parkının ərazisində 800 kvadratmetrlik elmi tədqiqatların sonu olaraq tətbiq sahəsi yaratmışdım.

- AMEA-dan konkret olaraq niyə kənarlaşdırıldınız?

- O vaxtı da Ramiz Mehdiyevin təzyiqi ilə işdən çıxanda ölkə rəhbərinə ərizəmdə yazmışdım ki, AMEA-da olan ziddiyyətlər, qeyri-sağlam mühit, ölkə rəhbərinin siyasətinə zidd addımlar məni burada milli ideologiyaya xidmət etməyə maneçilik törədir. Nə oldu, professor Kərim Şükürov ora müraciət edən kimi Rəyasət Heyəti dərhal müşavirə keçirdi və toplandı. Ərizəsinin tərkib hissəsi araşdırıldı. Amma Elton Məmmədov ərizə ilə müraciət edəndə və tərkibində də məhz səbəbləri göstərdiyi halda heç nə araşdırılmadı. Akademiyada ilk addımı mən atmışam. Rəyasət Heyətində kəskin ziyalı və vətəndaş mövqeyimi ortaya qoydum. Akademiyanın tamamilə başqa bir şeylə məşğul olduğunu, çəkişmələr kənarda qalmasını və İnstitutlarda sağlamlaşma getməsini tələb etdim. Elm milliləşə bilməz. Bu gün AMEA-nın dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərdə və yaxud hansısa sahələrdə əməli, elmi tərkibi yoxdursa, Akademiyanın özünü hansı fəaliyyət növü kimi müəyyənləşdirməsi məlumdur.

-Ramiz Mehdiyevlə məhkəmə işiniz nə yerdədir?

- AMEA-nın maraqlarını məhkəmədə Kamal Əliyev təmsil edir. Hansı ki, bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də keçmiş “Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi məhkəməsinin hakimidir. Ötən il aprelin 13-də Rəyasət Heyətinin iclasında çıxış edib, ərizəmi təqdim etmişəm. Rəyasət Heyətinin iclasında heç bir akademik və ya üzv işdən getməyimə, yaxud ərizəmdə qeyd olunan fikrə münasibət bildirmədən haqqımda qərar qəbul edib. Aprelin 13-də ərizə yaza-yaza, ayın 12-də Ramiz Mehdiyev məni işdən azad edir. Axı canlı Rəyasət Heyətinin iclasıdır. İclasdan məhkəməyə vəsadət qaldırdım və həmin səsyazısını tədqim etdim. Kamal Əliyev Ramiz Mehdiyevlə məsləhətləşəndən sonra deyir ki, gizli səsyazısıdır. Gizli səsi agentura yazır, heç bir gizli səs yazmamışam. Kamal Əliyevə mənə təzyiq olunduğunu və məhkəməni yalnış istiqamətə yönəltmə deyə bildirdim. Sonuncu məhkəmədə mənə deyir ki, o, texniki səhvdir. Halbuki bir texniki səhv ucbatından insan məhkumluq həyatı yaşaya bilməz. Beləliklə haqlarıma istinad olunaraq işə bərpa olundum. Dövlətdən məvacib və məzuniyyət haqqı alaraq, aprel ayında 56 gün məzuniyyətdə olmuşam. İyun ayının 24-də gəlib öz ərizəmlə işdən kənarlaşmalı idim. May ayında Əmək müqaviləmə xitam verilib. Yenə Kamal Əliyevə sual verirəm ki, əgər may ayında işdən çıxmışamsa, dövlət iyunun 24-nə kimi mənə necə maaş verə bilər? Cavab yoxdur... Səbail Rayon Məhkəməsi yenə də dekabr ayında ədalətli qərar verdi və vəzifəmə bərpa olunmalı idim. Son 7 gün ərzində yenidən məni Apelyasiya Məhkəməsinə veriblər. İndi fevralın 15-də apelyasiya məhkəməsidir. Nə oldu, Hüquq şöbəsinin müdiri Kamal Əliyev mənlə bağlı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli də “Hörümçək” məsələsini texniki səhv kimi dəyərləndirir. Texniki səvdirsə, bu sahədən çıx, səhv etməyənlər qoy gəlib idarə etsin. Bir insanın texniki səhvindən bütün elm ictimaiyyəti əziyyət çəkir. Elə bir şey olarmı? Akademik bir yerdə işləməlidir. İsa Həbibəyli həm millət vəkili, həm Ədəbiyyat İnstitutunun direktoru, həm də AMEA-nın vitse-prezidenti kimi maaş alır. Bu qədər şeymi olar? Dəfələrlə bu məsələni qaldırdım. Hesablama Palatası büdcə sərfiyyatını yoxlayanda iradlar tutur. Mən pis adam oldum. Halbuki dövlət vəsaitini qəpiyinə kimi qorumuşam ki, təyinatı üzrə getsin. Akademik bir yerdə işləməlidir ki, elmə yönəlsin. Bir deputat digər bir yerdə inzibati vəzifə daşıya bilər? Bunları deyəndə niyə sağlam qəbul etmirlər?

- Apelyasiya Məhkəməsində qərar sizin xeyrinizə çıxarılmasa, hansı addımları atacaqsız?

- Vətəndaş hüququ olaraq təbii ki, növbəti məhkəmə prosesinə müraciət edəcəyəm və tam prosedur qaydalarına uyğun olaraq Ali Məhkəməyə və Konstitusiya məhkəməsinə, sonra isə Avropa məhkəməsinə çıxacağam. Burada tək Azərbaycan professorunun hüququ pozulmur, ictimaiyyəti yalnış istiqamətə aparan proseslər gedir. Ölkə rəhbərinin siyasətinə zidd addımlar atılır. Bu gün AMEA-da baş verən proseslər Azərbaycan milləti ilə bağlıdır. Biz bu yad əllərdən və bədnam fikirlərdən qurduğumuz demokratik cəmiyyəti xilas etməliyik. Ölkə rəhbərinin siyasətinə dəstək verməliyik. Nə qədər ki, Akademiyada Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev (mənim yerimdə olduğuna görə demirəm, səmimiyyətimə inanın) işlər idarəsinin müdiri vəzifəsini icra edir, onun da yaxın dostu cinayətkar Kamal Əliyevdirsə, AMEA-da çəkişmələr bitməyəcək.Tərtər hadisələrinin araşdırması gedir və inşallah Kamal Əliyev də öz çəzasını alacaq. Onların birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə gətirib çatdırdığı xəbərlər, onun da qızına, arvadına deməyi ailə münaqişəsidir. Ramiz Mehdiyevin şəxsən özünə də demişəm ki, bizi buradan uzaqlaşdırmaqla, qətiyyətiniz ailə biznesi qurmaqdır. Latın qrafikasına keçidlə bağlı 10 milyona yaxın dövlət vəsaitinin heç bir alqı-satqı olmadan silinməsi ölkə rəhbərinə, müqqəddəs pula xəyanət deyilsə, nədir? Dövlət təşkilatından alınan maşınları şəxsi ailəsinin istismarına vermək, bir yox, iki yox, üç yox, bunlar nə deməkdir? Guya mən kiminsə qardaşına görə siyasi repressiyaya məruz qalmışam. Ölkədə siyasi repressiya var?Haqq-ədalət yerini tapmalıdır. Hər ailədə və kollektivdə söz-söhbətin olması mümkündür. Amma yaxşı rəhbər çağırıb o sahədə olan problemi birbaşa özünə deyir və tapşırıq verir ki, həmin sahəni istiqamətləndirsin. Daha belə münaqişəyə çevirmir. Ramiz Mehdiyevə və ya kiminsə şəxsinə ziddiyətim yoxdur.Mən ədalətsizliyə, haqsızlığa və qüruruma qarşı mübarizə aparıram. Ölkənin sıravi vətəndaşından tutmuş generalına kimi heç kim vətəndaşın qüruru ilə oynaya bilməz.

635x100

Şərhlər

Qəzənfər 2022-01-29 16:14:39

Heç Ramiz Mehdiyevin xüsusi olaraq dəstəklədiyi Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə də özünü idarə edə bilmir... 2 əməkdaş onu sürüdə-sürüdə gəzdirir. Kollektivi idarə etməyə fiziki gücü çatmır. Elə buna görə də əməkdaşlara qan uddurur.

Roma 2022-01-28 11:57:54

Çox qəribədir, Ramiz Mehdiyev haqqında yazılanlara niyə təkzib vermir, məncə yazılanların 50-cə %-i düzdüsə, onda necə deyərlər, işdən çıxaraq gedib dincəlməsi daha yaxşı olar...

Miklahey 2022-01-27 09:09:33

Quba-Bakı yolu ilə hərəkət edənlər "ziyalı" ziyaya nifrət edirlər. Elə hamınız mehdiyanın tayısız. Ayıb olsun hamınıza.

Akif 2022-01-27 06:47:40

Elton Məmmədov akademik İsa Həbibbəylinin üç vəzifəsini mümkünsüz sayır. Ona redaksiya vasitəsilə sual verirəm: İqtisadiyyat naziri Mikayıl Cabbarovun isə ən azı 32 vəzifəsi var və o bu vəzifələrinin öhdəsindən necə gələ bilir. Ədalət üçün bildirim ki, Elton Məmmədovun fikri ilə tam razıyam.

qaraguruh 2022-01-26 19:55:22

buna bax--ə sizin danışmağa heç haqqınız yoxdur--Ramiz sənə iş vermişdi-anca "hardansa" "kimsə"siqnal verdi ki olmaz---sanki bu rejimə bələd deyisiniz--qırın bir birinizi-əsas məsələdən kənarda qalın-sanki həyatınızda birdənə kitab belə oxumamısınız---zavallı İNSANLAR- MİLLƏT

İ.M 2022-01-26 19:07:23

Azərbaycan elminin inkişafını istəyiriksə AMEA-da Ramiz Mehdiyevlər, Elton Məmmədovlar, Yaqub Mahmudovlar və s.. vaxtında getməlidirlər ?

ABU MA 2022-01-26 05:48:35

Ramiz Mehdiyev ABU rektoru Elşad Abdullayevin qardaşının ogurlanası cinayətini sifariş edib

Veteran 2022-01-26 00:37:53

Deyilənə görə o .....gəzir.Gör nə gündəsiz ay "ziyalılar" ?

Eli 2022-01-26 00:20:08

Bunlar göresen ütanıb xecalet çekirler .Ay qardaş,ay yoldaş insan da bu yaşda bu qeder un davası eder,bunlar göresen öz övkadlarından nevelerinden utanıb xecalet çekirlermi?

faragat 2022-01-26 00:16:10

Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını, Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. Baxmasan eytamə, baxma, baxma, bax löbətlərə, Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lənətlərə.

Türk Turan 2022-01-25 22:02:28

Dinsizin öhdəsindən imansız gələr. Allah bunları bir-birinə qırdırsın.

Türk Turan 2022-01-25 21:43:33

Dinsizin öhdəsindən imansız gələr. Allah bunları bir-birinə qırdırsın.

Oxucu 2022-01-25 21:41:54

“Əmək Məcəlləsi” və “Əmək müqaviləsi”ni əlində bayraq edənlər ölkəmizdə “Cinayyət Məcəlləsi”nin də hüquqi qüvvədə olduğunu yaddan çıxarıblar. Onlarda əmələ gəlmiş bu hahfizə pozğunluğunun bərpasına Baş Prokurorluq köməklik göstərmir. Bunun nəticəsidir ki, Fizika İnstitutuna “Elmin İnkişaf Fondu” tərəfindən ayrılan milyonlarla qrantları havaya sovuranlar, müxtəlif bəhanələrlə institutun təcrübi bazasını məhv edənlər öz dağıdıcı fəaliyyətlərini bu gün də davam etdirirlər. Bu şəxslər xaricdə görülmüş işlərə görə qrantlar alıblar və bu barədə institut əməkdaşının yazdığı məqalə Elnur Astanbəylinin adından “Azadlıq” qəzetində çap olunub. Bu dağıdıcılardan bəziləri hətta Dövlət mükafatı da alıbdır. İnstitut rəhbəri elmi işçinin elmlə məşğul olması üçün şərait yaratmalıdır. Yarada bilmirsə, getməlidir. İşçini fəaliyyətsiz şəkildə iş yerində oturtmaqla elm inkişaf etdirilə bilməz!

Vuqar Memmed.oglu 2022-01-25 19:47:59

Girin bir Yutubda baxın ermənilər Mehdiyan haqda nələr yazırlar! Belə adam necə Dövlətə xeyir verə bilər?

Həsən 2022-01-25 19:18:27

Sənin qardaşın Ziya Ramiz Mehdiyevin ən yaxın adamlarından idi və hər ikiniz onu beş barmagnız kimi tanıyırsınız. Bəs onda niyə Ramizin yanına qaçırdın Elmlər Akademiyasına. Çünki ikiniz də eyni qəbildə, eyni əqidədə eyni yırtıcılıqda olan adamlarsınız.

Rahib-ə 2022-01-25 18:30:41

Rahib,hələ qabsoranların bir hissəsi iş başındadır.....

Musa Musayev 2022-01-25 16:58:41

Elton bu dövləti elə daha çox talayan sən və qardaşın Ziya Məmmədovdur

turan 2022-01-25 15:33:31

Qardaşoğludan danış, Qəbələdə ayı yeməyindən

Elnur Abbasov 2022-01-25 15:28:37

İkisi də bir bezin kənarıdı

Tarix Nəzərli 2022-01-25 15:25:23

Həmişə deyirdim ki,bizdə elm yoxdur.Bu AMEA nin bütün elmi işçiləri isə darmoyedlərdir,yəni ki,parazitlər.Elə bunu bu Elton Məmmədov da təsdiq eylədi!!!

Elm adamı 2022-01-25 14:50:41

Elə ağız dolusu professor deyir ki özünə sanki qardaşı nazir olanda bu ölkənin yolunu biz çapıb tslamışıq

Mikayıl 2022-01-25 14:10:08

Bir az da araşdırılsa R.Mehdiyevin nə Ramiz ,nə də Mehdiyev olmadığı,onun da Levon və ya armais olduğu aşkar edilə bilməsi mümkün olacaq.Çünki qanı,əsli Aərbaycanlı olan adam Azərbaycanlılara qarşı bu qədər əzazil ola bilməz.

Həsən 2022-01-25 13:42:53

Bəs əlinizdə imkan olanda on minlərlə insanın həyatını zəlil edən siz Məmmədovlar niyə onda haqq, ədalət, və qanuna tüpürürdünüz. Bu ölkədə qanunun, ədalətin məhvi Sizlərin adı ilə bağlıdır. Sən alim, ziyalı? .....

Rahib 2022-01-25 12:52:14

Millətin canı bu həyasız və abırsız qansoranlardan indi- indi qurtarıb bu yenidən revanş götürmək istəyir. R.Mehdiyev bəlli ki, bu millətin qatı düşmənidir. Bəs sən kimsən? .....

Türk 2022-01-25 12:52:09

Ramiz Mehdiyev deyilənlər görə rusun adamıdır,30 ildə baş verən haqsızlıqların,talanqarətin banisidir. Buna sözün yox. Ancaq bu Eltonlar Ziyalar kimlərdirlər bəs? Kim kimə qarşı mübarizə aparır. ...

Bashirov Qarib 2022-01-25 12:48:53

E.Məmmədovun işlətdiyi ,,muqəddəs pula xəyanət,, ifadəsi onun kimliyini və nə istədiyini göstərir.

Tahir 2022-01-25 12:48:23

Allah sizlərin bəlasını versin.Neçə vətəndaşın taleyini məhv etmisiniz. Dövləti sömürmüsünüz. İndi ziyalılıq dan , elmdən dəm vurursan. Sənin oglun bu günlərdə ədəbiyyatımızın dahilərin ələ saldı, Heç dilləndinmi. Yox. Çünki hamınız o düşüncədədir.

Son yazılar