Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqlayıb.
Bu barədə Lent.az-a danışan sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb: “Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”.
E.Məmmədov R. Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib: “Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.
Xatırladaq ki, Ramiz Mehdiyevin Elton Məmmədovu məhkəməyə verməsi ilə bağlı məlumatlar yayılıb.

"Demokratik.Az-ın məlumatına görə, Kamal Əliyevin 2021-ci ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın hüquq şöbəsinin müdiri təyin edilib. Onun eyni zamanda vəkillik fəaliyyətilə məşğul olduğu bildirilir.
"AMEA-nın hüquqşünasının kimliyində və karyerasında çox mühüm hallar diqqətdən yayınmır. Məlum olur ki, AMEA-nın hüquqi təmsilçisinin adı 2017-ci ilin mayında Tərtər rayonunda hərbçilərə qarşı törədilmiş ağır işgəncə və cinayət işində hallandırılır. Belə ki, Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də məlum olur ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmələrdə hakim kimi fəaliyyət göstərib. Eləcə də, 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitlərə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub. Məhz həmin ildən hakimlik fəaliyyətinə xitam verilib və heç bir imtahansız (qanunvericilik imkan verdiyi üçün - red) vəkillik fəaliyyətinə başlayıb" - deyə, məlumatda vurğulanır.

Həmçinin qeyd olunur ki, böyük ehtimal, məhkəmə strukturundan qovulmuş və "Tərtər işi"ndə adıkeçən birinin AMEA-ya hüquq şöbəsinin başına yerləşdirilməsi də heç təsadüfi baş verməyib: "Bildiyiniz kimi, "Tərtər işi" üzrə dəfələrlə zərərçəkmişlərin dilindən səsləndirilib ki, baş verənlərdə Rusiya kəşfiyyat orqanının əli olma ehtimalı yüksəkdir və işgəncənin təşkilatçıları kimi irəli sürülən əsas adlara və kimliklərə baxdıqda onların dövlətimizə sızdırılmış rus emissarları olma ehtimalları güclənir.
Bilirik ki, "Tərtər işi"nin təşkilatçılarından biri kimi, Ramiz Mehdiyevin də adı hallanır. Onun hələ PA rəhbəri olduğu dönəmdə Azərbaycanda Rusiyameyilli ən iri persona olması, vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi iddia edilir. Axı, o illərdə - Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. İndi isə ölkə elminə "ağalıq" ona tapşırılıb. Özünüz düşünün, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri sizcə niyə məhz gəlib Ramiz Mehdiyevə sığınsın ki? Niyə Ramiz Mehdiyev məhz adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin ki? Bunun məntiqli bir açıqlaması olarmı görəsən? Bəlkə, Mehdiyevin Kamal Əliyev yanında belə bir öhdəliyi və ya borcumu vardı? Maraqlıdır, deyilmi?"
"AzPolitika.info"

Şərhlər
Üzümü AMEA-da çalışan "alimlərə" tuturam! Nə zaman səsininzi çıxaracaqsınız?! Alim olan, ziyalı olan kəsini bir cəsarəti də olmalıdır. Bunlara qarşı etiraz səsinizi qaldırın. Axı. belə olmaz! Görün sizləri kimlər idarə edir. Hər şeyi yuxarıdan gözləməyin. Bəlkə, yuxarıdakılar da sizilərin etirazını gözləyir.
İndiki rəhbərlər pensiyaya çıxan, yüksək pensiya alan şəxsləri işə qəbul edirlər.... Düşünmürlər ki, dövlət qulluğundan pensiyaya çıxan şəxlər ən azı 1000 manat pensiya alır, o cümlədən Kamal Əliyev ? Onun yerinə heç olmasa işləməyən bir adamı işə götürək, o ailəsinə çörək aparsın və sosial narazılıqlar azalsın... Təkcə ramiz Mehdiyev belə işlərə yol vermir, bütün məmurlar belə işləyirlər və sosial narazılıqların artmasına şərait yaradırlar. Şəki İcra Hakimiyyəti Elxan Usubov da bu yolu gedir?
İşsizlik baə alıb gedən rayonda Poisdən Pensiyaya çıxan Uğurluyevi ( ən azından 1000 manat pensiya alır) Şəki İcra Hakimiyyətinin Hüquq şöbəsinə hüquqşünas təyin edib ? Budur bunların işi ?
Kamal Əliyevi axtaran olsa Hüquq və İnsan Haqları İnstitutununda tapa bilərlər. Demək olar ki günün yarısından çoxunu həmin institutda diirektorun kabinetində olur. Bir vaxt vətənpərvər, millərini, dövlətini, dövlətçiliyi sevən əməkdaşları şər-böhtanla işdən çıxartmaq planlarını qurdu. Və həmin şəxslər institutdan çıxarıldı. Təbii ki, Ramiz Mehdiyevin göstərişi, Aytən Mustafazadənin istəyi ilə ....İşdən çıxarılanların Mehdiyevə ünvanladıqları şikayət əruizələrinə də baxılmadı. Görəsən, indi hansı planları qururlar? Araşdırılsa yaxşı olardı.
Burda teeccüblü heç ne yoxdur.”Terter İşi” adlanan bir prosesde özü de tekrar istintaqı aparılan işde adı hallanan bşr adamın AMEA Hüquq ve İnsan Haqqları institutuna rehberlik etmesi “Tam doğru” teyinatdır ,İnsan “layiq olduğu” meqama yükselib bir halda ki bu teyinata heç kim etiraz etmeyib
Kamalla Ramiz, hələ orada bir Seyfəl də var AMEA-nı dağıtmağı qarşılıarına məqsəd qoyublare. Bəlkə bu da Rusiyadan gəlir. Təyasət heyətinə, katiblikyə yeni işə götürülənlərin tərcümeyi-halı araşdırılsa hər şeyaydın olacaq~
Quldur, qəhraman əsgərlərimizə işgəncə verib, sonra hökm oxuyan ....i, intriqan Kamal görün kimə qarşı iddia irəli sürür((Əsgər analarının ahı tutsun səni inşAllah!
Bizim qəhramanlara işgəncə verən bir vicdansız vəzifəyə gətirilir və həyasızcasına patronunu müdafiə etmək üçün insanlara böhtan atır və hələ həbsini tələb edir..Ay ....tutulası bir adam varsa, oda sizlərsiz və iynə ilə idarə etdiyiniz ...patronunuz!!!
Ramiz bəlasından xalqı qurtaran olacaqmı ya yox?! Nə qədər olar axı? Lap bezmişik.
Axı heç kimə sirr deyil ki,R.Mehdiyev Rusiyanın ölkəmizdəki 1 nömrəli adamıdır! Bütün FƏLAKƏTLƏRİN başında həmişə o durub və durur! Onu həbs etmək törətdikləri qarşısında çox yüngül cəza olardı...
“Terter işi” prosesinin yeniden araşdırılması üçün ölke Prezidenti Ali Baş Komandan öz siyasi mövqeyini artıq ortata qoyub.Bu Azerbaycan dövletine. onun Müzeffer ,Qalib Ordusuna qarşı töredilmiş bir düşmençilik bir texribatdır.Kimliyinden asılı olmayaraq bşzim esger ve zabitlerin milli ve döyüş Ruhunun sındırımasına yönelmiş ezab ve işgencelerin verilmesinde iştirak edenler hamısı öz cezasını almalıdur!
Ramiz Mehdiyevin tam himayəsində olan Hüquq və İnsan Haqları İnstitutunun ştatdan kənar direktoru Kamal Əliyevdir. Bunu AMEA-da bilməyən yoxdur. İnstitutu Kamal idarə edir. Hər gün oradadır.
"Tərtər işinə" görə cəzalanması vacib olanların müdafiəçisi Putindir.....
Allah bunların belini qırsın.
Bu Kamal Əliyevin akademiyanın Hüquq və İnsan Haqları İnstitutunun direktoru ilə çox sıx əlaqəsi var. Təbii ki Ramiz Mehdiyevin göstərişi ilə... Kamal Əliyev noyabr ayında demək olar ki hər gün adı çəkilən instituta gəlirdi. Aytən Mustafazadə baş direktor təyin olunandan sonra ona "mane olacaq" əməkdaşları qovmaq üçün planlar qurmaqda, saxta komissiya yaratmaqda məharətlə ona kömək etdi. Ancaq düşünmədi ki, ALLAH böyükdür!!! Bir gün qurduqları torlara özləri düşəcəklər!