Milli dövlətçiliyimizə və xalqımıza bəslədiyi kin-küdurət, ölkənin prezidenti ola bilmədiyinə görə hər kəsə qarşı dərin nifrət onu rahat buraxmır ki, buraxmır
Anormal, heç bir çərçivəyə sığmayan, tanındığı gündən üzü bəri davranışları, etdiyi pislikləri və açıqlamaları ilə ölkə vətəndaşlarını qıcıqlandıran və narahat edən Ramiz Mehdiyev Tarix İnstitutuna və onun direktoru professor Kərim Şükürova qarşı qərəzli növqeyi ilə yenidən KİV müstəvisində həfədə çevrildi.
O, AMEA-nın prezidenti adına sahib olduğu andan, yarandığı gündən siyasi intiriqalardan, mənasız çəkişmələrdən, korrupsiya və neqativ hallardan uzaq olub, Azərbaycan elminə böyük töhvələr verən bu elm məbədinin ənənələrinin üstündən xətt çəkib, onu bitib-tükənməyən ambisiyalarının həyata keçirilməsi platformasına çevirərək, “dövlət içərisində dövlət” yaratmaq kimi məkrli və təhlükəli planına start verdi.
Vaxtilə vəzifəyə təyinatlarında bu və ya digər şəkildə “əməyi” olmuş səbadsız insanları ətrafında toplayıb, onlara tapşırıqlar verməkdən belə çəkinməyən, dövlətçiliyimizə qarşı sabotajla məşğul olan “Boz Kardinal”ın bu anti-dövlət addımlarına cəmiyyətimizdə, mətbuatda və sosial şəbəkələrdə sərt təpki göstərildi. Planları ifşa edilən və bu planların təhlükəli xarakter daşıdığının fərqində olan “ramizçilər”in İstiqlal küçəsində yerləşən baş ofisin qapısı önündəki növbələr də seyrəlməyə başladı.
R.Mehdiyev xalqımızın fəal seqmentindən ciddi zərbə almasından nəticə çıxarmaq əvəzinə, əksinə daha da aqresivləşdi, “məğlubedilməzliyini” nümayiş etdirmək üçün pandemiyanın ölkəni başdan-başa bürüdüyünə və kütləvi tədbirlərin rəsmi şəkildə qadağan edilməsinə əhəmiyyət vermədən, çoxsaylı insanların iştirakı ilə nəvəsinə təm-təraqlı toy mərasimi keçirdi, “yenilməzlik” görüntüsü yaradaraq ehtiyac olmadan iki gəncin sevinclərinin üstündən xətt çəkdi, kürəkənini göz yaşı içərisində 15 sutkalıq həbsə və toya dəvət etiklərini isə qanun qarşısında cavab verməyə ünvanlandırdı.

Onun dövlətə, qanunlara və cəmiyyətə qarşı yönələn və nümayişkaranə xarakteri daşıyan bu davranışı ölkədə çox hiddətlə qarşılandı və bütün KİV-də və sosial şəbəkələrdə kəskin tənqidə məruz qaldı, böyük qınaq obyektinə çevrildi. Lakin R.Mehdiyev yenə də cəmiyyətin ona olan antipatiyasını nəzərə almadan əməllərini davam etdirməkdə dirəniş göstərməyə üstünlük verdi.
Şəxsi keyfiyyətlər, milli dövlətçiliyimizə və xalqımıza bəslədiyi kin-küdurət, ölkənin prezidenti ola bilmədiyinə görə hər kəsə qarşı dərin nifrət onu rahat buraxmır ki, buraxmır. Götür-qoy edərək, uzun zaman kəsiyində şəxsinə göstərilən neqativ münasibətdən dərs alaraq, başını aşağı salıb, ona göstərilən yüksək etimadı doğruldaraq, rəhbərlik etdiyi elm ocağında zamanın və dövlətin yaratdığı imkanlardan bəhrələnərək, üst-üstə yığılan problemləri aradan qaldırmaq, elmə yeni nəfəs vermək üçün tanınmış alimləri, istedadlı gəncləri ətrafına yığmaq və elmi diskussiyalar aparmaq əvəzinə, akademiyanı dedi-qodu, intriqa, korrupsiya yuvasına çevirən “baş akademik” özünəməxsus və rüşxənd doğuran “islahatlar” aparmağa, şəxsi tapşırıqlarını sözsüz yerinə yetirən aparat yaratmağa, institutların idarəçiliyini kommersiya təyinatlı qurumlara çevirməyə, şəxsinə sədaqət prisnsipinə əsaslanaraq Rəyasət Heyətinin tərkibini dəfələrlə dəyişməyə üstünlük verir və faktiki olaraq akademiyanın fəaliyyətini iflic edir.
Yaradıcı və elmi mühitdən uzaq, qeyri-sağlam mənəvi-psixoloji durum, bu gün Milli Elmlər Akademiyasının məyyusluq doğuran mənzərəsidir.

Həyat boyu peşəkar və sistemli elmi yaradıcılıqla məşğul olmayan, tipik sovet bürokratik və eybəcər idarəçilik məktəbinin yetirməsi və erməni strateqləri tərəfindən hazırlanıb, Azərbaycanın idarəçilik sistemində yerləşdirilən, bütün varlığı ilə anti-milli mahiyyət daşıyan “Boz Kardinal” ustalıqla maskalanaraq, milli dövlətçiliyimizə və xalqımızın istedadlı genefonduna qarşı məkirli niyyətlərini usanmadan həyata keçirməkdə, mənsub olduğu dünya erməni ailəsinə sədaqətilə xidmət etməkdədir.
Tarix İnstitutunun direktoru, tarix elminə ciddi töhfələr verən, şəxsiyyətini və qürurunu dəyərləndirməyi bacaran və respublikamızda nəcib insan, ciddi alim kimi tanınan Kərim Şükürova hücumu da təsadüfi deyildi. Dünya erməniliyinə qarşı ideoloji mübarizədə Tarix İnstitutunun apardığı prinsipial mübarizə təbii ki, R.Mehdiyevi narahat etməkdə idi.
Əməkdaşlarının açıq şəkildə dedikləri kimi, son iki ildə akademiyada adi həyat normasına çevrilən özbaşnalıq, məddahlıq, məsuliyyətsizlik, qohumbazlıq, iclasların “razborka” alətinə çevrilməsi, ayrılan vəsaitlərin şəxsi məqsədlər üçün istifadə olunması, plagiatçılıq və saxta əsərlərə yaşıl işıq yandırılması, faktiki olaraq elm mərkəzinin elmə aid olmayan qohumlar və yaxınlar tərəfindən idarə olunması, dövlət maraqlarının yaratdığı şəbəkə və qrup maraqlarına qurban verilməsi, ömürlərini elmə həsr edib, əhəmiyyətli uğurlara imza atan ailimlərə, istedadlı gənclərimizə göstərilən bağışlanmaz biganə münasibət, AMEA-nın nəzdində olan bütün institutların iflic vəziyyətinə salınması Azərbaycan elminə böyük korifeylər vermiş elm ocağı haqqında xoşagəlməz və acı təəssüratlar doğurmaqda, böyük ziyalılar ordusunu dövlətdən narazı salmaqdadır.

R.Mehdiyev artıq öz əməlləri ilə olduqca ciddi strateji əhəmiyyət kəsb edən AMEA-nın rəhbəri kimi mühüm vəzifəni daşımağa mənəvi haqqını itirib. Onun bu vəzifədə qalması AMEA-nın daha dərin uçuruma yuvarlanmasına və olub-qalan nüfuzunun tamamilə itirməsinə şübhə yeri qoymur.
Milli Elmlər Akademiyasının ciddi islahatlara ehtiyacı var. Bu islahatları həm də ölkə prezidenti, cənab İlham Əliyevin 2019-cu ildən start verdiyi və uğurla həyata keçirdiyi dərin islahatlar siyasətinin mahiyyəti və məntiqi tələb edir. Ümid edək ki, peşəkar, milli, enerjili, novator alimin bu mühüm vəzifəni öhdəsinə götürmək şansı çox da uzaqda deyil.
Bütün bunlarla bərabər, həm də yerişində, duruşunda və danışığında ciddi problemlər yaşayan Ramiz Mehdiyevin ağır yükdən azad edilməsi artıq zərurətə çevrilib və bu, akademikə göstərilən mərhəmət və xeyirxahlığın ifadəsi olardı. Əlbəttə, dəyərli akademiklərimiz bu xeyirxahlıqla yanaşı, təmiz imiclərinin və Azərbaycan elminin gələcəyi naminə başlıca məsuliyyəti öz üzərinə götürməkdə tərəddüd etməli deyillər.

Şərhlər
AMEA legv olunmalidir. lazimsiz bir qurumdur. millete ve elme hec bir xeyiri yoxdur
Fezail ramizden geri qalan deyil
AMEA-da eybəcər idarəçilik iyrənc bir həddə çatdırılıb. Əməkdaşlardan saat 9-dan 17-dək işdə olmalarını tələb edirlər. Əməkdaş nə ilə məşğul olur-olsun, onların vecinə deyil. Təbiət elmləri sahəsində çalışan institutların təcrübi bazalarını təmir adı altında dağıdaraq satıblar. İşçi bütün günü boş-bekar oturub divara baxır. Başqa təşkilatlarda da işləyən və ya repititorluqla məşğul olan əməkdaşlar otdel kadrlara, tabelşiçalara “hörmət” edib, işə gəlmirlər. Bu vəziyyət heç kimi narahat etmir. İşə gəlib, oturub divara baxmaq istəmirsənsə, otdel kadrla tabelşiçanı gör işə gəlmə. AMEA-da real vəziyyət belədir.
Fəzail bəy deyəsən indi ayılmaq düşünüb.Bəs 20 ilsir deputatsan,hələ indi aılmısan? Yoxsa sənə tapşırıq indi verilib ki, Ramizdən yaz?Əvvəl bir özübə də bax!Siz deputat yox,üz qarasısınız!
Fezail bey ozAncaq ozune isleyibu istefa vermekle Milli meclise istefa medeniyyeti getirmelidir.Ozu bilirki,20 ilde en yaxsi halda ramizi tekrarlayib.Ohuh xalq qarsisinda hec birxidmeti olmayib.
Göz göeə görə Azərbaycan elmini məhv edir Ramiz. Nə vaxr bunu akademiyadan atacaqlar?
Akademiyada heç də sirr deyil ki, Ramiz Mehdiyevin şəxsi obyektinə çevrilmiş Hüquq və İnsan Haqları İnstitutunda nəyə görə yoxlama aparılmır?! Təbii ki, AMEA-nın rəyasət heyəti tərəfindən deyil! Hüquq mühafizə orqanları tərəfindən. Çünki bu institut şəxsən Mehdiyev tərəfindən, rəyasət heyətindən idarə olunur.
aqamali bunu 15 il evvel demeliidin
metamorfoza
Fəzail müəllim, bildiyiniz kimi Milli Məclisin 5 deputatı AMEA-da işləyir. İsa Həbibbəyli, Musa Qasımlı, Rafail Hüseynov, Etibar Əliyev və Əziz Ələkbərli. Əksəriyyətinin səsi də çıxmır. Əgər boz kardinal işdən çıxarılsa onu tənqid etməyə növbəyə duracaqlar. Bizim ziyalılarımız bu gündədirlər.
"ramizşilər" daha İstiqlal küçəsindəki rəyasət heyətində deyil "ağsaqqalı" olduğu Hüquq və İnsan Haqları İnstitutunda AMEA-nın hüquq şöbəsinin müdiri Kamal Əliyevlə görüşürlər. Kamal Əliyev hər günün ikinci yarısından ta axşam 7-8-ə kimi adı gedən institutda əməkdaçların tanımadıqları şəxslərlə görüşür. Hüquq və İnsan Haqları İnstitutu Mehdiyevin şəxsi görüş obyektinə çevrilib.
Fəzail müıllim, bu məsələni yaxşı olardı ki, Milli Məclisdə qaldıraydınız. AMEA-da Ramiz Mehdiyevin kurasiyasında oolan bir heç bir işlə məşğul olmayan, dövlətin pulunu mənimsəməklə məşğul olan Hüquq və İnsan Haqları İnstitutu var. İnstitutun direktoru Aytən Mustafazadə Mehdiyevin adını çəkəndə "ağsaqqal" deyir. Yəni onun ağsaqqalı!
Soradan atilan dash topuqa deyer) Aqamali evvel harda idi ? Ôzû nece secilib deputat olub , onuda desin . Heee ???
Fəzail müəllim xahiş edirik bu akademik deyiləni tezliklə oradan rədd edib.50 il ərzindəki elədiyi cinayətlərə görə məsuluyyətə cəlb etmək üçün təbirlər görülməsi üçün müvafiq orqanlara müraciətlər edəsiniz.
Turan bəy məndə Fəzail müəllim ə minnətdar olardım....əgər bu fikri administrasiyada işlədiyi vaxt desəydi.bugünün məhsulu deyilki.
Bir ölkədə akademiya nədirsə, milli məclis də, digər qurumlar da odur. Heç burcutmayın, tağı canı yeri yoxdu. Yenə də deyəsən şilləvurana ehtiyac var
Təzə belə olub. F.Ağamalı indiyə kimi harda idi
Hamınız deyirsiniz bu adam belədir. Biz də bilirik. Bəs niyə həbs edilmir. ....Belələri milyardları yeyənlər rahadca milyardlarını xırıd edirlər.
Fəzail Ağamalıya təşəkkür edirik, minnətdarıq. Sizin kimi yüzlərlə məmur, ziyalı insanlar Ramiz Mehdiyev kimilərinə qarşı etiraz səsini ucaltmalı, bunların vətənimizdən birdəfəlik göndərilməsinə qətiyyətlə nail olmalıdırlar. Allah bunların belini qırsın.