Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı.
Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı.
Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.
Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabartdı.
Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.
Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub.
Xəbər yenilənəcək...

Şərhlər
Əcaba, Fransanın nədir bu təlaşı. Əslində diqqetden qaçırmamalıyıq ki, Nakronun bu canıfeşanlığının arxasında seçgi ərəfəsində ermənilərə yalmanmaq durursa, Rusiyanın da Cənubu Qafqazda əldən vermek istəmədiyi maraqları durur. Belə ki, Rusiya 10 noyabr (2020) sazişini imzaladıqdan sonra, keçən sonrakı bu müddet erzinde sergilemiş olduğu davranışlar, onu göstərir ki, Rusiya tələm -tələsik imzaladığı (çünki, görünən o idi ki, Şuşa Rusiyanın qırmızı cizgisi idi və Şuşadan sonra qəti addım atmasa, Xankəndi də gedir) 10 noyabr sazişindən heç də memun deyil. Bu onun Sülhmeramlı adı altında Qarabağda missiyasına aid olmayan işlərlə, yəni bir növ Xankəndinin sahibi kimi davranmasında, "Ermənistan"dakı maşaları vasitəsi ilə sərhəddə pozuculuq aparmasında və ən əsası da Azərbaycanın qələbəsindən sonra iki günün biri ATƏT-in Minski Qrupunun həmsədrləri ilə, xüsusən də Makronla təmasda olması və bunula paralel də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelə zeng etməsində marağı, hər vəhclə ölmüş Minski Qrupunu dirildib, bu yolla 10 noyabr sazişinin bezi müddəlarından caydırmaq. Amma keçmez. Azərbaycan Dövlət Başçısının bu yöndəki qətiyyəti və tərəfdaş ölkələrin bölgəyə təsiri, xüsusən də qardaş Türküye ilə imzalanmış Şuşa bəyannaməsi, Rusiyanın da ve onun medet umduğu Makronun da bu yöndəki bütün amaclarını suya düşürür və düşürəcək də. Buna deyərlər, daldan atılan daş. O daş da kimin topuğunda, artıq o da məlumdur.
İlham Əliyev paşinyanla görüşərək ona böyük lütf göstərib.Paşinyan vaxt var idi şərab içib Qarabağ ermənistandır deyirdi,Ilham Əliyevin dəmir yumruğu başına dəyəndən sonra əməlli başlı ağıllanıb, qarabağ Azərbaycandır deyir.
Bu makaron müharibə vaxtı çox attanıb tullanırdı, görəsən Marseldə ermənilərə muxtariyyət verdi?
Biriniz yox ucunuz birden gelin.Turkun hecneden qorxusu yoxdur.Cenab Prezidente ugurlar arzulayiram.