"Ramiz Mehdiyev artıq yetişmiş appendisitdir və onu kəsib atmağın vaxtı çatıb…”
“Mehdiyev bu cür yaramaz işlərə baş qoşmaqla heç nədən çəkinmədiyini ifadə edir və bununla da özündən sərsəm “internasionalist”obrazı formalaşdırmağa cəhd edir”
AMEA prezidenti Ramiz Mehdiyev dünən yayımladığı məqaləsində millət vəkili Etibar Əliyev haqqında da təhqiramiz ifadələr işlədib. Deputat bu gün "Facebook" səhifəsində ona sərt cavab verib. "AzPolitika.info" E.Əliyevin yazısını təqdim edir:
“AMEA prezidenti Ramiz Mehdiyevin onu haqlı olaraq tənqid edənlərə, istefaya çağıranlara Akademiyanın rəsmi internet səhifəsinin manşetində yerləşdirdiyi məqalə təkcə tənqidlərə cavab yazısı deyil. Onun şəxsi diqətəsi ilə hazırlanan bu material eyni zamanda Mehdiyevin çirkli planlarından xəbər verir. Bu barədə ətraflı bəhs etməzdən əvvəl bir məqamı vurğulayaq ki, o siyasi iqtidarı şantaj edir, hədələyir və seçdiyi yaramaz epitetlərlə radikal müxalifət düşərgəsindən və onun təsir dairəsində olan ictimai dairələrdən dəstək almağa çalışır.
Mehdiyev yazır: “Açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində...”
Deputatlara, elm adamlarına hansi dairələr sifariş verə bilər, Mehdiyev burada dövlət rəhbərliyini hədəfə alır. Belə fikir formalaşdırmağa çalışır ki, ölkə rəhbərliyi guya bununla mübarizə aparır.
Akademikin bəhs etdiyi “ölkənin tale yüklü problemlərindən diqqəti yayındırmaq” ifadəsi də təsadüfən seçilməyib. Söhbət hansı problemlərdən gedir?
Əlbəttə o, antimilli bir şəxs olaraq Qarabağ ətrafında proseslərdən bəhs edə bilməz, Mehdiyev hakimiyyətə qarşı xaricdən qaynaqlanan və müxalifət tərəfindən tirajlanan “qara piar” kampaniyalarını nəzərdə tutur və müxalif düşərgəyə pas atır. Mehdiyev hakimiyyətlə dialoqa gedən müxalif partiyaları radikal müxalifət düşərgəsinin istifadə etdiyi epitetlərlə çağırır, onlara “cib müxalifəti”, “avtobus müxalifəti” yarlığı yapışdırır. Məlumdur ki, ölkədə siyasi dialoq mühtinin yaradılması, Prezidentin iradəsi ilə bağlıdır və bu sahədə aparılan uğurlu siyasət siyasi palitranın əsas spketrini əhatə edib. Radikal müxalifət bu prosesi gözdən salmaq üçün geniş kampaniya aparır.
İndi AMEA prezidenti Ramiz Mehdiyev onlara ciddi dəstək verməklə siyasi hakimiyyətin formalaşdırdığı yeni siyasi sistemə qarşı açıq müxalif mövqe sərgiləyir. Bu, ölkə başçsının müyyənləşdirdiyi daxili siyasətə qarşı ciddi zərbə vurmaq cəhdidir.
Ramiz Mehdiyev məqaləsində 2 il əvvəl növbədənkənar seçkilərlə formalaşmış Milli Məclisə qarşı həqarətlər yağdırır və bu zaman onun istifadə etdiyi ifadələr müxalifət düşərgəsinin qaralama tezisləri ilə üst- üstə düşür. O deputatları“saxta”, “rüsvayçı yollarla parlamentə düşən” adlandırır. Yazı mətnində ayrı-ayrı millət vəkillərinin adını çəksə də bu, əslində ölkənin qanunverici hakimiyyətinə qarşı aşağılayıcı “qara piar” kampaniyasının Mehdiyev tərəfindən davamıdır. Bu məsələdə də Mehdiyevlə radikal müxalifət nümayəndələrinin istifadə etdiyi tezislər üst-üstə düşür və biri-birini tamamlayır. Əslində Ramiz Mehdiyevin özü saxta “elm adamı”, saxta akademikdir, onun bu elmi titualları necə əldə etdiyi yaxşı məlumdur.
Düşündürücü məqamlardan biri də odur ki, Mehdiyev öz bədnam yazısında heç bir əsas olmadığı halda Azərbaycanda rus məktəblərinə qarşı aparılan kampaniyalara diqqət çəkir. Halbu ki, hazırda bu barədə hər hansı ictimai müzakirə yoxdur. Deməli, akademik məqsədli şəkildə bu məsələni yenidən gündəmə qaytarmağa cəhd edir. O, rusdilli məktəblərin populyarlığından ağızdolsu danışır və daha sonra sual qoyur:”Bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən, Azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?”
Mehdiyev burada təhsil sistemini, bu sahədə dövlət başsçının iradəsi ilə aparılan islahatları hədəfə alır. Bununla kifayətlənməyərək milli təhsil sistemini rus dili qarşısında aşağılamağa çalışır.
İkincsi, o siyasi elitada təmsil alan şəxslərin övladlarının rus dilində təhsil aldığını deyir, sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılmasını xatırladır. Bununla öz aləmində ölkə rəhbərliyini rus dilində təhsilə qarşı olan kütlələrin hədəfinə gətirməyə cəhd edir.
Daha bir çirkin niyyəti isə Azərbaycanda özünü Rusiya mədəniyyətinin, təhsilinin hamisi kimi təqdim etmək istəyidir. Mehdiyev bu cür yaramaz işlərə baş qoşmaqla heç nədən çəkinmədiyini ifadə edir və bununla da özündən sərsəm “internasionalist”obrazı formalaşdırmağa cəhd edir. Bunları deməsə, erməni arvadı Qalina Yuryevna və erməni qohumları ondan incik düşə bilər.
Mehdiyevin əsas ittiham obyektərindən biri AMEA-da institut rəhbərləri, rəhbərlikdə təmsil olunan şəxsləri hədəfə alması və onlara hədə-qorxu gəlməsidir. Onun yazdıqlarından belə məlum olur ki, akademiya qurumlarında aparılan yoxlamaların nəticələrindən şantaj kimi istifadə edir və onları öz təsir dairəsindən çıxmağa qoymur. Bir sözlə Mehdiyev AMEA-nı öz şəxsi təsərrüfatına, qalasına çevirməklə, özünəməxsus oyun qaydaları ilə idarə olunan müstəqil quruma çevirməyə cəhd edir. Bu zaman həyasızcasına ölkə prezidentinin dövlət qurumlarında şəffaflığın təmin olunması ilə bağlı çıxışlarından istifadə edir. Əslində dövlətin yürütdüyü siyasəti qəbul etmir, ona qarşı çıxır, şantaj, təhdid kimi alətlərdən yaralanmaqla “öz hakimiyyətini” qəbul etdirməyə cəhd edir. Akademiyada özünə firqə yaratmağa çalışır.
Nəticə:
Mehdiyevin sadalanan bu addımları şübhəsiz ki, siyasi hakimiyyətə, onun ölkədə həyata keçirdiyi uğurlu siyasətə qarşı yönəlib. O, bir dəfə olsun hakimiyyəti hər fürsətdə ləkləməyə çalışan qüvvələrə qarşı fikir işlətmir, əksinə onların əlinə dəstəvuz verir, həmrəylik nümayiş etdirir. AMEA kimi mühüm posta oturan şəxsin bu cür əməllərlə məşğul olması, dövlətə meydan oxumaq cəhdləri heç şübhəsiz ölkə ictimaiyyəti tərəfindən məyusluqla qarşılanır. Ona görə ləngimədən Mehdiyev barəsində ciddi tədbirlər görülməli, Azərbaycan elmini onun bədnam siyasi maraqlarının girovuna çevrilmədkən xilas etmək lazımdır.
Ramiz Mehdiyev artıq yetişmiş appendisitdir və onu kəsib atmağın vaxtı çatıb…”

Şərhlər
Mən, şəxsən, Ramiz Mehdiyevi lənətləyirəm. Çox pisliklər edib Azərbaycanımıza!
Azərbaycan Atalar sözü ilə zəngin olan yeganə ölkələrindəndir ki, bunları zaman-zaman süzgəcdən keçirib, həyatda onun doğru-yalan olmasını sübut etdikdən sonra dillər əzbərinə çevirib. Məsələn, insan var qocalanda ipəyə dönür, insan da var, köpəyə dönür. Heç kimin şəxsiyyətinə toxunmaq niyyətim yoxdur, sadəcə olaraq Azərbaycan folklorundan nümunə gətirdim. Allah rəhmət eləsin Şirəli Müslümova, 167-168 il yaşadı, kökə deyəndən pəpə deyənə hamı onu yaxşı mənada xatırlayır. Allah Ramiz Mehdiyevə 300 il ömür versin, istəyir lap şeytan olub divara çıxsın. Üzümü Ramiz Mehdiyevə tutub demək istəyərdim, ay “ağsaqqal”, ay “akademik” bu şou nəyə gərəkdir, nə əldə etmək niyyətin var? Burada yenə atalarımızın sözü yadıma düşdü. Örkən nə qədər də uzun olsa yenə gəlib doğanaqdan keçəcək. Allah təala hər birimizi yaradanda onun alın yazısını yazıb, heyif ki, o yazını oxumaq bizə nəsib olmayıb. Elə yaxşı ki, olmayıb yoxsa adam dəli olardı. Haraya burcutsan da yenə sığınacaq yerin uzağı 2 metr uzununa, 1 metrə eninə olan oteldir, o da hələ qismət olsa, oraya əlavə heç nə sığışmır, orada heç lazım da olmur. Sağkən insanlar o otelin yanından keçərkən ya rəhmət oxuyur, ya da lənətləyib, cəmdəyinə tüpürür. Sənə bu lazımdırmı ay Ramiz müəllim? Təkcə Azpolitikanın səhifəsinə baxsan görərsən ki, bir nəfər Allah bəndəsi tapılmadı ki, Sizinlə bağlı nəsə bir müsbət fikir bildirsin. Ola bilməz ki, bu fikirləri bildirənlərin hamısı pis insan olsun, təkcə Siz yaxşı. Demək, əsas problem elə Siz özünüzsünüz. İnsanın əməyinin məhsuldarlıq əmsalı müəyyən yaşa qədərdir, ona görə də insan müəyyən yaş həddinə çatanda dövlət onu pensiyaya göndərəndə ona mesaj verilir ki, bu qədər əziyyət çəkmisən, xalqa xidmət etmisən, indidə get dincəl, Allah nə qədər ömür veribsə pensiyandan yararlan, nəvə-nəticələrini başına yığ, onlarla əylən, onlarfın da xatirəsində yaxşı baba kimi qal. Allah saxlamış bəs nə vaxt dincələcəksən, heç bunu düşünmüsənmi? Güman edirəm ki, tövbə etməyin vaxtıdır. Allah böyükdür, öz bəndəsini bağışlamağı bacarır. Tövbə edin Ramiz müəllim. Rəhmətlik Hacı Əbdül də sağ deyil ki, bu prosedur qaydalarını Sizə izah etsin. Ramiz müəllim, həqiqi sözümdür, daşı ətəyinizdən tökün. Verilən yazılarda hərə bir fikir bildirir, birisi deyir onu Akademiyaya buraxmayaq, birisi deyir nümayiş edək. Görürsünüz ki, Akademiyanın böyük əksəriyyəti artıq Sizdən doyub, Sizdən üz döndərib, Siz isə dirəniş göstərirsiniz. Burada yenə atalarımızın sözü yadıma düşdü: səni sevəcəyəm, sən sevməsən də. Görürsünüz ki, artıq alimlərin Sizin sevginizə heç bir ehtiyacı qalmayıb. Bu gün ölkədə baş verən anormal nə varsa hamısı Sizinlə bağlıdır. Xadimədən tutmuş nazirə qədər təyin etdiyiniz adamlar Sizin dəsti-xəttinizi tutub elə bil ki, bu millətə qənim kəsiliblər. Pərpətöyün toxumu kimi bu kadrları elə yerləşdirmisiniz ki, neçə illər lazımdır ki, onların toxumu kəsilsin. Üzümü ölkə başçısına tuturam. Cənab Prezident, Ali Baş Komandan Siz özünüzə sağlığınızda böyük, əbədi heykəl qoydunuz. Xalq bu gün Sizə inanır, Sizə arxalanır, Sizə güvənir, güvənc yeri olasınız. Bu biyabırçılığa son qoymağınızı xahiş edirəm, nəhayət yalvarıram, Elmimiz əldən gedir, məhv olmaq təhlükəsi qarşısındadır. Bu xalq istedadlı xalqdır, yaradıcı xalqdır. Bu neçə ildə görməmişəm ki, hansısa elmi nailiyyətə nail olaq, demirəm Nobel mükafatı, heç olmasa tramvay altında qalmış bir mükafat olsun. İslahatlarla bağlı. Başlayaq elə Prezident Administrasiyasından. Administrasiyanın demək olar ki, 90-95% dincəlməyə göndərilməlidir (nəzərə alsaq ki, bunlar kimin kadrlarıdır), icra başılarına süpürgə çəkilməlidir, inzibati orqanlar yaman gündədir. Bütün bunlar vaxtında baş verməsə, onun ağrı-acısını hamımız çəkəcəyik.
Görəsən Əzrayıl harada qalıb? Gəlib çıxmır ki millətin canı qurtarsın
Bəli, bəli, bəli. Tamamilə doğrudur, tamamilə razıyıq. ramiz ... ol, ramiz ....ol, ramiz ...ol!
Ramiz Mehdiyev oyunu qurtarmır də. Ermənidir kimdir nədir bunun 90 yaşı var. Şou yaradıb fikir yayındırıb 30 ilin bütün pisliklərini onun üstünə yazmaq nə lazımdır.
Mən sözün həqiqi mənasında bütün qəlbimlə, ruhumla R.Mehdiyevə nifrət edirəm və onun layiqli cəzasının almasını istəyirəm. .....