Menu

“MƏN BURDAYAM VƏ SİLAHI YERƏ QOYMAYACAĞIQ” - Zelenski xalqa müraciət etdi + VİDEO

26.02.2022, 10:25
“MƏN BURDAYAM VƏ SİLAHI YERƏ QOYMAYACAĞIQ” - Zelenski  xalqa müraciət etdi + VİDEO

“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib.

“Biz ordumuza və ölkəmizə inannırıq. Biz onu müdafiə edəcəyik! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ötən gecə sosial şəbəkədə, xüsusilə teleqramda Ukrayna Prezidentinin adından kütləvi sayda dezinformasiyalar yayılmışdı.

Şərhlər

Akif 2022-02-26 12:04:26

Afərin Zelenski və Ukrayna xalqı! Siz əsl vətənpərvərlik nümunəsisiniz və arzu edirəm tezliklə təcavüzkar Rusiyaya qalib gələsiniz. Mən eyni zamanda Milli Məclisin deputatı Mixail Zabelinə ar olsun deyirəm. Nə üçün öz adından və Azərbaycanda rus cəmiyyətinin sədri kimi Rusiya hakimiyyətinə onun Ukraynaya qarşı təcavüzünə etirazını bildirmirsən? ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol