ABŞ ZELENSKİNİ UKRAYNADAN ÇIXARMAQ İSTƏYİR - Ərdoğanın təhlükəsizlik xidməti isə...

ABŞ hakimiyyəti hesab edir ki, onların bir nömrəli məqsədi Ukrayna prezidenti Vladimir Zelenskiyə kömək etməkdir. 

“Washington Post”da dərc olunan məqalədə deyilir ki, Ukrayna lideri Zelenski mümkün qədər tez ölkəni tərk etsə, daha yaxşı olar. Eyni zamanda, məqalə müəllifləri Rusiyadan gələn təhdidləri qeyd edir və hesab edirlər ki, Zelenski daimi yaşamaq üçün ABŞ-a və ya Avropanın istənilən ölkəsini seçə bilər.

Yada salaq ki, fevralın 25-dəki müraciətində Zelenski demişdi ki, Rusiyanın 1 nömrəli hədəfidir və ailəsinin həyatı üçün də ciddi təhlükə var. Bundan sonra Zelenskinin hansısa bunkerə köçürüldüyü haqda xəbər yayılmışdı. İtaliya baş naziri Mario Draqinin Zelenski ilə telefonla danışmağı razılaşdıqlarını, amma sonradan onunla əlaqə qura bilmədiyini açıqlamışdı. Bu isə müxtəlif söz-söhbətlərə, hətta prezidentin ölkəni tərk etdiyi haqda iddialara səbəb olmuşdu.

İsveçin baş naziri Maqdalena Andersonun da Zelenski haqda açıqlaması isə xüsusilə diqqət çəkib. Anderson Aİ liderlərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Brüsseldə fövqəladə iclasından sonra açıqlama verib. 

“Zelenski bunkerdən zirvəyə qatılmışdı. İclasın sonunda “Bəlkə də, məni dövlət başçısı olaraq son görüşünüz ola bilər. Məni sağ görən son insanlar ola bilərsiniz” deyərək, bizə vida etdi”, deyə, baş nazir bildirib.

Zelenskinin vidası ilə bağlı xəbərlər tezliklə dünyanın bir çox mətbuat orqanları tərəfindən tirajlanıb, sosial şəbəkələrdə gündəm olub.

Bundan sonra isə Zelenski "Biz Kiyevdəyik. Ukraynanı müdafiə edirik" dediyi qısa video yaymışdı. Ukrayna prezidenti Zelenski ukraynalılara növbəti videomüraciətində bildirib ki, Prezident Aparatının rəhbəri Andrey Yermak, baş nazir Denis Şmıqal, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və müşavir Mixail Podolyak Kiyevdədir. O əlavə edib ki, bütün ukraynalılar öz ölkələrini müdafiə edirlər.

Qeyd edək ki, elə həmin gün Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurası ilə iclası zamanı Ukrayna ordusunu “hakimiyyəti öz əllərinə almağa” çağırmışdı. 

“Bizim sizinlə danışıqlar aparmağımız Kiyevdə oturub bütün Ukrayna xalqını girov götürən bir dəstə narkoman və neo-nasistlə danışmaqdan daha asan olacaq”- deyə, Putin bildirib.

Putin “Neonasistlərin və benderlərin uşaqlarınızı, arvadlarınızı və qocalarınızı canlı qalxan kimi istifadə etməsinə icazə verməyin” deyib. Putin bildirib ki, onlar “terrorçu kimi hərəkət edir”.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu isə Rusiya prezidenti Vladimir Putinin Ukrayna ordusuna etdiyi çağırışın qәbuledilmәz olduğunu bildirib.

Maraqlıdır ki, Rusiya mediası bir neçə gün əvvəl kəşfiyyat mənbələrinə istinadən Ukrayna prezidentinin təhlükəsizliyini Türkiyə prezidenti Ərdoğanın təhlükəsizlik xidməti təmin etdiyini və gücləndirdiyini yazmışdı. Ukrayna prezidentinin İstanbula gizli təxliyəsi üçün xüsusi təyyarə də hazırdır” deyə, xəbərdə bildirilirdi.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar