“RUSİYA 1 İLƏ İRANA, 2 İLƏ VENESUELAYA ÇEVRİLƏ BİLƏR” – “Fəlakət gözlənilir...”

"Avropa Birliyi Rusiya banklarına qarşı çoxdan gözlənilən SWIFT-lə bağlı siyasi qərarını verdi. Tətbiqi ilə bağlı mexanizmlər açıqlanmasa da, bilinən odur ki, sanksiya altına düşən banklar SWIFT-dən çıxarılacaq. Avropa Birliyinin sanksiyasında VTB, "Promsvyazbank", "Sovkombank", "Otkritie" və "Novimbank", ABŞ-ın siyahısında bunlardan əlavə "Sberbank", Britaniyanın siyahısında isə bunlarla yanaşı "Qazprombank", "Rossiya," "İS Bank", "General Bank", və "Qara Dəniz Bankı" daxildir. Beləliklə, ən azı adı çəkilən banklar SWIFT-dən çıxarılacaq. Bu o deməkdir ki, onlar beynəxlalq heablaşmalarını yalnız telefon və faks üzərindən edə bilərlər ki, bu da həm vaxt aparır, həm də təhlükəlidir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarının mümkün nəticələrini şərh edərkən bildirib. 

Ekspert qeyd edib ki, Avropa Birliyinin açıqladığı 3-cü paket sanksiyalar arasında Rusiya üçün SWIFT-dən də qorxulusu Mərkəzi Banka (MB) qarşı sanksiyalardır. "Bu o deməkdir ki, Rusiya MB valyuta rezervlərindən istifadə edə bilməyəcək. Rusiyanın cəmi valyuta ehtiyatları 469 milyard dollar ekvivalentindədir. Onun 323 milyard dolları MB-yə məxsusdur. MB-də 189 milyard dollar ekvivalentində avro, 38 milyard dollar ekvivalentində isə funt sterlinq və 96 milyard dollar vardır. Son sanksiyaya görə, Mərkəzi Bank valyuta ehtiyatlarından istifadə edə bilməyəcək", - iqtisadçı vurğulayıb.

Sözügedən sanksiyaların hansı nəticələrə gətirib çıxara biləcəyinə gəlincə, Q.İbadoğlu bunları sadalayıb:

"Ayın 28-də keçiriləcək valyuta birjasında rubl kəskin dəyər itirə bilər; Bankların xarici ölkələrlə beynəlxalq hesablaşmalarının dayanması istehsalda, idxal və ixracda təklif və tələb zəncirlərinin qırılmasına, bu da istehlak bazarında əmtəə qıtlığına və bahalığa gətirib çıxaracaq;

Kredit reytinqi agentlikləri - S&P, Fitch və Moody's Rusiyanın ümumilikdə, ayrılıqda isə suveren investisiya fondlarının, bankların və dövlət şirkətlərinin kredit reytinqini aşağı salacaqlar, faizlər artacaq;

Bankların maliyyə mötəbərliyi azalacaq, əhali və şirkətlər banklardakı vəsaitlərini geri çəkəcək, maliyyə sistemi çökəcək.

Xüsusilə də sanksiya altına düşən dövlət şirkətlərinin və siyahıda olan bankların səhmləri ucuzlaşacaq, aktivləri dəyərsizləşəcək, onlar arasında müflis olanlar qeydə alınacaq”.

İqtisadçı əlavə edib ki, sanksiyalar davamlı və praktik olarsa, Rusiya 1 ilə İrana, 2 ilə Venesuelaya, 5 ilə Şimali Koreyaya çevrilə bilər.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2022-02-28 22:46:48

Zatən bu çoxdan xaraba qalmışdır.

Vuqar Memmed.oglu 2022-02-28 18:24:51

İNSANDA ZƏRRƏ QƏDƏR SƏRƏF,LƏTAQƏT,XALQİNA HORMƏT VARSA DUSUNMƏDƏN İSTEFA VERMƏLİDİ! YOXSA XALQ ONU OZU ..LİNC..EDƏCƏK!

turan 2022-02-28 14:38:06

Ayı çökür

Son yazılar