ELMİRA AXUNDOVA KİMİN SƏFİRİDİR? – Onun azərbaycanlıları fərari kimi təqdim etməkdə məqsədi nədir?

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova onun son günlərdəki fəaliyyətilə bağlı sosial şəbəkələrdə və mediada yayılan tənqidlərə cavab verib. Öz fəaliyyətini yüksək qiymətləndirən(!) Elmira xanım bu çətin günlərdə səfirlik olaraq əllərindən gələni etdikləri, səfirliyin “Qaynar xətti”nin 24 saat işlədiyi və s. barədə danışıb. Hansı ki, Ukraynadakı azərbaycanlıların böyük əksəriyyəti bunun tam əksini deyirlər...

Hər necə olsa, Elmira xanım Bakıdadır. Onun xanım olduğunu, səhhətilə bağlı problemlər yaşadığını, həyatına real təhlükə yaranmasının mümkünlüyünü və s. nəzərə alaraq, öz postunu tərk edib Azərbaycana gəlməsinə dair hansısa irad bildirmək doğru olmaz. Ancaq Elmira xanımın yayımladığı mətndə onun fəaliyyətilə bağlı Ukraynadakı azərbaycanlıların tənqidləri qarşısında özünü yox, həmvətənlərimizi borclu çıxarması, yumşaq desək, təəccüb doğurur. Ən mənfi və hətta hiddət doğuran məqam isə Axundovanın Ukraynadakı azərbaycanlıları az qala fərarilikdə və saxtakarlıqda ittiham etməsidir.

Sözügedən mətndə səfir Ukraynada yaşayan azərbaycanlıları nəzərdə tutaraq, deyir: “Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib”. Fikir verin, bunu Ermənistanın, yaxud hansısa bizə dost olmayan digər ölkənin yox, Azərbaycanın(!) Ukraynadakı səfiri deyir. Üstəlik, bu müraciət rus dilində də yayımlanır. Deməli, bu mətn təkcə azərbaycanlılar üçün deyil. Bu, azərbaycanlıları aşağılamaq, onları qorxaq, fərari, saxtakar kimi təqdim etmək və bunu dünyaya car çəkmək deyilmi? Axı, bunu Ukrayna mətbuatı da, Ukraynanın Azərbaycandakı səfirliyi də görür, oxuyur. Azərbaycanın istər Ukrayna, istərsə də sivil dünya ilə münasibətlərinin imtahana çəkildiyi vaxtda belə bir bəyanat nəyə, kimlərə xidmət edir görəsən?

Ukraynadakı azərbaycanlıların bu cür təqim edilərək, gözdən salınması cəhdi bəlkə də heç Ermənistan səfirinin belə ağlına gəlməzdi. Hazırda Ukrayna Ordusunda və özünümüdafiə dəstələrində Ukrayna vətəndaşı olan yüzlərlə, bəlkə də daha çox azərbaycanlı döyüşür. Həmçinin, Azərbaycanda Ukraynanın haqlı mövqeyini müdafiə edən kütləvi aksiyalar keçirilir, insanlarımız işğala məruz qalmış ölkəyə, xalqa əlindən gələn yardımı göstərməyə çalışır, mənəvi və maddi dəstək verir.

Bütün bunları görmək və demək əvəzinə öz yarıtmaz fəaliyyətinə haqq qazandırmaq üçün az qala bütün həmvətənlərimizi şərləmək, hansısa neqativ bir hadisəni (əgər olubsa-red.) bütün millətin adına ləkə kimi yaxmaq, xalqın, millətin dəstəyini, zəhmətini yerə vurmaq cəhdi Azərbaycanı təmsil edən səfirə yaraşırmı?

Bəlkə, dediyi sözün məsuliyyətini, daşıdığı vəzifənin, missiyanın mahiyyətini anlamır? Əlbəttə ki, anlayır! Bunun üçün kifayət qədər yaşı, savadı və təcrübəsi var. O zaman istər-istəməz bu fikirlərin məqsədli şəkildə söyləndiyi təsəvvürü yaranır. Belə olan halda isə sual meydana gəlir: Elmira Axundova hansı ölkənin, hansı xalqın, bir sözlə, kimin səfiridir?

C.Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Roma 2022-03-10 10:36:53

Bu adam oğu ilə birlikdə, törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmalıdırlar...

Pedaqoq 2022-03-08 12:02:41

1982-ci ildə rektor Fəridə Sultanzadə bu Elmiranı.......Axundov adına APİ-dən qovmaq istəyəndə o qədər himayədarı tapılldı ki. Georgi Caniyarov adli erməni.......

Ədalət 2022-03-07 22:06:30

Heç bilirsiniz Elmiranin arxasında kim dayanır .... ona və onun dələduzluq edən oğlu na heç kim bata bilməz

Gülüş 2022-03-07 18:47:46

Elmiranı səfir göndərən bilirsiniz də Ramiz Mehdiyev olub. Ona görə də yazıq millət qalıb yiyəsiz Polşanın sərhəddində. Elmira da külfətini götürüb, qaçıb gəlib oturub villasında şellənir. Ona göünün üstündə qaşın var deyən də yoxdur.

Mahir 2022-03-07 16:18:31

..... onu vəzifədən çıxarmayacaqlar.

demokrat 2022-03-07 15:33:14

Ayda 4 min dollar maaş alır Elmira. Təcili geri çaģrılmalıdır. Əgər gücləti çatsa 5-ci kolonun nümayəndəsi olan damarlarında azətbaycanlı qanı axmayan, nə atası, nə azərbaycanlı olmayan Elmiraya...

Gəmər 2022-03-07 13:20:57

Elmira Axundovanın əsl ad soyadını bilən varmı?Bəziləri kimi bu da pasport....

Musa 2022-03-06 21:19:43

E.Axundova kimin deputatı idisə,onun da səfiridir.Burada gizli nə var ki?

Qurban 2022-03-06 20:49:14

Axı Elmanın nə səfirliyə uyğun təhsili,nə bilgisi,nədə anlayışı var.....

Eloğlu 2022-03-06 19:34:45

O " biznesmen səfir" kimi fəaliyyət göstərib. Nə qədər gec deyil AZƏRBAYCANI və AZƏRBAYCANLARI təhgir və alcatmamış vəzifəsindən qovulmalı və fəaliyyəti barəsində araşdırma aparılmalıdır.

bayroş 2022-03-06 19:27:56

moskvanın ajanı....bu tam aşkardır...

Abbas Vəliyev 2022-03-06 18:47:04

Elmira Axundova 5-ci kolonin səfiridir......

Rasim QUliyev 2022-03-06 18:43:34

....Sehv etmirəmsə bütün Favorit marketlər bunundur.Biznesmen sefir

Ömər 2022-03-06 18:41:33

Qarışıq milliyətlini ölkəyə səfir təyin etmək elə əvvəlcədən yanlışdır.Bunun fırıldaqlarının üstünü açmaq əvəzunə səfir təyin etmək anlaşılan deyil....

ARAZ 2022-03-06 18:38:25

....Ölkəmizi belə "kadrlar" biabır edirlər.

Amon 2022-03-06 18:34:21

Sefirliyin isi bele vaxtlarda bilinir onsuzki adi gunlerde biznesinizle mesgul olursuz bele dar gunde de vetendaslarimizi qoyub qacib bakiya. eger dediyin kimi sende bir xanimsansa onda bu yuku goturme ciynine bax moldovada ki sefirimiz Qudsi Osmanova hem utan hemde tecili istefa erizesi yaz ele qal bakida senlik deyil Ukrayna onsuz ki menfi reputasiyali memursan.rusa olan sevdadan imtina elemek bu qedermi cetindi ruslar daha neler etmelidi onlara qarsi nifret oyansin sizde

afiq 2022-03-06 18:25:52

diplomat təhsili olmayanı ,qanı qarışıq birinin,həmçinin hər yoldan ötəni səfir təyin edilməməlidir...

Kamil 2022-03-06 17:21:52

Adam deyil......

Omar 2022-03-06 15:20:47

Elmira rusun tokuntüsudur.Amma özünə vətən seçən hər bir kəs vətənini qorumalıdır .Əvvəl Azərbaycandan imtina edən,sonra seçdiyi vətəndən imtina edən,her dəfə başı darda olanda əlcək kimi vətən dəyişəcək Əli silah tutan vətənini qorumalıdır,qaçmalı yox .

Roma 2022-03-06 14:56:21

“Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcgili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib”. Bu da bizim səfirimiz, "BƏRƏKALLAH", soruşan lazımdır ki, ey diplomatiyadan heç nə qanmayan, səfir xanım "bir çoxları" deyəndə məqsədin Azərbaycanlıları alçaltmaqdır??? Azərbaycanın çörəyini yeyirsən...

korrektor 2022-03-06 14:39:11

....övladın anasısan da nə ...........

Aborigen 2022-03-06 14:35:37

"Hər necə olsa, Elmira xanım Bakıdadır. Onun xanım olduğunu, səhhətilə bağlı problemlər yaşadığını, həyatına real təhlükə yaranmasının mümkünlüyünü və s. nəzərə alaraq, öz postunu tərk edib Azərbaycana gəlməsinə dair hansısa irad bildirmək doğru olmaz.". Bu şəxs Azərbaycan Respublikasının Ukrayna dövlətindəki SƏFİRİDİR. Məgər səfirlik geri çağrılıb ki, bu bakıdadır?

Camaat 2022-03-06 14:28:02

Bu "səfir"deyilən ... həbsinin vaxtı çatıb.Özü başda olmaqla dələduz oğluda ....rus köpəklərinə xidmətə görə cavab verəcəklər.Az qalıb.

lala metin 2022-03-06 13:37:56

Nə gündəyik başına and içiləsi bir məmur yoxdur ölkədə ....

esger 2022-03-06 12:22:27

O öz oğuldan danışsın Niyə 2-ci Qarabağ müharibəsi olanda o oğlu kimi insanlar barədə bu cür tənqid çıxışlarla efirə çıxmırdı

RR 2022-03-06 11:59:38

Bu qadin bizden deyil !!! Bilesiz !!! Hara baxir XIN ? hara baxir bashqa qurumlar ?

Lalə 2022-03-06 11:14:17

E.Axundova Azərbaycanı sevməyən,ölkəmizi yalnız varlanmaq mənbəyi kimi görən çox acgöz və tamahgir qadındır.Ukraynaya da getdi ki,oğlunun Azərbaycandakı cinayətlərini ört basdır eyləsin və orada ana -bala səfir statusundan istifadə edərək yeni biznes gursunlar.

t.ədalət 2022-03-06 10:37:46

Elmira Axundova Azərbaycanın adından istifadə edib Ukraynada xidmət edən bir Rusiya səfiridir.O heç vaxt Azərbaycana yaxın olmayıb.Sovet dövründə də bir rusist idi."Litqazeta"nın xüs. müxbiri kimi Rusiyanın Azərbaycandakı nəzarət nümayəndəsi idi.

Azərbaycanlı 2022-03-06 10:08:05

Ramiz Mehdiyevin ləyaqətli kadrlarından biridir Elmira Axundova. Başqa bir ölkənin səfiri belə hərəkət etsə idi dərhal geri çağırılardı. Ancaq bu qadın özünə çox arxayındır. Belə olmasa idi oğlu Həbiblə Azərbaycanda hansı hoqqalardan çıxmaqlarına baxmayaraq mükafatlandırılmaz,səfir göndərilməzdi... Bütün ailə üzvləri, qohumlarını da özü ilə Ukraynanya apardı. Səfirlikdə işə düzəltdi, orada rahatlıqla biznes qurdular. Arxası möhkəm olduğu üçün milləti belə təhqir edir. Yəqin ki bu günlərdə daha böyük mükafat alacaq!!!

qaraguruh 2022-03-06 09:59:42

bu Azərbaycanlı deyil ki bunu ora elə ondan ötəri qoyublar-bizi aşağılasın --bunlar qeyri türklərdir ki zamanı gələndə ölkəmizi satacaqlar-o heç istəyər bu dövlət yaşasın-onlar karyerist və tayfabazlardılar ---milləti sevməyənlər iş başına--sözə bax mən qadınam-- qadınsan get otur mətbəxində şorbanı bişirdə-sənın səfirlikdə nə işin var

qaraguruh 2022-03-06 09:56:26

bu Azərbaycanlı deyil ki bunu ora elə ondan ötəri qoyublar-bizi aşağılasın --bunlar qeyri türklərdir ki zamanı gələndə ölkəmizi satacaqlar-o heç istəyər bu dövlət yaşasın-onlar karyerist və tayfabazlardılar --milləti sevməyənlər iş başına--sözə bax mən qadınam-- qadınsan get otur mətbəxində şorbanı bişirdə-sənın səfirlikdə nə işin var

Maneken 2022-03-06 09:54:53

Bu elit-pub yazar çoxdan azəri-türk xalqlarını QAÇQIN adlandırmağa cürət etmirmiş? Tale fürsət verib birgə FƏRARİ olublar! Ancaq, Ukrayna vətəndaşı elə Ukraynalı da olaraq qalmalıdır!

Elmira 2022-03-06 09:19:26

Elmira Axundova ruspərəstir. O çoxdan bəllidir!

Son yazılar