"İSTƏMİRLƏR Kİ, QARABAĞDA RUSLARI TÜRKLƏR ƏVƏZ ETSİN"- Sabiq nazir Blinkenin Əliyevə zəngindən danışdı

“Paşinyan yenə telefonu götürüb şikayət zənglərinə başlayıb. Şikayətlənir ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir. Daha sonra Blinken İlham Əliyevə zəng vurur və Paşinyanın “Minsk prosesi” ideyasını dəstəkləyir. Soruşursunuz niyə? Cavab sadədir- ABŞ-a da, Rusiyaya da nəticə yox, münaqişə prosesinin özü mühümdür”.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Facebook" hesabında yazıb.

Eks nazir bildirib ki, bu məntiq Ukraynadakı hadisələrdə də istifadə olunur: “Onların xoşuna gəlmir ki, Azərbaycan Prezidenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir. Xoşlarına gəlmir ki, Türkiyə Prezidenti bizim dövlət başçısı ilə birgə Rusiya və Ukraynanı danışıqlar stolu ətrafında oturtmaq üçün çalışırlar. Onlar istəmirlər ki, Qarabağda rus sülhməramlılarını türklər əvəz etsin. Ona görə zəng vururlar”.

"AzPolitika.info"

635x100

Şərhlər

B.Qarabağlı 2022-03-16 20:44:45

Elə, həmin səbəbdən Azərbaycan Dövləti, sərhədləri daxilində öz müstəsna, yuxarı Qarabağ rayon və kənd lərində xüsusən azərbaycanlı ailələrininin soyqırım terroru nəticəsində məhv edilmiş əzəli-doğma insan hüquqlarının mümkün qədər çevik bərpa etməlidir!

Son yazılar