RUSLAR MÜHARİBƏ İSTƏYİRMİ? - Rusiyada keçirilən sorğunun təəccüb doğuran nəticələri

Son günlər ərzində keçirilən rəy sorğuları Rusiya cəmiyyətinin heç də həsəd aparılacaq mənəvi və sosial durumda olmadığını bir daha ortaya qoyub. 

“AzPolitika.info” xəbər verir ki, “Azadlıq Radiosu” bir qrup müstəqil sorğu mərkəzlərinin Rusiyada keçirdikləri rəy sorğusunun nəticələrini dərc edib. Nəticələr göstərir ki, Rusiya əhalisinin əhəmiyyətli hissəsi bilərəkdən, ya da aparılan total təbliğatın nəticəsi olaraq müasir sivilizasiya, insan haqları, ədalət, sülhpərvərlik və s. kimi anlayışlardan uzaq düşüb. Ancaq sorğunu keçirənlər ilk başdan bildirirlər ki, rəylərini soruşduqları rusiyalıların qorxudan, ehtiyat etdiklərindən, söz azadlığına qadağalardan, yaxud bilərəkdən gerçək mövqelərini gizlətmələri istisna olunmur.

Beləliklə, sorğunun nəticələrinə görə, rusiyalıların 71(!) faizi Ukraynaya qarşı müharibəni dəstəkləyir. Bu da azmış kimi, həmin bu “vətənpərvər” kəsim müharibənin gedişində qürur, sevinc, hörmət və ümid kimi hisslər keçirdiklərini bildiriblər. Qeyd olunur ki, bu “hissləri” daha çox yaşı 35-dən yuxarı olanlar keçirir, 18 yaşa qədər resspondentlər isə baş verənlərlə bağlı kədər və məyusluq hissinə daha çox meyllidirlər.

Gənc rusiyalılar yaşlılara nisbətdə müharibəyə görə daha çox narahatlıq keçirirlər. Yaşı 25-44 yaş aralığında olanlar yaşlı ruslarla müqayisədə qorxu və həyəcan hissinə daha çox qapılırlar. Bununla yanaşı, sorğuda iştirak edənlərin cəmi 40 faizi müharibəyə görə narahatlıq yaşadığını bildirib. Müharibəni və Putinin addımlarını dəstəkləyənlərin arasında yaşı 55-dən yuxarı olanlar böyük üstünlük təşkil edirlər.

Sorğunun daha bir maraqlı nəticəsi rusların bağlı olduqları informasiya mənbələrilə əlaqədardır. Məlum olub ki, əhalinin 75 faizi müharibə və ümumilikdə dünyada və Rusiyada baş verənlərlə bağlı məlumatı yalnız televiziyalardan öyrənir. Əhalinin 64 faizi isə bu məlumatları yalnız və yalnız dövlət kanallarından alır. Rusiyadakı dövlət kanallarının hansı vəziyətdə olduğunu da xüsusi şərh etməyə ehtiyac yoxdur...

Ancaq o da maraqlıdır ki, rəyi soruşulanların cəmi 33 faizi Putinin məhz Rusiya əhalisinin maraqlarından çıxış etdiyinə əmin olduğunu bildirib. Buna baxmayaraq, rusların yarıdan çoxu Putinin mümkün qədər daha çox hakimiyyətdə qalmasına tərəfdardır. Qeyd olunur ki, bu mövqe daha çox Rusiya dövlət telelkanallarının auditoriyasına aiddir. Digər mənbələrdən, şəxsi əlaqələrindən və rəqəmsal platformalardan məlumat alanların isə böyük əksəriyyəti Putinə qarşı müxalif mövqedədirlər.

Rəy sorğusunun nəticələri göstərir ki, gözlənilənlərin əksinə olaraq, rusların müharibəyə münasibəti heç də getdikcə pisləşmir. Əksinə, “xüsusi əməliyyatı” dəstəkləyənlərin sayı fevralın sonu ilə müqayisədə martın ortalarında daha da artıb. Ancaq bununla yanaşı, sanksiyaların təsirini “öz dərisində” hiss edənlərin də sayı xeyli artıb. Nəticədə şəxsi maliyyə vəziyyətilə bağlı pessimist əhval-ruhiyyədə olanların sayı böyük ölçüdə çoxalıb.

Onu da qeyd edək ki, iqtisadi sanksiyalar ölkəyə dərhal təsir göstərmir və onların Rusiya iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə, gəlirlərinə, alıcılıq qabiliyyətinə, iş yerlərinə və s. vurduğu zərbə hələ yaxın zamanlarda öz sözünü deməyə başlayacaq. 

Digər yandan Rusiya təbliğat maşını hələ ki, Ukraynadakı uğursuzluğunu, itkilərini, böyük ölçüdə həqiqətləri öz əhalisindən gizlətməyə nail olsa da, bu məxfiliyi uzun müddət təmin etmək mümkün olmayacaq. Bütün həqiqətlər, hərbi cinayətlər və sanksiyaların sarsıdıcı təsiri gec-tez üzə çıxacaq. Ona görə də oxşar rəy sorğusu bir müddət sonra keçirilsə, böyük ehtimalla tamamilə başqa mənzərə ilə qarşılaşacağıq.

Ancaq hər halda, bu rəy sorğusu Rusiya cəmiyyətində şovinizm, imperializm və digər bu kimi neqativ amillərin dərin kök saldığını bir daha ortaya qoymuş olub.

Yeri gəlmişkən, müharibənin ilk günlərində Ukraynanın üçüncü Prezidenti Viktor Yuşşenko Putinə və rusiyalılara olduqca sərt ittihamlarla dolu bir müraciətlə çıxış etmişdi. 

Həmin müraciətin bir yerində deyilirdi: “SSRİ-nin 70 ili ərzində insanların beyninə bir təbliğat sualı yeridilirdi: “Ruslar müharibə istəyirlərmi?” Bu gün həmin sualın cavabı qısa və aydındır: “İstəyirlər!””...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Elişə 2022-03-19 14:04:24

Heç bir ədalətli, dürüst insan-vətəndaş müharibə istəməz, eyni ilə ruslar da? Azadlıq müharibəsi məcburi haqqın savaşıdır! Bununla belə Azərbaycan BMT TŞnın ədalətli-operativ DQMV həllinə baxmayaraq 28 il barışıq gözlədi və indi də sülh təklifinə güya təslim, əslində bir qarışına da toxunulmamış işğalçı Ermənistan hlə bir iradlar mesajlayır?

Elmira 2022-03-19 09:58:13

Allah bunların kökü qırsın. Amin

RR 2022-03-19 04:16:24

Allahsiz milletdi )))

musa 2022-03-19 00:37:08

Bu sorğunun nəticələri rusları tanıyan hec kim ücün təəcüblü deyil . onlar həmişə belə olublar .ümumuyətlə onlardan insani nə isə gözləmək sadəlöhvlükdür .

Veteran 2022-03-18 23:45:34

Elə buna görədə onlara güzəşt etmək lazım deyil.Düzələsi deyillər.

Müfəttiş 2022-03-18 19:59:59

Şovinizm onlarin canına-qanına hopub. Bir az ac qalsalar öz satqın rus mahiyyətlərini büruzə verəcəklər.

Eli 2022-03-18 14:39:17

Bu reyi soruşulanların qoca ara anasını,arvadının,cavan oğlunu,quzını yeni doğulmuş körpelerini aparmaq lazımdır Ukraynanın gece hündüz bombalanan şeherlerine onların bir qismi helak olsndan sonra bunkarın reyini soruşmaq lazımdır.Bunlar millet deyil,alkaş bir toplumdyr.Bu dünyada bunlardan qat qat ağıllı alman ,amerikan, ingilis,fransız,yehudi Marksın sosializm ideyalarını qebul etmedi bunu ruslara qebul etdirfiker ve bu quruluş 70 il taşadı.Bu deyilmi rusın sglı .Allah bınların kökünü keser İnşaallah.

Son yazılar