MOSKVANIN EMİSSARI RAMİZ MEHDİYEVLƏ NİYƏ GÖRÜŞÜB? - Moskva nəyə nail olmağa çalışır?

Moskvadan gələn təşəbbüslə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin yenidən reanimasiya edilməsinə cəhd edilir. Karyerası boyu mətbuatdan qaçan akademik bu gün "Müsavat TV"-yə həvəslə açıqlama verərək, iki gün öncə AMEA-ya getməsinin səbəblərini açıqlayıb.

Deyib ki, onun rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi ilə görüş keçirilib.

Aparıcının “Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?” sualına isə Ramiz Mehdiyev belə cavab verib: “Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm”.

Xatırladaq ki, ölkə ictimaiyyətinin çoxsaylı və israrlı istefa tələbindən sonra Ramiz Mehdiyev layiq olmadığı AMEA-nın prezidenti vəzifəsindən istefa verməyə məcbur olub. Fevral ayının 14-də baş tutan iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirilib. Nizamnaməyə uyğun olaraq Ramiz Mehdiyevin istefası qəbul edilib, Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

Ancaq martın 17-də R.Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada R.Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq bu gün məlum olur ki, Akademiyada Rusiyadan gələn nümayəndələrlə görüş keçirilib. Bu mənada, ortaya suallar çıxır: Belə həssas məqamda Rusiyadan gələn xüsusi nümayəndə niyə və hansı əsasla məhz Ramiz Mehdiyevlə görüşür?

Əvvəla, Rusiyanın dünyadan təcrid edildiyi, sanksiyalar içində çabaladığı bir şəraitdə onunla birgə hansı elmi mərkəzin yaradılmasından söhbət gedə bilər? Rusiya ilə belə bir mərkəzin yaradılması təşəbbüsünün hardan gəldiyi, buna nə zərurət olduğunu Ramiz Mehdiyev açıqlamayıb.

İkincisi, istefaya göndərilmiş, heç bir səlahiyyəti qalmayan şəxslə iki qurum arasında reallaşdırılmalı olan hansısa layihə ilə bağlı müzakirə aparmaq nə qədər məntiqlidir? Bəyəm, AMEA-nın rəhbər strukturlarında bu məsələlərlə məşğul olan səlahiyyətli şəxs yoxdur?

Əlbəttə, böyük ehtimalla, bu layihə məsələsi qondarma səbəbdir. Sadəcə, Rusiyadan göndərilən şəxs nünayişkəranə formada Mehdiyevlə görüşməklə, cəmiyyətə onlara xidmət edən adamları unutmadıqlarını göstərmək istəyiblər.

Məsələ ondadır ki, həqiqətən ortada uzun müddətdir Ramiz Mehdiyevin Rusiya ilə birgə həyata keçirdiyi “layihə” var. Söhbət Rusiyanın Azərbaycandakı "beşinci kolon" layihəsindən gedir. Rusiyadan göndərilən şəxsin də Mehdiyevlə AMEA-da heç kimin xəbəri olmadığı hansısa elmi mərkəz layihəsini deyil, məhz indiki həssas məqamda "beşinci kolon" fəaliyyətinin necə təşkil olunacağını müzakirə etdiyini ehtimal etmək olar.

Hazırda Azərbaycan cəmiyyətində Rusiyanı narahat edən atmosfer var. Xalqın mütləq əksəriyyəti Rusiyanın Ukraynaya təcavüzünü kəskin pisləyir, Kreml rəhbərliyinin işğalçı siyasətinə açıq şəkildə etiraz edir. Habelə cəmiyyətdə Qarabağdakı rus hərbi birləşmələrinin çıxarılması tələbi daha uca səslə tələb olunmağa başlayıb. Cəmiyyət haqlı olaraq işğalçı bir ölkənin sülhməramlı missiya həyata keçirməyə mənəvi haqqı olmağını düşünür.

Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar artıq bu ölkənin bütün postsovet regionu, o cümlədən Azərbaycan üçün iqtisadi məkan kimi cəlbediciliyini itirməsinə səbəb olur. Buna görə indiyədək Rusiyaya loyal mövqedə duranlar da Moskvanın təcavüzkar siyasətinin regionda ciddi problemlər yaratdığını qəbul edirlər. Nəticədə, Rusiya beynəlxalq arenada olduğu kimi, Azərbaycan cəmiyyətində də dayaqlarını sürətlə itirir.

İndi Moskva strateqləri bu tendensiyanın qarşısını almaq üçün müxtəlif cəhdlər edirlər. "Beşinci kolon"un sosial şəbəkələrdə fəallaşdırılması, Moskvanın agentlərinin Kremlin törətdiyi cinayətləri açıq müdafiəyə başlaması bu prosesin tərkib hissəsidir.

Mümkündür ki, Moskvadan göndərilən nümayəndə də uzun müddət Azərbaycanda "beşinci kolon"un fəaliyyətinə rəhbərlik etmiş Mehdiyevlə görüşü də həm ölkədə Rusiyanın getdikcə itən təsirini necə bərpa etməyi yollarını müzakirə etməyə, həm də Mehdiyevin tam “yox edilməsinə” imkan vermədiklərini göstərməklə “dostlarının” dağılmasının qarşısını almağa hesablanıb.

Ancaq indidən Moskvanın belə cəhdlərinin uğursuzluğa düçar olacağını söyləmək olar. Rusiya, Ramiz Mehdiyev kimi cəmiyyətdən təcrid olunmuş, aldığı zərbələrdən "ölü" fiqura çevrilmiş biri ilə Azərbaycanda nəinki itirilmiş mövqelərini bərpa edə bilməz, hətta olan-qalan nüfuzunu da itirəcək. Hər halda “ölü”nü “diriltmək” mümkün deyil.

Qeyd edək ki, deputat Fəzail Ağamalı bununla bağlı bildirib ki, məsələnin gerçək mahiyyətini ortaya çıxartmaqdan ötrü gərək xüsusi xidmət orqanları araşdırma aparsın: “Həqiqətən bu pərdənin arxasında ən müxtəlif niyyətlər ola bilər. Yaxud da vəziyyətdən istifadə edib bu, bir daha hələ ayaq üstə durduğu, hələ cəmiyyətə ölkəyə lazım olduğu görüntüsünü də yarada bilər. Lakin bütün bu görüntülərdən asılı olmayaraq, mahiyyət dəyişən deyil.”

Rasim

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Belə belə işlər... 2022-03-24 11:10:25

Aaaa Bu Aytən nə bəladır düşüb AMEA-nın canına. Akif Əlizad\ də onunla bacara bilmirdi. ondan çəkinirdi. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunandan sonra bütün suallara cavab tapıldı. Aytən əda ilə hamıya açıq şəkildə bildirdi ki Ramiz Mehdiyev mənim ağsaqqalımdır. Ağsaqqalı onu baş direktor təyin edəndən sonra institutun say-seçmə əməkdaşlarına divan tutudu. Hərəni bir bəhanə, şərr - böhtan, şantajla işdən qovdu. Ağsaqqalı da onun arxasında durdu. İnstitutda ancaq 10-15 nəfər cavan işçi və 3-4 nəfər öz gölgəsindən qorxan yaşı 80-i keçmiş "alim" var

Romaya cavab 2022-03-23 17:33:07

Attestasiyadan keçmək lə pulludur. Pul verməsən attestasiyadan keçməyəcəksən. Aytənin də pulu çoxdur. İllərlə institutda 40-45 "ölü can" saxlayıb. Maaş kartları da direktorda olub. Həm də onun arxasında Ramiz Mehdiyev kimi ağsaqqalı durur. Bu gün Azərbaycan elmində hər şey pulla alınıb satılır. O cümlədən elmi dərəcələr, akademiyaya müxbir və həqiqi üzv adları. Elə alver gedir ki,,, Akademiyada qazanılan pullar heç yerdə yoxdur.

Roma 2022-03-23 12:57:33

Bu AMEA-da elmlər doktorları, akadəməklər və s. yaman çoxalıblar, bunları attestasiyadan keçirmək lazımdır, görək heç olmasa elmlər namizədi səviyyəsinə cavab verərlər ya yox...elə birinci bu hüquq doktoru Aytəndən başlamalı...

Azər 2022-03-21 10:11:21

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutun Mehdiyevlə olan müəmmalı əlaqəsi yoxlanılarsa çox gizli məqamlar ortaya çıxacaqdır. Nəyə görə institutun kadr şöbəsinin müdiri orta təhsilli və milliyətçə rusdur? Nəyə görə noyabr ayında institutun sabiq elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru (?!) lalə Əhmədova təcili olaraq rəyasət heyətinə, Ramiz Mehdiyevə köməkçi aparıldı? Təbii ki, institutun Rusiyapərəst fəaliyyətini sabiq AMEA prezidenti ilə birbaşa koordinə etmək üçün. Əhmədova rəyasət heyətinə gedən kimi öz qohumu iqtisad üzrə fəlsəfə diktoru Fuad Hüseynovu icraçı direktor təyin etdirdi. Əgər obyektiv şəkildə yoxlanılsa, noyabr ayında Ramiz Mehdiyevin göstərişi ilə Hüquq və İnsan Haqları İnstitutundan kimlərin təcili şəkildə kənarlaşdırılıb, kimlərin vəzifəyə qaldırıldığı, kimin təcili professor adı aldığı araşdırılarsa, Rusiya ilə bağlı çox sirlər açılacaqdır.

vətənpərvər alim 2022-03-20 12:08:48

Hüquq və İnsan Haqları İnstitutunda 10 ildən artıqdır ki, Rizvan Hüseynov adlı jirnalist, tarixçi, hərbi ekspert, qht sədri, tədqiqatşı, daha kimi ...bir böyük elmi işçi “işləyir”. Əslində bir gün də olsun işə gəlməyib. Arabir direktorun yanına gəlib, Rusiyadan gətirdiyi heç kimə məlum olmayan jurnalist adı ilə şəxslərlə direktoru görüşdürməklə məşğuldur. Direktorun sevimli və toxululmaz adamı olan Rizvanın adı bir vaxt Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən azərbaycanlıların siyahisində göstərilmişdi. Hüseynovun beynəlxalq təşkilatlardan qrant qopartmaq üçün ermənilərlə birlikdə yaradılmış dələduzluq şəbəkəsinin üzvü olduğu haqda internet tutarlı məlumatlar da yayılmışdı. İndi məlum olur ki, bu institut həqiqətən də Ramiz Mehdiyevin nəzarətiundə olub. 5-ci kolona xidmət edirmiş... Araşdırılsa çox məqamlar ortaya çıxacaqdır!

Sənan 2022-03-20 09:37:26

Əlbətdə ki, görüş Mehdiyevlə olmalıdı. Ona görə ki, Rusiyanin Azərbaycanda ən etibarlı adamı bu şəxdı. ....

Azərbaycanlı 2022-03-19 16:30:35

Bu Hüquq və İnsan Haqları İnstitutu heç kimə sirr deyil ki, Aytən Mustafayeva direktor təyin olunandan sonra Ramiz Mehdiyevin tam səlahiyyətinə keçdi. Əgər belə olmasaydı şərqşünas – fars dili müəllimi Aytən Mustafayeva Ramizin göstərişi ilə institutda illərdən bəri Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçn görülən işləri məhv etməzdi. Dövlətini, dövlətçiliyi sevən, türkçü, millətini sevən insanları Mehdiyevin göstərişi ilə kənarlaşdırmazdı. Hələ bu azmış kimi Hüquq və İnsan Haqları İnstitutuna oktyabr ayının sonunda Mehdiyevin göstərişi ilə Səlim Müslümovun yaxın qohumu, iqtisad üzrə fəlsəfə diktoru (?!) Fuad Hüseynovu icraçı direktor qoymazdı. Baş direktor şərqşünas, icraçı direktor isə iqtisadşı! Bəh, bəh... Ramiz Mehdiyev hüquq elmini məhv etmək üçün məqsədyönlü şəkildə onları təyin edib. İnstitutda nə direktor, nə əvvəlki elmi işlər üzrə direktor müavini (noyabr ayında Ramiz Mehdiyev rəyasət heyətinə özünə koməkçi aparmışdı), nə icraçı direktor, nə elmi katib, nə kadr şöbəsinin müdiri (milliyətcə rusdur, orta təhsillidir) Azərbaycan dilində danışmırlar. Azərbaycan dilində danışan əməkdaşlara da geridə qalmış kimi baxırlar. Tez-tez Rusiyada heç kimə lazım olmayan, fəaliyyətləri şübhəli olan jurnalistlər institutda toplaşır, direktor tərərfindən mükafatlara layiq görülürlər. Bir sözlə ruspərəstlər institutda at oynadırlar. Təbii ki Mehdiyevin göstərişi ilə...

TurkAy 2022-03-19 12:51:17

rus emmisarlar içimizdəki Yustaslarla belə rahat görüşüb öz təlimatlarını verə bilirlərsə yazıqlar olsun bizlərə,belə dişsizlik olmaz camaat!!!

SAVALAN 2022-03-19 11:29:42

İmperialist Rusiya həmişə keçmiş sovet respublikalarına ( xüsusilə müsəlman xalqlarına) 2-ci sort, məsxərə və lağ hədəfi kimi baxıb. Elmlər Akademiyamızı isə KQB-nin ştabına çevirib. Xatırlayırsınızsa 1993-cü ildə də EA-sında kimlərlə görüş keçirilirdi!?

HIHI əməkdaşları 2022-03-19 11:05:10

AMEA səlahiyyətlilərinə bəlkə də məlim deyil: bilsinlər və agah olsunlıar! Ramiz Mehdiyevin AMEA-da qoyub getdiyi səlahiyyətli nümayəndəsi hüquq və İnsan Haqları İnstitutunun direktoru hüquq üzrə elmlər doktoru, əslində isə şərqşünas Aytən Mustafazadədir. Demək olar ki, AMEA-nın rəyasət heyətinin Hüquq şöbəsinin müdiri Kamal Əliyev hər gün işin sonuna yaxın bu instituta gəlir, orada əməkdaşların tanımadıqları kənar şəxslərlə görüşür. İnstitut AMEA-nın əsas binasından kənarda yerləşdiyi və içəridə kamera quraşdırılmadığı üçün çox rahat şəkildə şübhəli görüşlər keçirdirlər. Hamıya məlumdur ki, Aytən xanım da Ramiz Mehdiyevi özünün ağsaqqalı adlandırır.

Tahir 2022-03-19 06:41:38

Bir az əvvəl Allahvurmuş Paşazadə rus səfiri ilə, indi işsiz Ramzes rus nümayəndəsi ilə "dövlətlərarası münasibətləri" abıra salmaq üçün "ciddi görüşlər" yapıyorlar. Bəyəm XİN çox ölüb ki, meydan sizə qala? Ay siz öləsiz.. siz dediz biz də inandıq... Dərdiniz Ramzesin yerinə kimi soxuşdurmaq babasıdır...

Kaku 2022-03-19 01:04:35

Ramiz Mehdiyev belke de omrunde birce defe gulub o da Putin ona medal verende

Xeqani 2022-03-19 00:45:40

Deyirlər ki,kəndin ...ı və .... qancıqları canavarla birləşəndə kəndin təsərrūfatına çox ciddi ziyan dəyir,bu baş verməsin deyə yolunu azmışları həbs etmək gərək....

Kənar adam 2022-03-18 23:44:25

Ayı ilə dostluq edərkən çox ehtiyatlı olmalısan. Hələ qucaqlaşmaq heç olmaz, sıxıb belini sındırar.

Veteran 2022-03-18 23:41:58

Bu üfunət iyi verən meyidi AMEA -ya buraxmayın ay "akademiklər".

Amon 2022-03-18 20:41:50

Ramiz Mehdiyev demisken tebrik eliyirem xalqimizi Guler Ehmedova youtube de ozune bir kanal acib qonagi da hormetli Natiq Ceferlidi.dunen baxdim ve bir daha melum oldu ki 5ci kolona kimler ve nece xidmet eliyir.Guler ehmedova az qala ukraynani isgalci adlandiracaqdi rusiya haqqinda ise bir kelme bele pis soz danismadi.bunlar el ceken deyil bu xalqin yaxasinnnan.allah prezidentimize ve bu xalqa komek olsun

Elxan 2022-03-18 19:14:02

"Azərbaycanda nəinki itirilmiş mövqelərini bərpa edə bilməz" ... Hansı itirilmiş mövqe!?

Son yazılar