BAYDEN PUTİNİ "QƏSSAB " ADLANDIRDI VƏ... - Rusiya prezidentinə xəbərdarlıq etdi + VİDEO

Baydenin ukraynalı məcburi köçkünlərlə görüşü zamanı maraqlı hadisə yaşanıb. Bu barədə məlumatı “CNN” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Bayden bu açıqlamanı Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət etdiyi zaman verib. Belə ki, jurnalistlərdən biri Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Putin barəsində nə düşündüyünü soruşub.

“O, qəssabdır”, - deyə Bayden cavab verib.

Xatırladaq ki, Bayden daha əvvəl Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.

Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski qanuni seçilmiş prezidentdir, babası nasist Almaniyasına qarşı vuruşub. Putin isə qarşısına nail ola bilməyəcəyi məqsəd qoyub.

"Biz Ukrayna xalqının birliyin bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun dünyasında yaşamaq istəmirlər. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Özgür insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər. Biz işıq, demokratiya, fürsət azadlığı üçün çalışırıq"- Bayden deyib.

Bayden həmçinin qeyd edib ki, Putin hakimiyyətdə qalmamalıdır.

Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında isə Rusiya prezidentinə NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib. 

ABŞ rəhbəri vurğulayıb ki, Alyans buna vahid cavab verəcək.

Bu barədə RBC-Ukrayna Amerika liderinin Varşavadakı çıxışına istinadən xəbər verir.

"NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik", - ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, NATO nizamnaməsi alyansın bir ölkəsinə hücumun bütün alyansa hücum olduğunu nəzərdə tutur. Nizamnamənin 5-ci maddəsində deyilir ki, bütün NATO ölkələri həmin dövlətə qarşı müharibəyə başlamalıdırlar.

635x100

Şərhlər

Hərbi pensiyaçı 2022-03-27 14:46:58

Kor kora kor deməsə bağrı çatlar. Ona qalsa ABŞ daha qəddar qəssabdır. ABŞ dövləti terrorçu dövlətdir öz gözündə tiri görmür özgə gözündə çöp axtarır. Təkcə iraqda "demokratik" ABŞ dövləti 500 min uşaq öldürüb. Cənnət quşlarının qatili toyuq qatilini günahlandırır. Qərbin ikiüzlü siyasəti həmişə belə olub: üzə gülərək boyna ip keçirmək.

Son yazılar