MOSKVA YENƏ SEPARATÇILARA SAHİB ÇIXIR - “Rusiyanın bu bəyanatı həyasızlığın son həddidir"

“Rusiya Müdafiə Nazirliyi bütün dünyanın gözü qarşısında Ukraynanın ərazi bütünlüyünə qəsd etməsindən zərrə qədər utanmadan belə bir açıqlama verməsi nonsesdir”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri hüquqşünas Əlsəgər Məmmədli Rusiya Müdafiə Nazirliyinin (MN) bəyanatını şərh edərkən bildirirb.

Xatırladaq ki, MN Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, sülhməramlıların məsuliyyət zonasına daxil olduğunu iddia edib.

“Furrux kəndində "Bayraktar" ilə Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib",- bəyanatda qeyd olunur.

Hüquqşünas bildirib ki, Rusiyanın bu bəyanatı həyasızlığın son həddidir: " 22 fevralda imzalanan və daha mürəkkəbi qurumamış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci maddəsini Rusiya MN-nin bu açıqlamanı verənlərin gözünə soxmaq lazımdır.

Müttəfiqlik Bəyannaməsinin 1-ci maddəsi deyir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Belə olan halda Rusiya nə haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə kölgə salan, onu yox sayan ifadələr işlədə bilər? Necə “Sülhməramlı Qüvvələrin məsuliyyət zonası”, “DQ silahlı birləşmələrin bölmələri” ifadələrini işlədərək müttəfiq saydığı ölkənin ərazi bütövlüyünə qəsd edə bilər?”

Ekspert Bəyannamənin 18-ci maddəsini də xatırladıb. Orada yazılır:Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.

“O zaman sual yaranır, Bəyannamənin 18-ci maddəsində bu ifadələr kimə yönəlib? Əgər siz Rusiya Azərbaycan ərazisində separatçılara, qanunsuz silahlı qruplara sahib çıxıb, onları bu Bəyannamədən kənarda tutacasızsa, bu sənəd kim üçün öhdəlik yaradacaq?” –deyə, Ə.Məmmədli vurğulayıb.

Hüquqşünas hesab edir ki, Azərbaycanın XİN-i dərhal Rusiyanın Müdafiə Nazirliyinin rəsmi qaydada müttəfiqlik bəyannaməsinə zidd davrandığı üçün öz açıqlamasını geri çəkməsini və bir daha Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasını tələb etməlidir.

“Ayrıca, 10 noyabr bəyanatında 4-cü maddənin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) dərhal işləməsini əks halda Laçın dəhlizinin də 4-cü maddə icra olunana qədər dayandırılacağını bəyan etməlidir. Bu günün şərtləri bu addımı diqtə edir”, - Ə.Məmmədli vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Türk Turan 2022-03-27 22:13:47

Biz cənab prezident İlham Əliyevdən xahiş edirik ki, Türk hərbi bazalarını dərhal Azərbaycanda qursun. Ondan sonra baxaq görək bunlar nə edəcəklər?

turan 2022-03-27 12:57:06

Rusları başımıza 5 -ci kalon vasitəsilə biz çıxartmışıq .

SabinaK 2022-03-27 12:35:38

Rus imperiyası məhv olmadan xalqların suverenliyindən söz gedə bilməz!!

t.ədalət 2022-03-27 12:22:43

Araik Artunyan Qarabağda bizim əleyhimizə mübarizə aparmaq üçün yerləşdirib.Azərbaycanda da Putindən medal alan,QRU-ya işləyən çoxlu araiklər var.Onlar istənilən vaxt Azərbaycanı Rusiyanın ayaqları altına sərməyə hazırdılar.Biz,Rusiyanı neyterallaşdırmaq üçün birinci içimizdəki araikləri cəzalandırmalıyıq.

Son yazılar