KREMLİN DAHA BİR TƏBLİĞATÇISI HƏDDİNİ AŞDI – Bakını “Kalibr” və “İskəndər”lərlə təhdid etdi

Rusiya siyasi elitasından Azərbaycana qarşı daha bir hədə səsləndirilib. 

"AzPolitika.info" xəbər verir ki, Kremlin təbliğat ruporlarının ən parlaq "ulduzlarından" biri, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiya haqqında ittihamlar səsləndirib:

“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibr” və “İskəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb” -deyə, keçmiş deputat deyib.

Xatırladaq ki, bu, son günlər Rusiyadan Azərbaycana qarşı səsləndirilən ikinci hədədir. Budan əvvəl Dövlət Dumasının üzvü Mixail Delyagin həddini aşaraq "Rossiyya 24" dövlət televiziyasındakı çıxışında Bakının neft infrastrukturunu nüvə bombaları ilə vurmağa çağırış etmişdi. Bu axmağın bəyanatı Rusiya prezidenti V.Putinin köməkçisi Dmitri Peskov və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən yolverilməz adlandırılmışdı.

Daha sonra M.Delyaginə başından böyük qələt elədiyi başa salınaraq Azərbaycandan üzr istəməyə məcbur edilmişdi. Buna baxmayaraq Azərbaycanın Baş Prokurorluğu onun barəsində 3 maddə ilə cinayət işi açıb, beynəlxalq axtarışa verib.

Görünür, Aleksandr Şerin bundan dərs almaq qabiliyyətində deyil. Odur ki, ona da həddini aşdığını başa salmaq, söylədiyi hədyanlara görə Azərbaycandan üzr istəməyə məcbur etmək lazımdır.

"AzPolitika.info"

635x100

Şərhlər

Hulusi 2022-04-02 15:41:15

Aleksandr şerinyan ............... Onlar bir Ukraynaya qalib gələ bilmirlər. Türkiyə Rusiyani...... Rusiya son cəhdlərini edir. Tezliklə dağılacaq. O ki qaldı ermənilər onlara dərs olmadı deyəsən Onları təzədən ...........

Türk Turan 2022-04-01 23:52:26

Azərbaycanın Baş Prokurorluğu Aleksandr Şerinyan barədə də cinayət işi açıb beynəlxalq axtarışa verməlidir. Unutmamalıyıq ki, düşməni, rəqibi heç vaxt zəif görmək olmaz. Türkiyə hərbi bazalarının Azərbaycanda qurulmalısını yekdilliklə tələb etməli, dövlətimiz bu istiqamətdə bütün səylərini səfərbər etməlidir.

turan 2022-04-01 20:42:35

Ayaqlarını Türkiyəyə qoyan kimi başlarına noxta keçirib anqırtmaq lazımdır

Azər 2022-04-01 17:42:14

şerin qələt edir , donuz başını divara döyür böyüyü ilə birlikdə…. Fikir verməyin boksda nokdaun vəziyyətində olan hara gəldi - sağa- sola, xaotik yumruq atır , bax ruslar bu gündədir…

Sevil 2022-04-01 15:53:01

Üzr istəməklə kifayətlənmək olmaz

Eli 2022-04-01 15:19:23

Eslinde bunlar bele mövqe göstermeleri b hamının xeyrinedir,tenş butün dğnya görür ki bunların Prezidenti ve onun komandası ne eqide sahibleridir ve kimdirler.Qoy ne qeder isteyirker sersemlesinler.

Roma 2022-04-01 14:42:15

mişa çoşka üzr istədi, indidə saşa hürür...bunu sistemli şəkildə təşkil edirlər...

TARIX 2022-04-01 14:00:55

AY YARAMAZ ŞERİN RUSİYANI SƏNİN KİMİLƏRİ İCƏRİDƏN MƏHV EDƏCƏK.SİZİNLƏ AZ-COX MÜNASİBƏTİ QALAN BİR NECƏ DÖVLƏT VAR Kİ,ONU DA ÖZÜNÜZDƏN UZAQLAŞDIRMAQ İSTƏYİRSİNİZ.

Eli 2022-04-01 12:56:01

Putin artıq gösteriş verib ki,itleri zencirlerden buraxın kime hürürlwr qoy hürsünler.Ancaq bela ondadır ki, bunların zenciri rysun yox ermeninin elindedir.Burda çox güman ki ermeni lobbşsi öz nakişi fealiyyetini güclendirib.Axı kişi kimi vuruşmaq onların işi deyil ,onlar ancaq “qucaq”da olanda “Kişi” oka bilirler.

t.ədalət 2022-04-01 12:10:06

Kremldə Azərbaycanın dostu var ki?Onlar hamısı bizim üçün erməni qədər,hələ bir az da artıq düşməndirlər.Onların ağına da,qarasına da lənət!İnşəllah,ukrayna ordusunun köməyi ilə hamımızın rusun quyruğundan xilas olacağıq!Rus.... yeyənlər ortada qalacaqlar.

Son yazılar