QAZAXISTAN RUSİYAYA QARŞI SANKSİYALARA QOŞULUR! – “Belarus və Rusiya ilə eyni səbətə girə bilmərik”

Qazaxıstan Rusiyaya, onun üzərinə Ukraynaya hücuma görə qoyulmuş Qərb sanksiyalarından yayınmaqda kömək etməyəcək.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin müavini Timur Suleymanov "Euractiv news" saytına müsahibəsində bildirib. O, əlavə edib ki, ölkəsi buna baxmayaraq, Rusiya ilə Avrasiya İttifaqı çərçivəsində əməkdaşlığını davam etdirəcək.

T.Süleymanovun sözlərinə görə, Qazaxıstan Rusiyaya investisiyaların qoyulmasını və bu ölkədən investisiyaların cəb edilməsini davam etdirəcək. Suleymanov deyib ki, onun ölkəsi iqtisadi baxımdan bu bağları kəsə bilməz, amma sanksiyalanmış mallara nəzarət olunacaq: "Biz hər hansı sanksiyalanmış şəxsin və ya vahidin Qazaxıstana investisya yatırmamasına nəzarət üçün əlimizdən gələni edəcəyik. Biz bunu avropalılara açıq şəkidə bildirmək istəyirik”.

Rəsmi bildirib ki, Qazaxıstan Rusiya ilə, sanksiyaları pozmadan əməkdaşlığa imkan verən qanun layihəsi üzərində işləyir.

Suleymanov müsahibəsində deyib ki, Qazaxıstan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, Krımın ilhaqını, Ukrayna ərazisindəki qondarma separatçı əraziləri tanımır: "Qazaxıstan bu münaqişənin iştirakçısı deyil. Bəli, biz Avrasiya İqtisadi İttiifaqının üzvüyük, lakin müstəqil dövlət kimi öz sistemimiz var və Rusiya və Belarus üzərinə qoyulmuş sanksiyalara əməl edəcəyik. Biz onlarla eyni səbətə qoyulmaq riskinə girmək istəmirik”.

"AzPolitika.info"

635x100

Şərhlər

turan 2022-04-04 12:49:49

Əgər dedikləri kimi olacaqsa ancaq qazax xalqını alqışlamaq düşür,eşq olsun Qazaxstana..

ukraynalı! 2022-04-02 23:57:33

AFƏRİN QARDAŞLAR!

Rahib 2022-04-02 20:07:05

Yalanı yoxdur. Qazaxların əməlli başlı daha çox sevməyə başladım. Ləyaqət, şərəf, qeyrət, cəsarət nümayiş etdirirlər.

Tahir 2022-04-02 20:04:54

Qazaxlar əməlli başlı dirəşib qeyri adi cəsarət göstərirlər.Türk dünyası tədricən dirçəlir.Afərin vallah.

t.ədalət 2022-04-02 15:56:22

Alqış,qazax qardaşlarımıza!

Son yazılar