“Z”-nin BAKIDAKI KÖLGƏSİ... – Azərbaycanda “rus dünyası”nın xidmətində duran “Boz kardinal” zərərsizləşdirilsə də...

“Rus dünyası”nın Xankəndi və Bakı “təmsilçiləri”ni nə birləşdirir?

Bir çox müstəqil düşüncəli rusiyalı təhlilçilərin fikrincə, zamanında Boris Yeltsin anladı ki, öz siyasi dünyagörüşü, düşüncələri və idarəetmə üsulları ilə zamanın tələblərindən geri qalır, onunla ayaqlaşa bilmir və bu, Rusiyanı geri salır. Bunu anladı, zamanın axınına qarşı dirəniş göstərmədi, hakimiyyətdən ikiəlli yapışmadı və onunla vaxtında vidalaşmağa ağlı çatdı.

Həmin təhlilçilərin qənaətinə görə, Yeltsinin hakimiyyəti ötürdüyü Putininsə bu baxımdan ciddi psixoloji və düşüncə problemləri var. 

Məsələn, Rusiyada uzun müddətdir müxalif düşərgənin ən tanınmış simalarından olan Qriqori Yavlinski Putin Rusiyasını belə xarakterizə edir: “Rusiya qəlbləri, beyinləri yox, əraziləri işğal etməyə çalışır”.

Doğrudan da, bu çürük düşüncənin və ümumilikdə Rusiya imperiya fəlsəfəsinin geridə qalmışlığı və primitivliyi ilə dünya xalqlarının, əsasən də qonşularının qəlblərini və beyinlərini fəth etmək əvəzinə, öz orta əsrlər məntiqilə onların ərazilərini zəbt etmək yolunu seçib.

Karl Marks vaxtilə demişdi ki, hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Bu gün Rusiyanın daxilindəki “russkiy” - “ne russkiy” ayrıseçkiliyi, başqa millətlərə yuxarıdan aşağı baxılması, aşağılanması, onların ərazilərinin və təbii sərvətlərinin istismarı kimi şovinist siyasəti bu dövlətin sərhədlərini aşaraq, digər ölkələrə qarşı açıq işğala çevrilib.

Bir dövlətin siyasi rəhbərliyi tərəfindən başqa bir dövlətin ərazisində yaşayan milləti yoxmuş kimi göstərmək, “tarixdə Ukrayna ölkəsi, xalqı adlı məvhum olmayıb” demək açıq şovinizmin, hətta nasizmin aşkar əlamətidir.

Adətən tarixən hansısa svastikanı əsasən nasistlər, xaç yürüşü həyata keçirənlər və digər işğalçılar istifadə ediblər. Bu gün Rusiyanın istifadə etdiyi “Z” isə artıq bütün sivil dünyada alman faşizminin simvolu olan savastikayla eyniləşdirilir. Ancaq məsələn, Azərbaycan öz torpaqlarını azad edərkən, heç bir svastikadan, işarədən istifadə etmədi. Əvəzində, bu gün Azərbaycanda istər siyasi həyatda, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə Rusiya imperiya düşüncəsinə, şovinist millətçi siyasətinə və onun davamı olan işğala haqq qazandıran xeyli tör-töküntü var...

İndi iş o yerə çatıb ki, həmin bu “Z” işarəsi Rusiya bayrağının rənglərinə bürünərək, Xankəndində quraşdırılır və Marqarita Simonyan da öz səhifəsində bunu alqışlayan paylaşım edir. Eyni zamanda, Qarabağın rus hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazidəki ermənilər tərəfindən “artsax Rusiyadır” şüarı önə çıxarılır və s.

Bizdəki “Rusulla”lar və “Rusanə”lər, “rus dünyası”nın muzdlu və qeyri-muzdlu qulluqçuları isə can-başla öz “missiya”larını canlarında sovetdən qalma və alkoqolizmə bənzəyən “rus düşkünlüyü” ilə davam etdirirlər...

Kremlin bir çox təbliğatçılarının fikrincə, hazırda Ukraynadakı rus işğalının yaşadığı ən böyük çatışmazlıqlardan biri, bəlkə də birincisi odur ki, işğal olunmuş şəhər və qəsəbələrdə Rusiya özünə uyğun oyuncaq hakimiyyət orqanları qurmaqda gecikir, ya da bunu bacarmır. Bu da ona görədir ki, müstəqil Ukraynaya aid, Kiyevə bağlı yerli hakimiyyət orqanları rus işğalını rədd edir, yerli əhali arasında isə işğalçı qüvvələrlə əməkdaşlıq etmək istəyən, onların xidmətində duran idarəçilik qabiliyyətli adamlar tapmaq olduqca çətindir. Belədə rusların köməyinə kim çatır?

Əlbəttə ki, müxalif partiya sayılan rusmeylli “OPZJ”-nin üzvləri. Məhz onlar hazırda əsas kollaborantlar rolunda çıxış edirılər. Məhz bu siyasi qüvvənin üzvləri(hamısı olmasa da) işğalçı ordunun güvəndiyi yeganə satqın zümrədir.

Ukraynada “Boz kardinal” adlandırılan və iki gün öncə ələ keçirilən Viktor Medvedçuk isə bu partiyanın əsas yaradıcılarından və himayəçilərindəndir.

Bəli, uzun illər Azərbaycanın da “rus dünyası”nın xidmətində duran öz “Boz kardinal”ı olub. Hazırda o, müəyyən qədər zərərsizləşdirilsə də, bu gün ölkəmizin siyasi həyatında(kiçik siyasi partiyalar formasında), mətbuatda, sosial şəbəkələrdə onun xidmət etdiyi xəttin təmsilçiləri kifayət qədər fəal şəkildə təmsil olunmaqdadırlar. 

Lakin heç kim təminat verə bilməz ki, Azərbaycanın azca ayağı büdrəsə, həmin bu şəxslər hazırda Ukraynada “OPZJ” üzvlərinin oynadığı kollaborant rolunu oynamayacaqlar. Bu gün Ukraynadakı hakimiyyət zamanında belələrinin burnunu ovmadığı üçün bunun acı nəticələrini yaşamaqdadır. Biz də həmin bu acı təcrübədən mütləq nəticə çıxarılmalıyıq. Bu, qətiyyən sadəcə fərqli siyasi dünyagörüşlərinin mübarizəsi yox, əsl mənada milli təhlükəsizlik məsələsidir!

Doğrudur, Azərbaycan cəmiyyəti zatən çoxdan “rus dünyası” ideyasına xidmət edənləri məlum “rus gəmisi”nin ardınca, yəni ki, layiq olduğu yerə göndərib və göndərməkdə davam edir. Lakin müvafiq dövlət strukturları da qanun çərçivəsində daha konkret və dövlətçilik maraqlarına uyğun addımlar atmalı, həmin şəbəkənin fəaliyyətini nəzarətə götürməli, ondan gələn təhlükəni doğru qiymətləndirməli və onun qol-qanad açmasına imkan verməməlidir. 

Əks halda, sabah Bakı küçələrində həmin “Z” işarəsilə yürüş keçirənləri, ən azından buna cəhd edənləri görəcəyik. Unutmayaq ki, belələrinin mahiyyət etibarilə Xankəndində “Z” svastikasını öz simvollarına çevirməyə başlayan separatçılardan ad və soyaddan başqa heç bir fərqi yoxdur...

Cəlal(Elxan) Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Moshu 2022-04-17 20:34:58

Seyid ƏNHUda qeyd etriyi kimi mən də anlamadım, yazlnln nüəllifi kimdir? Cəlal (Elxan) Məmmədov, bu ki limparta bənzədi. Cəlal Məmmədov çox maraqlı analitik yazıları ilə sayılıb seçilən şəxsdir, bəs bu (Elxan) kimdir. Bu əsas deyil. Çox ağıllı müqayisədir. Hər dövlətin öz boz kardinalı var, çar Rusiyasında da Ras-Putin olub, yəqin ki, burada da bir oxşarlıq var (bəlkə də qohumluq əlaqələri var, soyadda da oxşarlıq var). Rasputinin də nələr etdiyi, nə hoqqaladan çıxdığı tarixdən çoxlarımızın yadındadır. Vikipediyada bildirilir ki, Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Kübar cəmiyyətin üzvünə çevrilən Rasputin II Nikolay və Aleksandra Fyodorovnanın hemofiliya xəstəliyindən əziyyət çəkən Aleksey adlı oğlanlarını möcüzəvi şəkildə sağaltdıqdan sonra daha da məşhurlaşmışdır. Bəzi iddialarda Rasputinin çar hakimiyyətinə qarşı olduğu və II Nikolayın hakimiyyətinə son qoymaq istədiyi bildirilir. Qriqori Rasputin bir çox hallarda mistik, sehirbaz, övliya və peygəmbər kimi təqdim olunur. Rasputini əslində içki və qumar həvəskarı olduğu, hətta mənsubu olduğu Pokrovsk kəndində əxlaqsız işlərlə və oğruluqla məşğul olması haqqında bir çox fakt məlumdur. Rasputin gözlənilmədən içkini və qumarı atmış rahiblik həyatına başlamışdır. Görürsünüzmü nə qədər oxşarlıq var. Elə bil ki, Rasputin bu gün xortlayıb Azərbaycanda fəaliyyət göstərir. Sadəcə olaraq fərq ondadır ki, II Nikolayın Rasputini bizim Rasputindən fərqli olaraq öz adamlarını hara gəldi soxuşdurmurdu, özünə arxa toplamırdı, ölkə rəhbərinin işində problem yaşatmırdı. Təsəvvür edirsinizmi bu gün güc strukturlarında, icra orqanlarında, Ali qanunverici orqanında nə qədər Rasputinin, yəni bizim Rasputinin, yəni kardinalın adamları kök salıblar. Allah eləməsin, səhərisi gün bir balaca qarışıqlıq olarsa (yəni Ukraynadan da güclüyük?) “Rasputinin” adamları tapdalayıb üstümüzdən keçərlər. Hər yazıda bunu qeyd edirəm, gərək başımız daşa dəyə ki, ağrını hiss edək. Bütün dövlət orqanları “Rasputin”in uşaqlarından təmizlənməlidir, əks halda bunun acı meyvələrini dadacayıq.

Elmira 2022-04-17 10:06:06

Dilin təfəkkürə çox böyük təsiri var! Mənə elə gəlir ki bu rusbaşlar azərilər deyil. Azəri ad, familiyanı daşıyanlar erməni, rus və sair. Və metislər. Mən millətçiliyin tərəfdarı deyiləm, sadəcə həyat özü mənim fikrimi təsdikləyir.

Oxucu. 2022-04-17 09:54:51

Görəsən ölkədə ingiluslərin yeni formada formalaşdırılan qərbin vəssalları kimlərdir? Təklif rdirəm özümüz özümüzünki olaq,bəsdir yazmaq xəxrinə,gündəm xəxtrinə milləti bir-birinə qarşı qoymaq.

Elmira 2022-04-17 08:37:00

Cəlal bəy həmişəki kimi çox doğru fikir söyləyir. Əfsuslar olsun ki, bizdə rusbaşlar (əsasən Bakıda) hələki xeyləq var. Rus məktəbləri bağlamaq lazımdır! Ya da heç olmasa xeyli azaltmaq. Çünki dilin çox böyük gücü var! Yəni dil təfəkkürə

pensioner 2022-04-17 07:16:42

10.11.2020 tarixdə Bakıda rusiya bayraqlarını gəzdirənlərin kiimlikləri v. təşkilatçıları nə vaxt açıqlanacaq?

Seyid ƏNHU 2022-04-16 23:08:49

Müəllifin imzası bir az qəribə göründü və bir az da çaşğınlıq yaradır. Redaksiya açıqlama versə yaxşı olardı.

neriman seyfeli 2022-04-16 22:44:56

Dovlet saglam cemiyyetin inkishafina calishmalidir ve maariflendirmelidir, sonrasi asandir. Helelik isse milli telukesizlk orqani ciddi ish rejiminde olmalidir.i

TT 2022-04-16 20:48:09

Inshallah bu sherrfsizderdende azad olacaqug

Vətəndaş 2022-04-16 15:05:40

KRESLODA OTURAN VƏ OTURMUŞLAR MƏMUR DEPUTAT YA KİMSƏ HAMISI RUSUN VASSALLARIDIRLARŞ ÇÜNKİ KRESLONU MİLYARDLARI XALQDAN RUSLA ŞANTAJ EDİB QORUYURLAR

Son yazılar