“RAMİZ MEHDİYEV TÜRK DÜŞMƏNİDİR” – "O, bizim illərimizi əlimizdən aldı"

“Mən də sizinlə eyni fikirdəyəm. Səfirlərin vəzifəsi həmin ölkədə çalışmaq olub. Ancaq bəzi rəsmilər buna maneçilik törədib. Bu baxımdan “Ramiz Mehdiyev türk düşmənidir” ifadəsini işlədə bilərəm”.

“Bizim.Media” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ankara şəhərində hüquqşünas Aslan İsmayılovun "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı" kitabının təqdimatında çıxışı zamanı deyib.

“O vaxtlar da bunu deyirdim. Ramiz Mehdiyev bizim illərimizi əlimizdən aldı. Mən isə bir millətin səfiri olmağa çalışdım”, - deyə o, əlavə edib.

Xatırladaq ki, Hulusi Kılıç 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

635x100

Şərhlər

Oxucuya cavab 2022-04-29 19:05:33

El' bilirsiniz ki Arif Həşimov bu Aytənin kim olduğunu bulmi?. Hər şeyi çox yaxşı bilir. Axı, Arif Həşimov da Razmiz Mehdiyevin kadrıdır. Onu da Mehdiyeb 1-ci vitse prezident təyin etmişdi. Unutmayaq ki Həşimov da Naxçıvan klanının üzvüdür. Onun da ağsaqqalı Ramizdir.

oxucu 2022-04-28 12:03:22

Aytən Mustafazadənin təcili ....Arif Həşimova təcili göstəriş vermək lazımdır.

Roma 2022-04-27 15:03:07

Alyaya: "Ramiz Mehdiyevin türk düşmənçiliyini bu gün AMEA-nın Hüquq və Insan Haqları Institutunun direktoru Aytən Mustafazadə davam etdirir. Institutda nə qədər türkçü və vətənpərvər əməkdaş var idisə sonuncusuna kimi aģsaqqalı adlandrdığı Mehdiyevin prezidentliyi zamanı şər-böhtanla işdən qovdu..." Bu Aytən Mustafazadə nə əvəzedilməz kadrdır ki, onu işdən azad et, lap deyək ki, sıravi işçi keçir və işləsin, rəhbər səlahiyyətlərini əlindən al görüm əli hara çatır...Yoxsa təyin eliyiblər institut direktoru, nə bilim elmlər doktoru və s... bu da heç kimi saya salmır...müxtəsəri aftafa görməyən arxa məsələsi....Alya xanım çox düz yazmısınız...

Milli 2022-04-27 07:45:05

AMEA rəhbərlyi bu barədə ciddi ölçü götürməlidir. Hüquq və Insan Haqları Institutunda ana dilində danışanlara pis baxırlar. Institut direkoru heç Azərbaycan dilində danışa bilmir, yaxın ətrafı da onun kimi. Və bununla da fəxr edirlər. Kadrlar şöbəsinin müdiri də orta təhsilli rusdur. Təki rus olsun, təhsili olmasa da olar!

qaraguruh 2022-04-26 23:27:02

azəri türk çörəyinin duzu yoxdur-hamı ondan faydalanır lakin həmdə ona nifrət edir--türk düşmənçiliyi təkcə AMEA-da deyil demək olar bütün yerlərdə müşahidə edilir-diqqətlə müşahidə aparın--çox yanlış düşüncədir

qaraguruh 2022-04-26 23:06:04

Dərin düşünün

Türk Turan 2022-04-26 17:04:21

Türk və Allah düşməni, məscid düşməni, vətən xaini...

t.ədalət 2022-04-26 16:29:29

Təkcə,Ramiz Mehdiyev yox rusdilli kadrların çoxu Türkiyənin real düşmənləridir və onlar Moskvadan kəşfiyyat mərkəzlərindən idarə olunurlar....

Kələntər 2022-04-26 15:49:27

TÜRKÜN DÜŞMƏNİ ... RAMİZ !

Alya 2022-04-26 15:46:33

Ramiz Mehdiyevin türk düşmənçiliyini bu gün AMEA-nın Hüquq və Insan Haqları Institutunun direktoru Aytən Mustafazadə davam etdirir. Institutda nə qədər türkçü və vətənpərvər əməkdaş var idisə sonuncusuna kimi aģsaqqalı adlandrdığı Mehdiyevin prezidentliyi zamanı şər-böhtanla işdən qovdu

Veteran 2022-04-26 15:40:25

Bu yalquzaq... düşə-düşə yaşamalıdır.Qəfil ölüm onun üçün yüngül cəza olardı.

Son yazılar