“BİR MİLYON VERİB SƏFİR OLDU...” - "Rusiyanın maraqlarını müdafiə edən adamdır"

“Azərbaycanda bəzi adamlar layiq olmadığı mövqelərə gəlirlər”. Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, bu zaman da həmin adamlar davranışı ilə özünü insanların nəzərində saxlayır:

“Elmira Axundova bir jurnalist idi, birdən-birə deputat oldu, böyük bir iş adamına çevrildi, yüzlərlə müəssisə əldə etdi. Ovaxtkı məlumata görə, o, getdi 1 milyon rüşvət verdi və səfir oldu. Hətta, ABŞ onun səfir təyin olunmasına görə Ukraynaya öz etirazını da bildirmişdi. Yəni, belə insanlardan işi buraxıb konsertə getmək, vətəndaşlarımıza kömək etməmək və s. kimi bundan artıq heç nə gözləmək olmaz. Elmira Axundovanın nəinki deputat, səfir, hətta kiçik bir dövlət müəssisəsində hər hansı bir məmur işləməyə haqqı yox idi. Ancaq Rusiya özünün bütün təmsilçilərini, onun maraqlarını müdafiə edənləri mümkün qədər çalışır ki, Azərbaycanın dövlət struktrunda yerləşdirsin. Elmira da belə adamlardan biridir”.

S.Cəlaloğlu Elmira Axundovanın yüksək maaş alması və əlavə imtiyazlardan yararlanmasından da danışıb: “Qeyri-hüquqi işlərin bütün müəssisələri də qeyri-hüquqidir. Elə adamın mənəvi haqqı yoxdur ki, deputat və səfir olsun. Bundan sonra nə əldə etməsi, nə əldə etməməsi və s. bütün bunların hamısı qanundankənar şeylərdir. Bu məsələyə yalnız siyasi qiymət verə bilərəm. Siyasi qiymətim odur ki, bu adam Rusiyanın maraqlarını müdafiə edən adamdır. Bunun səfir və deputat olması Rusiyanın bilavasitə təsiri ilə əlaqəlidir”.

635x100

Şərhlər

Araz 2022-06-04 12:12:42

Sərdar bəy, bir milyonu kimlərə verdiyini niyə açıqlamayırsınız.

Elmira 2022-06-04 09:46:33

Elmira Axundova açıq-aşkar Rusiya adamıdır. Türkün düşmənidir!

Turan 2022-06-04 07:39:36

Azərbaycanın diplomatik arenada səfili də varmış ki...

TT 2022-06-04 06:39:52

Azerbaycan xalqi bilir bu adam kimdi ) XIN naziri bilmir ?

aldanmış revizor və oğru səfir 2022-06-04 00:47:09

hələ bu nədir ki? Azərbaycanın Alamniaydakı səfiri Ramin Həsənov və onun mühasibi əlbir olaraq dövlətə məxsus ən azı 1,5 milyon avro maliyyə vəsaitini qeyri-qanuni yollarla mənimsəməkdə ittiham olunurlar, hətta Maliyyə Nazirliyi və Xarici İşlər NAzirliyinin Maliyyə İdarəsinin əməkdaşlıarı təftişə gediblər, amma bir daha geri qayıtmayıblar... Yox, əgər onlar qayıdıblarsa, niyə hesabat verməyirlər... bax belə...

T.edalete 2022-06-03 21:45:19

Estoniyanın keçmiş prezidenti lenart meri amerikada yasamisdi, gurcustanın indiki prezidenti zurabaşvili yararlıdır bəs? Nə olsun ki?

t.ədalət 2022-06-03 20:50:04

gənclər və idman naziri rusdilli,müharibədən uzaqda olan adamdır.Onun müavini isə vaxtı ilə Bolqarıstanda Rusiyanın səfiri olmuş birisinin qızıdır.....

TT 2022-06-03 20:29:12

AHA ))()

Amon 2022-06-03 17:53:57

Temiz turk qani dasiyanlari sefir teyin elemek lazimdi.vetenini milletini dovletini seven wexsleri

Camaat 2022-06-03 14:58:23

Dələduz "ana və bala".Hər ikisini damlamaq və rəzil etymək lazımdır.

Son yazılar