KAZİMİROV YENİDƏN "XORTLADI"... - Özünün və Kremlin “erməni sifətini” ifşa etdi

Rusiyalı sabiq həmsədr həyasızcasına Azərbaycana böhtan atır

Rusiya Prezidentinin Qarabağ üzrə sabiq nümayəndəsi, həmçinin “gorbagor olmuş” Minsk Qrupunun Rusiyadan olan sabiq həmsədri Vladimir Kazimirov yenidən “xortlayaraq” Azərbaycanın ünvanına ittihamlar və böhtanlar səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına açıqlama verən sabiq həmsədr qətiyyən daşıdığı diplomat statusuna uyğun olmayan şər-böhtan, yalan və ittiham dolu açıqlamasında ölkəmizi az qala işğalçı kimi təqdim etməyə çalışıb.

O, deyib ki, “Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirə Azərbaycanın və Prezident İlham Əliyevin qınanması ilə başlamalıdır”.

Çünki guya məhz İ.Əliyev İkinci Qarabağ müharibəsinin başlanmasının əsas səbəbkarıdır...

Şərəf yoxsulu Kazimirov onun həmsədrliyi zamanında Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasının “daimi xarakter daşımalı olduğunu”, məhz Azərbaycan tərəfinin 30 ilə yaxın müddət keçəndən sonra bu razılaşmanı pozduğunu iddia edib. Ancaq bu zaman nədənsə ötən illər ərzində özündən razı Ermənistanın min dəfələrlə atəşkəsi pozduğunu, işğal olunmuş ərazilərimizi talan etməsini və oradan qətiyyən öz xoşu ilə çıxmaq istəmədiyini, “Qarabağ Ermənistandır” kimi təxribatçı şüarlarla çıxış etdiyini, danışıqları sonsuza qədər uzatmağa çalışdılğını və s. deməyi unudub.

Kazimirov gileylənib ki, Rusiya hakimiyyəti İkinci Qarbağ Müharibəsinin tənzimlənməsi məsələsinə onu da “təcrübəli diplomat” kimi dəvət etməyib.

Sabiq rusiyalı həmsədr həyasızcasına iddia edib ki, hər zaman Qarabağda atəşkəsi pozan əsasən Azərbaycan tərəfi olub, ermənilərsə bunu çox nadir hallarda ediblər. Hətta iddia edib ki, guya məhz Azərbaycan BMT-nin Qarabağ münaqişəsinin tənzimlənməsinə dair qətnamələrinin yerinə yetirilməsindən yayınıb. Hansı ki, hətta ermənilər belə bu cür absurd və həyasız iddialarla çox nadir hallarda çıxış edirlər...

Şərəfini erməni daşnaklarına satan, həyasızlıqda sərhəd tanımayan Kazimirov bu sayıqlamasında mərhum Heydər Əliyevin də ünvanına şər-böhtan söyləyib. İlham Əliyev barədə isə olduqca “yanıqlı” danışan sabiq həmsədr Azərbaycan Prezidentinin siyasətindən və ölkəmizin İkinci Qarabağ Müharibəsindəki qələbəsindən məyusluğunu gizlətməyib.

Sülh danışıqlarının perspektivinə pessimist yanaşan sabiq həmsədr deyib: “Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri qeyri-müəyyəndir. Pozitiv aspektlər çox deyil. Əvəzində neqativlər çoxdur və bunlar məhz Azərbaycandan qaynaqlanır”.

O, həmçinin Qarbağdakı ermənilərin “statusu” məsələsinə toxunub və onların fikirlərinin mütləq nəzərə alınmalı olduğunu söyləyib: “Qarabağdakı ermənilər Rusiyaya tarixi baxımdan daha çox bağldır, nəinki Ermənistandakı ermənilər”.

Ermənidən betər ermənilik edən Kazimirov bütün bu dediklərindən sonra utanmadan yenə də Rusiyanın vasitəçiliyinin Qərb ölkələri, Avropa İttifaqı ilə müqayisədə daha ədalətli və gərəkli olduğunu, rus “sülhməramlılarının” bölgədə varlığının böyük önəm kəsb etdiyini qeyd edib.

Əslində, məlum olduğu kimi, Rusiyada “çekistlər” kimi diplomatların da sabiqi olmur. Bu baxımdan Kazimirovun dedikləri Kremlin hazırkı Cənubi Qafqaz siyasətindən az fərqlənir və o, bu açıqlamaları ilə bir daha həm özünün, həm də Kremlin “erməni sifətini” açaraq ortaya qoymuş oldu.

Cəlal

“AzPolitika.info” 

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-06-16 12:41:25

Sadəlöhv olmayaq. Kazmirov xortamır, onu əslində xodlayıb xortladırlar. Yəni Kazmirov Kremlin Cənubi Qafqazla bağlı siyasətini qeri rəsmi söyləyən bir zaddır.

Cafar Rahmanov 2022-06-14 11:31:15

Soyadı da türk, müsəlman sözlərindən ibarət olan (qazı, mir) bu şərəfsizə öz dilində elə bir yerdə, elə bir cavab verilməlidir ki, bu kaftar yaşında başından böyük qələt eləməsin, başqalarına da dərs olsun, ermənilərdən aldığı pullar da haramı olub burnundan gəlsin.

dadaşyev 2022-06-14 10:33:20

O saat bəlli olur ki,təzəcə yerevanda “Russkaya vodka”ynan donuz kababı tıxışdırıb.Amma ondan gileylidir ki,qabaqlar orda yeyib içəndən sonra gəlib bizdə dalını davam etdirirdi,dəniz sahilində nar-şərablı osetrin kababı,qaşqaldaq plov,əncir qutabı-filan,indi il yarımdan çoxdu gələmmir.Çünki müharibədən sonra iş-işdən keçəndən sonra üçlük təşrif buyuranda hörmətli cənab Prezidentimiz üzlərinəcə dedi ki,nəyə gəlmisiniz,xeyirdimi?Bax o vecsiz üçlüyün üçünün də mordasına tərs şillə kimi dəyən bu sözləri dünya mediası da işqlandırdı deyə elə biabır oldular ki,indiyə qədər də tüstüləri təpələrindən çıxır.Ərdoğan da,Türkiyənin müdafiə naziri də bu sözləri canlı yayında deyib gülürdü.Nəyə gəlmisiniz yəni,bağçada güllər açıb xəbərimiz yoxdu?Hələ utanmadan deyir ki,Qarabağda atəşkəsi həmişə Azərbaycan pozub.Azərbaycanın qozlu qadası olsun ağzuva,Youtube mat,Gəncəyə “İskəndər” raketini atan şübhəli rus kəşfiyyatçıları pozub həmişə Qarabağda atəşkəsi.Vaxtaşırı iki qonşu xalq arasında bir balaca sülhə meyl hiss edən kimi iki xalqın arasında gecələr "otkuda ni vozmis" misalı gizlincə peyda olub bir-iki güllə o tərəfə,bir-iki güllə də bu tərəfə atıb qaçıblar ki,ara yenə qızışsın.

TARIX 2022-06-14 09:45:26

ŞƏRƏFİNİ SATMIŞ MƏXLUQ KAZİMİROV.

Cəlala, Azərə, B.Qarabağlı 2022-06-14 09:24:12

Zor siyasətinin süni münaqişədən hərbi soyqırıma qədər inkişaf etdirdiyi bu vəhşilik nə BalayaN.Əyrikyan, nə Alixanyan, nə Baronessa, nə də Raisa, nə pula satılan Kazimirovların günahı deyil? Əsas səbəb öz haqlarımızın kəskinliklə beynəlxalq neydana qoyulmamasıdır? Ermənistandan türk, azərbaycanlı ailələri qovulubsa, niyə Azərbaycanda erməni və ya yuxarı Qarabağda hansısa sülhsevər, lap müttəfiq olsun qalmalıdır?

Seyid ƏNHU 2022-06-13 15:40:54

ƏSL BAŞI ƏZİLMƏLİ OLAN İLANDIR.

Füzuli 2022-06-13 14:22:17

It hürər karvan kecər!

Azər 2022-06-13 12:59:20

Cavabı mütləq verilməlidir bu nadurustun bütün səviyyələrdə verməsək layiqli cavabı o birilərinə dərs olmayacaq

RAHİM 2022-06-13 12:15:25

Kazimirov bir daha göstərdi ki BİZİM TÜRKİYƏDƏN. BAŞQA GÜVƏNC YERİMİZ YOXDUR. 30İL ƏRZİNDƏ ERMƏNİPƏRƏST QÜVVƏLƏRİN APARDIĞI SİYASƏTİ ÖZÜMÜZ PUÇ ETDİK.

Son yazılar