“KREMLİN ÜÇ SSENARİSİ VAR...” - ABŞ kəşfiyyatı Putinin hansı addımları ata biləcəyini açıqladı

“Rusiya öz quru qoşunlarının üçdə birini itirib”

“ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya öz quru qoşunlarının üçdə birini itirib. Lakin buna baxmayaraq, yeni uğurlar qazanmağa çalışacaq”.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı xəbəri CNN ABŞ kəşfiyyatındakı mənbələrinə istinadla yayıb.

Kəşfiyyatdakı mənbələr bildirirlər ki, itkilərə rəğmən Putin ümumi səfərbərlik keçirməyə qorxur və bunun siyasi baxımdan risqli olduğunu düşünür. ABŞ kəşfiyyatının fikrincə, hazırda Kremlin Ukraynada davam edən müharibə ilə bağlı üç əsas ssenarisi var:

Birinci: Rusiya Donbasda o qədər də əhəmiyyətli olmayan addım-addım uğurlar əldə edə bilər. Bu, daimi lokal hücum əməliyyatları, artilleriya və say üstünlüyü hesabına ləng irliləyişi nəzərdə tutur.

İkinci: Cəbhə dayanır və aylarla, hətta illərlə dəyişməz qalır. Bu, hər iki tərəf üçün böyük itkilər, Qərb üçün isə dünya iqtisadiyyatının zəifləməsi hesabına böhranın dərinləşməsi təhlükəsinin artmasıdır.

Üçüncü: Putin hərbi müdaxilənin məqsədlərini dəyişir, “qələbə” elan edir və hərbi fəaliyyətləri minimuma endirməyə çalışır.

ABŞ kəşfiyyatı üçüncü variantı daha az dərəcədə mümkün hesab edir. ABŞ rəhbərliyi isə narahatdır ki, Putin hazırda işğal etdiyi əraziləri Ukraynanın gələcək işğalı üçün platsdarm məqəsədi ilə istifadə edə bilər.

CƏLAL

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar