"BAKI İSTƏMİR, MOSKVA MÜMKÜNSÜZ SAYIR, VAŞİNQTON İSRAR EDİR..." - "Bu xora Paris də qoşulsa, bölgədə gərginlik daha da artacaq"

"Vaşinqtonun Minsk Qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər".

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirirb. 

Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir:

"Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb və rəsmən elan edib ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur.

İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var".

E. Şahinoğlunun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk Qrupunda fəaliyyət göstərə bilməyəcək.

Ekspert xatırladır ki, bunun qarşılığında Azərbaycana və Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bəyan edib ki, ABŞ Minsk Qrupunun fəaliyyətini, o cümlədən Fransa və Rusiya ilə birgə çalışmağı dəstəkləyir.

"Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə deyir ki, birgə çalışmalıyıq. Səbəb nədir?"

Politoloq bu suala belə cavab verib: "Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk Qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir və guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda – enerji, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və rəsmi Bakı bundan məmnundur. 

Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına cavab verir. Aydındır ki, Vaşinqton rəsmən Minsk Qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə Minsk Qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq".

"AzPolitika.info"

635x100

Şərhlər

turan 2022-06-23 18:35:11

Minsk qrupunu bərpa etmək istəyirlər,qoy bərpa etsinlər. Əsas odur ki, Azərbaycan prinsipiallıq göstərərək bu qrupun heç bir nümayəndəsini qəbul etməsin və onları rus gəmisinin göndərildiyi yerə göndərsin.

korrektor 2022-06-23 18:08:53

mən də fikirləşirdim ki, abş ikili standartlardan əl çəkib, çox təəsüf ki, yanılırammış.

B.Qarabağlı 2022-06-23 12:40:13

Öncəki xəbərdə ABŞ nümayəndələri Karine və Qara qeyd edilmişdilər? Daldan atılan bu mülahizə də reaksiya verə bilər? Onlardan ABŞın yekun məqsədini sormaq gərəkdi? A ABŞ niyə zamanında BMT TŞnın DQMV həllini NATOnu cəlb etməklə icra etmədi? B Ermənistan elan ediləndən 83% yerli türkü, 1987ci ildən qalan azəriləri də zorla deportasiya edib? Buna adekvat (kvo) Azərbaycanda heç olmazsa 30 il hər hansı erməni qurumunun olması ədalət üzrə də məqbul sayılmaz?

esger 2022-06-23 12:01:41

Bu fakt amerikasevənlər üçün bir ibrət dərsi olmalıdır

Türk Turan 2022-06-23 10:56:33

Dünyaya ədalətli ölkə rəhbərlik etməlidir. O da Türkiyədən başqası ola bilməz. Amerika, Rusiya, Fransa kimi dövlətlər xaincəsinə və şeytani siyasət yürüdürlər. Allah onlara lənət eləsin.

Son yazılar