“PARAZİT CÜTLÜYÜ” QAZAXISTANDAN NƏ İSTƏYİR? – Və Keosayanın adı niyə terrorçular siyahısına salınıb?

“Mən mütləq Qazaxıstana gedəcəyəm və bunun üçün Qazaxıstan hakimiyyətindən icazə almayacağam. O an gələcək və mən mütləq böyüdüyüm doğma, sovet Qazaxıstanına gedəcəyəm”.

Bunları Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyanın əri Tiqran Keosayan Rusiya mətbu orqanlarından birinə açıqlamasında deyib.

Keosayanın bu sözləri söyləməsinə səbəb Qazaxıstan hakimiyyətinin onun ölkəyə girişinə qadağa qoymaqla yanaşı, adını terrorçularla eyni siyahıya salmasıdır. Qazaxıstanın bu addımı isə təsadüfi deyil. Məlum olduğu kimi, Keosayan bir müddət əvvəl Qazaxıstanla Rusiya arasında siyasi gərginliyə səbəb olan təxribat və hədə-qorxu mesajları ilə çıxış etmişdi. 

Simonyanın əri Rusiyanın ətrafındakı ölkələrin tərəf seçməli olduğunu deyib və birmənalı olaraq Rusiyanı dəstəkləməyənlərin düşmən elan edilməli olduğunu bildirib. 

Erməni əsilli “rus vətənpərvəri” Moskvanın Qazaxıstan hakimiyyətini xilas etdiyini, əvəzində isə bu ölkədə 9 may “Qələbə paradı”nın təxirə salınmasını satqınlıq kimi qələmə verib: “Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Düşünürəm ki, bizim səlahiyyətli şəxslərin də (Qazaxıstanla-red.) əlaqələrin səviyyəsini yenidən qiymətləndirməsi lazımdır”. 

Həmin vaxt Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, Keosayanın bu fikirləri “Qazaxıstanla Rusiya arasındakı münasibətlər atmosferini zəhərləməyə” xidmət edir. O, həmçinin Keosayanın Qazaxıstana girişinə qadağa qoyulacağını və onun adının “arzuolunmaz şəxslər” siyahısına salınacağını bildirmişdi. Bugünlərdə isə məlum olub ki, Keosayanın adı nəinki “arzuolunmaz şəxslər”, hətta terrorçular siyahısına salınıb.

Maraqlıdır ki, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev də son Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Keosayanın arvadı Simonyanın Qazaxıstanın mövqeyilə bağlı eyni məzmunlu sualları ilə qarşılaşıb. 

Simonyanın suallarına kifayət qədər sərt və birmənalı cavablar verən Tokayev ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının tərəfdarı olduğunu söyləməklə yanaşı, ad çəkmədən Keosyanın da açıqlamalarını sərt şəkildə pisləyib.

Ancaq göründüyü kimi, Qazaxıstan cəmiyyətinin və ölkə başçısının bütün bu narazılıqlarına, təpkilərinə rəğmən Keosayan yenə başından böyük təxribatçı açıqlamalarını dayandırmır. Onun “nə vaxtsa sovet Qazaxıstanına qayıdacağına” dair söylədikləri də Rusiyanın işğalçılıq planlarının və bununla bağlı apardığı təhdid və hədə-qorxu siyasətinin tərkib hissəsidir. 

Təbii ki, Kremlin “hürdürdüyü” heç kimdə şübhə doğurmayan bu varlığın həm Qazaxıstanı Ukraynanın gününə qoymaqla hədələməkdə, həm də gələcək “sovet Qazaxıstanı” barədə danışmaqda əsas məqsədi ona verilən sifarişləri yerinə yetirməkdir və bütün bunlardan sonra təbii ki, Qazaxıstan haqlı olaraq onu terrorçularla eyni sırada görür.

Ümumiyyətlə, Simonyan-Keosayan cütlüyünə Rusiyanın hələ də ağlı başında olan ziyalılarının, siyasətçilərinin, incəsənət və mədəniyyət xadimlərinin münasibəti olduqca mənfidir. Onlara ən düzgün və layiqli adı isə Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnı verib: “Parazit cütlüyü”!

Rusiyalı jurnalist Slava Taroşina isə bu ailə ilə bağlı deyib: “Simonyan-Keosayan ailə tandeminin əmələ gəlməsindən sonra Rusiya təbliğatı özünün son cizgilərini cızmış oldu – “hər şey etmək olar, heç nə ayıb deyil””.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2022-06-28 13:32:43

Nə murdar sifətləri var.

Roma 2022-06-27 15:48:36

Bu tiqrançik quduzlaşıb, gör nə deyir: “Mən mütləq Qazaxıstana gedəcəyəm və bunun üçün Qazaxıstan hakimiyyətindən icazə almayacağam. O an gələcək və mən mütləq böyüdüyüm doğma, sovet Qazaxıstanına gedəcəyəm”...yəqin ermənistan hakimiyyətindən icazə alacaq...ay sən öləsən, atanın çəkdiyi o multfilmfason "ələkeçməz qisasçı" yox, "ələkeçən və qoduğluğa basılan qisasçı" olacaqsan...o putinin dalıycan sülənən yaçıl kostyumdakı məkrli gülüşüylə erməniliyini büruzə verən arvadın marqo simonyanla sən cütcüi arabasına bir qoşub, Qazaxıstanın xam torpaqlarında çoşşş deyib yer sürdürəcəklər...

Azər 2022-06-27 10:36:48

Ermənilər artıq informasiya alıblar ki. Rusiya dağılacaq,, onlar da Soçini, Stavropol vilayətini ələ keçirəcəklər, odur ki, ruslarla hamını düşmən etmək tapşırığını yerinə yetirirlər...bir də ki, bu parazit cütlük rus dövlətinin hesabına yüz milyonlarla pul qazanır, onlar "psevdopatriot" olmasınlar, bəs nə olsunlar..

Roma 2022-06-26 17:08:37

marqo simonun sifətində hiyləqarışıq bir təbbəssüm var, kosayan da "kişi qırığıdır"... Görün tiqrançik nə deyir: “Mən mütləq Qazaxıstana gedəcəyəm və bunun üçün Qazaxıstan hakimiyyətindən icazə almayacağam. O an gələcək və mən mütləq böyüdüyüm doğma, sovet Qazaxıstanına gedəcəyəm”...sən bəlkə də Qazaxıstana gedəcəysən, amma unutma ki, atovun çəkdiyi "ələkeçməz qisasçı" statusunda yox, ələkeçən dəyyus, şərəfsiz, boşboğaz statusunda...və "geriyə yol yoxdur" filmindəki kimi, basacaqlar qoduğluğa...

Türk Turan 2022-06-26 15:46:21

Bizim müqəddəs borcumuz tarixi, milli-mənəvi, dini dəyərlərimizi öyrənib, öyrətmək, bu yolda hər şeyimizi fəda etmək, birliyimizi, bərabərliyimizi tez bir zamanda təmin etməkdir. Yoxsa bu əclaflarla heç cür başa çıxa bilməyəcəyik.

Qabil Hüseynli 2022-06-26 14:03:15

Qazaxıstanda doğulub, oranın suyunu içib, çörəyini yeyib. Haramı olsun

Eli 2022-06-26 12:07:16

Eslinde bu “Parazit cütlüyünün” fealiyyeti bir millet olaraq ermenilerin kim ve ne olduğunu “neye qafir olduqlarını”yeni “qucaq milleti” olduqlarını gösterir.Bir de kim onlara yal verse onun xeyrine hürmekletini deqiq gösterir.Bunlar heç kimdir ancaq bu rolda ermeninin ne olduğunu hamı görür ve qiymetini veriri.Putinin tulaları.

t.ədalət 2022-06-26 10:30:04

Bu ermənilər Rusiyanın kəşfiyyat orqanının "inanılmış" casuslarıdır.Təəssüef ki belə əclaflar Azərbaycanda da az deyil..

dadaşyev 2022-06-26 10:26:39

Xalqlar arasında söz aparıb gətirə-gətirə xalqları savaşa qızışdıran son dərəcə yoluxucu viruslardı ermənilər.Hansı ölkədə bunlardan çoxdursa o ölkələrdə "ermənovirus"a yoluxanların sayı çoxaldığından "haydemiya" vardır demək,maskaynan gəzmək lazımdı o ölkələrdə.

oxuyucu 2022-06-26 09:31:07

Bir insanın quduz it cildinə girməsini bunun sifətindən daha yaxşı əks etdirmək olmazdı.

Son yazılar