"HAKİMİYYƏT DAXİLİNDƏ PREZİDENTƏ QARŞI OLAN GÜCLÜ KOMANDA VAR..." - Vitse-spikerdən ŞOK AÇIQLAMALAR

Adil Əliyev: "Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək"

"Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar" 

"Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki 5-ci kolonun nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-cü Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev "musavat.com"-a müsahibəsində bildirib. 

Jurnalistin "Belə çıxır ki, Azərbaycan iqtidarı da monolit deyil. Hakimiyyətdə İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var…" sualına cavab olaraq isə  Adil Əliyev sensasiyalı açıqlamalar verib:

-Əlbəttə, bu, artıq sir deyil ki. Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək.

Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var. Bu əlaqələr xüsusilə 2019-cu ildə üzə çıxdı. Bilirsiniz ki, Azərbaycan Prezidenti 2018-ci ilin sonunda Yeni il və Həmrəylik günü münasibətilə etdiyi çıxışında ölkədə institusonal və kadr islahatlarına başlayacağının anonsunu vermişdi. Üzərindən az keçməmiş, 2019-cu ilin 19 yanvarında Azərbaycanın radikal müxalifəti mitinq keçirməyi qərarlaşdırdı. Məqsəd prezidentə təzyiq göstərərək onu islahatlardan yayındırmaq idi. Məhz bu səbəbdən islahatları bir neçə ay təxirə salan ölkə başçısı ilk öncə DİN-də və DTX strukturlarında kadr dəyişikliyi apardı. Ardınca da bu islahatlar digər strukturları əhatə etdi. 

Ramiz Mehdiyev komandasının maliyyələşdirdiyi radikal müxalifətin növbəti təxribatçı aksiyasının qarşısı alındıqdan və onlar hüquq-mühafizə orqanları tərəfindən yerinə oturulduqdan sonra ölkə başçısı ciddi kadr dəyişikliklərinəimza atdı. Ramiz Mehdiyev də 2019-cu ilin oktyabrında işindən uzaqlaşdırıldı. Prezidentin bu islahatları bir də 2020-ci ilin iyul ayında ermənilərin Tovuza hücumları ilə səngidi. Bir neçə aydan sonra 44 günlük müharibə başladı. Beləcə, Azərbaycan hakimiyyəti qarşısında daha prioritet məsələlər ortaya çıxdı. Son zamanlar ölkə başçısı yenidən kadr və institusional islahatlara başlamaq əzmi göstərir. Bu islahatların əsas məqsədi Avropa İttifaqına daha yaxın inteqrasiyadır. Bilirsiniz ki, Prezident bir neçə gün bundan əvvəl Avropa İttifaqı ilə yeni saziş bağlayacağını açıq şəkildə ifadə edib. Sözsüz ki, bundan Ramiz Mehdiyev komandasının da xəbəri olmaya bilməz. Təsadüfi deyil ki, indi də həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb. Halbuki, özünü demokrat adlandıran müxalif qüvvələr Azərbaycanın Aİ-yə inteqrasiyasına hər kəsdən daha çox maraqlı olmalı və İlham Əliyevin bu təşəbbüsünü dəstəkləməlidirlər. Amma onlar tamamilə əks mövqe tutaraq, həssas nöqtələrimizlə oynayırlar.

Elman

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu 2022-07-22 10:54:35

Hesab edirəm ki, AMEA-nın indiki prezidentindənsə Xoşqədəm Hidayyət qızını bu vəzifəyə təyin etmək daha məqsədəuyğun olardı. Hazırkı president 2013-2014-cü illərdə Xoşqədəm Hidayyət qizinin “Səni axtarıram” verlişində, məişət zorakılığı, boşanmalar və abort üzrə ekspertlik edib. Əhsən, enegetik-ginekoloq prezidentə!

Vətəndaş 2022-07-20 17:58:29

Nağıldır danışırsan. Orada hamı əlbir olub milləti ölkəni talan-qarətlə məşğöul olur,xalqın qanını içirsiniz.n Həm də çox mehribançılıqla.

oxucu 2022-07-19 17:16:40

Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması üçün, ölkənin nüvə sahəsində elmi-texniki potensialı yaradılmalı və bu potensaialı inkişaf etdirərək, onu elə səviyyəyə çatdırmaq lazımdır ki, ölkədə istənilən an nüvə silahı istehsal etmək mümkün olsun. Bu məsələni qocaların keyf məclisi kimi tanınan AMEA-nın Rəyasət Heyətinin hər hansısa bir üzvü həll etmək iqtidarında deyil. Ümumiyyətlə büdcə yükü olan AMEA-nın Rəyasət Heyəti, Sovet dövründən qalmış lazımsız bir qurum kimi ləğv edilməlidir. AMEA-nın ən qabaqcıl institutu-Fizika İnstitututunu dağıdıb-satmaq üçün müxtəlif metodlardan və nəhəng alimlərin adlarından istifadə edilib. Guya Azərbaycanda Arxiv İdarəsinə və MDU-ə bina tapılmamasını bəhanə edərək, “Alunut” və Xüsusi Konstruktor Bürosunu dağıdıb satıblar. Fizika sahəsində dünya nəhəngi akademik Saqdeyevə laboratoriya düzəltmək adı ilə institutun Kriogen Korpusunda bütün kriogen texnika dağıdılıb satılıb. İnstitutun Əsas Korpusundakı qurğular və cihazları təmir adı altında satılıblar. Hazırda fizikanın bütün sahələrində “yüksək” nailiyyətlər əldə edən enegetik - baş direktor, Fotoelektronika Korpusunu Biofizika İnstitutuna vermək adı altında bu korpusu dağıtdırır. Ümumiyyətlə energetikin Fizika İnstitutuna baş direktor təyin edilməsi, dümbəkçalanın simfonik orkestrə baş dirijor təyin edilməsi kimi bir şeydir.

Cəmşid Dərələyəzli 2022-07-19 10:46:14

Təssüf ki, biz o "komandanın" zamanında formalaşmasını görməzdən gəlib də oyunlarını pozmadıq. Belə ki, her Prezident seçgisindən sonra istefaya göndərilən hökümət yenilənməli idi. O cümlədən də Prezident adminstrasiyasının başında duran və onun təqdimatı ilə verilmiş yerli İcra strukturlarının rəhbərləri (sanki ölkədə başqa kadrlar yox idi). Bu isə olmadı və nəticədə uzunömürlülüərdən ibarət, həddindən artıq varlanmış və harınlamış bir komanda muras qaldı ki, onlar da özləri üçün o illər ərzində böyük bir şəbəkə oluşdurmuş oldular. Reallıqda isə bu gün onlardan bəziləri vəzifədən kənarlaşdırılsalar da və yaxud da bəzilərinin vəzifələri kiçildilib başqa yerlərə təyin olunsalar da, əslində qurduqları şəbəkə hayla öz provokotorluğunda. Təbii ki, o şəbəkə də onu yaradanlar tərəfindən kənardan idarə olunurlar ve onlar üçün dövlət artıq bir təfərrüatdır, onlar üçün əsas isə əldən gedən hakimiyyətləridir. Yenə də reallıqda bu məsələdə də iş qalır, son dönəmdə bütün hallarda dövlətə və millətə sadiqliyini və qətiyyətini ortaya qoyan DTX-nin indiki rəhbərliyinə üzərində və inanırıq ki, DTX bu şəbəklərin çökərdilməsində də öz sözünü deyəcəkdir.

Ziya 2022-07-19 02:39:53

Vətəndaşa- sən Allah get işinlə məşğul ol, hamı siyasətçi olub, bu komandanı tam olaraq prezident formalaşdırmayıb, Ramiz Rusiyanın burda əsas adamıydı, onu ordan ona görə tərpədə bilmirdilər, uzun müddət keçdi, məqam yetişdi, Ramiz göndərildi, sonra başlandı onun atxodları təmizənməyə, hələ də tam təmizlənməyiblər, hələ də güclüdürlər

Nəbi 2022-07-18 22:11:03

Bəs parlament hara baxır?

Amon 2022-07-18 21:22:54

Mentiqli musahibedi.cunki Avropa birliyi ile yeni sazis imzalayan kimi iyulun 20 mitinq qerari verdi 5ci kolona xidmet edenler.bizim esas ugurlarimiz 2023 cu ilde cenab erdogan yeniden seckide qalib gelennen sonra olacaq hem qarabagda hemde avropaya inteqrasiyada

c 2022-07-18 19:16:36

Dezinfeksiya əməliyyatı keçirilməlidir

oleq 2022-07-18 17:28:33

Bəlkə İrandan narkotiklərin kütləvi ölkəyə gətirilməsi də bu prosesin bir hissəsidir ki,xalqımızın gələcəyi olan gənclərimizi məhv etsinlər

iRONİK 2022-07-18 14:26:37

3 cü savaş astanasında S.Babayevvin hərbçilərə qarşı etdikləri göz qabağındadır ....

Vətəndaş 2022-07-18 13:13:42

Əcaib yazılatrla bu deputatlar niyə zlərini hamıdan aıllı hesab edrlər? Bəs bu komandanı kim formalaşdırıb.yııb,toplayıb?Vətəndaşlarmı? iyə vətədaşları özünüzdən aşağı hesab edirsiniz?Bütün məsələni korlayan Naxçıvan-YerAz komandası olduğu ortada deilmi?

Son yazılar