"PUTİN TEHRANDA AÇIQ TƏXRİBATA ƏL ATIB..." - Ərdoğanla görüş zamanı Putin nə demək istəyib? (Yenilənib)

Xəbər verdiyimiz kimi, Tehranda keçirilən Astana üçlüyünün sammitində Rusiya və Türkiyə prezidentlərinin ikili görüşü olub. Görüş zamanı V. Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb. Və sonra da sosial medianın Azərbaycan seqmentində dərhal müzakirələrə, tənqidlərə səbəb olan bu sözləri söyləyib: "Sizə Əliyevdən böyük salam gətirmişəm".

Putin bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun  bu fikirləri söyləməsinin arxasında hansısa məkrli niyyətin dayandığı şübhə doğurmur. Əks halda bir-birinə qardaş deyən iki  dövlət başçısının birindən digərinə salamı bir rus prezident niyə gətirməlidir? 

Bu ifadələrlə Putin nə demək istəyib? 

Təhlükəsizlik eksperti İlham İsmayıl özünün "facebook"dakı hesabında bunu "Putinin təxribatı" adlandırıb: "Tehranda Türkiyə Prezidenti Ərdoğanla görüş zamanı Rusiya Prezidenti Putin açıq təxribata əl atıb. Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladıb və Türkiyə Prezidentinə “Sizə ondan böyük salam var” deyib. 

Putin bununla nə demək istəyib? Azərbaycan Prezidenti Rusiyaya Türkiyədən daha yaxındırmı? Türkiyədən çox Rusiya iləmi problemlərimizi bölüşürük? Bu, keçməyən təxribatdır. Bunu həm Türkiyənin, həm də Azərbaycanın sıravi vətəndaşlarından tutmuş dövlət başçılarına qədər hamı bilir ki, Türkiyə bizim üçün ən yaxın qardaş ölkədir. Rusiya isə.., bütün bəlalarımızın başında gəlir. Putinin bu təxribatı da indiyədək bizə qarşı yönəlmiş Rusiya təxribatlarının tərkib hissəsidir.’’

"Hesab edirəm ki, ötən gün Vladimir Putin İlham Əliyevlə danışıb. Hətta mənə “İlham Əliyevin salamı var” dedi. O, Əliyevlə danışanda “Ərdoğanla görüşəcəyəm” deyib, Əliyev də “Mənim də salamımı çatdırın” deyib”.

Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra təyyarədə jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. İlham Əliyevin dediyinə görə, həmin görüş müsbət keçib. O görüşdən sonra İlham Əliyevlə yenidən danışdım. Məndə olan məlumata görə, lazım olan istiqamət üzrə hərəkət edilir”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri yaxın vaxtlarda Zəngilan hava limanının açılışının olacağını diqqətə çatdırıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Vuqar Memmed.oglu 2022-07-21 08:48:17

Dünyanın 1N-li blefovşikidi Putler onu bizə tanıtdırmaga ehtiyac yoxdu!

Politoloq 2022-07-20 20:27:51

Butun beseriyyet putine lenet oxuyur!!! O yalanci ve..... ozunun imzasina verdiyi soze hormet etmeyen bir prezidentdir!!!

korrektor 2022-07-20 18:21:36

Biz Türkük ay putin! Bunu nəzərindən qaçırma.

Türk Turan 2022-07-20 13:41:47

Azərbaycan-Türkiyə Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi Cümhuriyyət Azərbaycan-Türkiyə. Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu Azərbaycan-Türkiyə. Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdum, ata yurdum Azərbaycan-Türkiyə. Birdir bizim hər halımız Diləyimiz, amalımız Bayraqlarda hilalımız Azərbaycan-Türkiyə. Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Eşqimiz bir, yolumuz bir Azərbaycan-Türkiyə.

Cəmşid Dərələyəzli 2022-07-20 12:30:44

Təbii ki, tərəflər arasında bu cür polemikalar ilkin protokol "jestləridir" və belə jestlər metbuata açıq olur. O ki qaldı siyasətin pərdə arxası "jestlərinə", təbii ki bu daha gərgin olur və o gərginliklər də metbuata əksər vaxtlarda yansımır. Amma Putinin bu iki başlı sözlərini də xafife almaq sadəlöhvlük olardı. Birincisi, Putinnin " İlham Əliyevdən Ərdoğana böyük salamlar gətirdiyi" ne anlama gəlir və Putin bununla nə demək istədi. Putini tanıyırıq və biliri ki, o məkirli və xudbin bir siyasətçidir və Ukrayna məsələsində başını nə qədər itirsə də belə, kibrindən də qalmır..Amma Putin unudur ki, qarşısındakı Ərdoğandır və Erdoğanın da qarnı belə laflara toxdur. Necə yəni mənim qardaşımdan mənə salm gətirmisən. Bəyəm Erdoğan bilmir ki, İlham Əliyev onun arxasından iş çevirməz, ay gerizəkalı. İkincisi, Putin deyir. "Digər mühüm məsələ bizim baxış sahəmizlə bağlıdır - Qarabağ probleminin həlli".Putin bu məsələdə də yenə də 10 noyabr (2020) sazişindən caydırır və hayla da bu məsələni problem kimi görür." Amma Putin bir şeyi anlamaq istəmir ki, o istəsə də, istəməsə də Qarabağ məsələsi öz həllini tapacaq. Çünki, Azərbaycanın bu qonudakı məsələsi haqq məsələsidir və bu məsələdə də Allah da, tərəfdaşları da Azərbaycanın yanındadır. Hələ dünyada və bölgəmizdə dəyişən geopolitik gengeleri də demirəm.

Son yazılar