RƏSMİ İRƏVAN "STATUS" TƏLƏBİNDƏN İMTİNA EDİR? - "Azərbaycana qarşı ərazi iddiamız yoxdur"

Ermənistan hökuməti sülh gündəliyini dövlət strategiyası elan edib və onun həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. "Turan"ın məlumatına görə, bu barədə iyulun 30-da Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan "Armenpress"ə bildirib.

Bu işdə Yol xəritəsi - delimitasiya və Azərbaycanla sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması üzrə işlər, habelə regional kommunikasiyaların açılmasıdır, deyə o qeyd edib.

"Biz regional kommunikasiyaların açılmasında çox maraqlıyıq, bu, "Ermənistan yolayrıcı" layihəsinin bir hissəsidir. Əlbəttə, layihənin şərq-qərb hissəsinin konkret marşrutu məsələsi müzakirə oluna bilər, biz heç vaxt yalnız bir variantda israr etməmişik, biz ən effektiv marşrutu tapmalıyıq, çünki "Ermənistan yolayrıcı" layihəsinin funskionallığı və cəzbediciliyi bundan asılıdır", deyə Qriqoryan qeyd edib.

Qarabağda qalan ermənilərin "statusu "məsələsi necə olacaq, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqmı? 

Qriqoryan bu suala belə cavab verib: "Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan MDB-nin yaranması haqqında 1991-ci ildə imzalanmış və ratifikasiya edilmiş müqavilədə bir-birinin ərazi bütövlüyünü və sərhədlərin pozulmazlığını tanıyıblar. Və bu gün bu sənəd həm Ermənistan, həm də Azərbaycan qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də ifadə olunmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur.

Biz dəfələrlə demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada bizim üçün Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları xüsusi əhəmiyyət kəsb edir".

Bu zaman o, Qarabağda qalan ermənilərin "statusu" müəyyən edilmədən Azərbaycanla sülh sazişinin imzalanmasını istisna etməyib.

Qarabağ erməniləri üçün hansı təhlükəsizlik zəmanətlərinin olacağı haqqında suala cavabda Qriqoryan deyib ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin iştirakı beynəlxalq zəmanətdir. 

Erməni əsirlər və humanitar məsələlərin həlli mövzusuna toxunan Qriqoryan qeyd edib ki, son iki ildə Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşən 130 azərbaycanlının meyitini Azərbaycana təhvil verib: "Biz bu məsələdə də fəal əməkdaşlığa hazırıq və Azərbaycandan da eyni yanaşmanı gözləyirik. Birinci Qarabağ müharibəsi dövründən Ermənistan tərəfdən 770-dən çox itkin düşən şəxs var. 44 günlük müharibədə itkin düşənlərimizin sayı 203 nəfərdir".

Qriqoryan Ermənistanın Laçından yan keçən yeni Kornidzor-Tex-M12 yolunun öz ərazisindəki hissəsinin tikintisinə başladığını təsdiq edib. 

"Tikinti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddətdə tamamlanacaq", deyə o bildirib.

635x100

Şərhlər

Elxan 2022-07-30 17:56:57

Erməni nazirin bu fikirlərini bütün xəbər saytlarımız sevincək paylaşıblar."Bizim Azərbaycana qarşı ərazi iddiamız yoxdur" dedikdə erməni nazir Qarabağın dağlıq hissəsini Azərbaycan ərazisi saymır.Nəinki bu daşnak,erməni dığalarının hamısı belə bir avara fikirdədir ki,"Stepanakert"" hansısa "artsax"ın paytaxtıdır və Azərbaycana dəxli yoxdur.Yəni bunların kəlləsinin BAYRAKTAR-a ehtiyacı vat

Son yazılar