PUTİNİN QAÇIŞ PLANI HAZIRDIR, İSTİQAMƏT İSƏ... - Təyyarə hazır vəziyyətdə gözləyir

Rusiya-Ukrayna müharibəsinin bütün şiddəti ilə davam etdiyi bir zamanda Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirilən iddiaların ardı-arası kəsilmir.

Putinin Rusiyadakı iqtisadi vəziyyət və Donbas bölgəsindəki əməliyyatların uğursuzluqla nəticələnməsi səbəbindən qaçış planları qurduğu deyilir. Hətta Rusiya liderinin və ailəsinin mümkün məğlubiyyət vəziyyətində qaçmağı planlaşdırdığı ölkənin adı da açıqlanıb.

Musavat.coma istinadən Britaniya mətbuatında yer alan iddiaları oxucularımıza təqdim edirik:

DONBASDA VƏZİYYƏT DƏHŞƏTLİDİR

Paytaxt Kiyevi ala bilməyən və qoşunlarını Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəldən Rusiyanın işğal planı gözləndiyi kimi getmir. Artıq Ukrayna qoşunları Xerson şəhərini geri almaq üçün əks hücuma keçib.

İddialara görə, Vladimir Putin Donbas əməliyyatının uğursuzluqla nəticələnəcəyi təqdirdə rus xalqının baxışında kəskin dəyişiklik olacağının fərqindədir və mümkün məğlubiyyət üçün qaçış planını hazırlayıb.

Britaniya mətbuatında yer alan məlumata əsasən, Rusiya liderinin qaçmağı planlaşdırdığı ölkə Suriyadır. Yazıda xatırlanır ki, Putin 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə birbaşa müdaxilə edərək Bəşər Əsədə kömək etmişdi. İndi isə Əsədin yardım növbəsi yetişib. Rusiya lideri və ailəsi üçün hazırlanan təyyarənin Moskvada hazır vəziyyətdə gözlədiyi bildirilir.

Qeyd edək ki, Kremldə etibarlı mənbələrə malik olduğunu iddia edən "General SVR" Teleqram kanalı da Putinin qaçış planlarının hazır olduğunu yazır.

RUSİYA İQTİSADİYYATI KİÇİLİR

İddialara əsasən, Putinin qaçış planının arxasında duran səbəblərdən biri də ölkədəki iqtisadi böhrandır. Ekspertlər bildirirlər ki, Ukraynaya hücumdan sonra Qərbin sanksiyalarına məruz qalan Rusiyanın iqtisadiyyatı fəlakətli və geriyə dönməz tənəzzül içindədir.

"Rusiya iqtisadiyyatının vəziyyətini nəzərə alsaq, Putinin Suriyaya qaçmağı düşünməsi təəccüblü deyil", - Qərb mediası yazır.

DAHA BİR UĞURSUZLUQ

Digər tərəfdən, Ukrayna qüvvələri Rusiya qoşunlarının əlaqələrini məhv etmək üçün Xersonda bir neçə körpünü dağıdıb. Yaxın günlərdə şəhərin yenidən Ukraynaya keçəcəyi bildirilir ki, bu da Rusiya ordusunun uğursuzluğa düçar olmasının göstəricisidir.

635x100

Şərhlər

Sarvan 2022-08-01 11:48:43

Putin uduzduğu halda Bəşər Əsəd də olmayacaq. Putinin sonu bəşər Əsədin də sonu deməkdir

neriman seyfeli 2022-08-01 08:49:42

Hec yere qacan deyil, ele rusiyada da mehv olacaq.

Elmira 2022-07-31 14:09:30

Nə gözəl xəbərdir! Putin - kaput!

RR 2022-07-31 09:28:58

Allah purtulyerin cezasin verecek ! Inshallah

Eli 2022-07-31 01:29:13

Putin heç yere qaçmayacaq onu sadece “”teze gelin “ kimi qaırdırdacaqlar, ancaq Suriyaya yox Kitaya o onlar üçün çox lazım olan bir “ Kadr” dır

t.ədalət 2022-07-31 00:07:54

Putin qaçarsa,onun "qulbeçələri" də qaçmağa məhkumdur.Birinci "qulbeçə" Belorusun prezenti Lukaş olacaq.Ardınca Rusiyanın müstəmləkə kimi idarə etdiyi digərləri

Asif 2022-07-30 22:44:48

ne gopa basirsiniz))))ozuniz geri zekali inananlar gerizekali)))sizin kimi manqurtlar be qeder var olacaq putin ve sistemide var olacaq)) 2024 de gorek be deyeceksiniz onun haqqinda)))

Son yazılar