MEDVEDEV YENƏ İÇİB, AĞLINA GƏLƏNİ DANIŞDI - “Qazaxıstan süni dövlətdir, Gürcüstan adında dövlət olmayıb”

“Heç kimdə şübhə olmamalıdır ki, 90-cı illərin əvvəlindəki səhv düzəldiləcək, heç bir “suverenliklər paradı” artıq bir daha olmayacaq və nə vaxtsa böyük və güclü Sovet İttifaqında yaşamış xalqlar yenidən bir yerdə yaşayacaqlar…”

“AzPolitika.info” xəbər verir ki, bu fikirlər Rusiyanın sabiq dövlət başçısı və hazırda Təhlükəsizlik Şurası katibinin müavini postunu tutan Dmitri Medvedevin “VKontakte” sosial şəbəkə səhifəsindəki hesabında yer alıb. Ancaq maraqlıdır ki, həmin paylaşım cəmi 10 dəqiqədən sonra silinib.

Medvedevin adından yayımlanan bu paylaşımda Rusiyanın Ukraynanı “azad etdikdən” sonra yeni hərbi yürüşə çıxacağı və bu yürüşün bütün postsovet məkanını əhatə edəcəyi bildirilir: “Daha sonra biz Moskvanın vahid əli altında, başda slavyan xalqı olmaqla, vətənimizin sərhədlərini bərpa etmək üçün növbəti yürüşə çıxacağıq. O sərhədlər ki, məlum olduğu kimi, heç yerdə qurtarmır…” 

Paylaşımda daha sonra Qazaxıstan və Gürcüstanla bağlı təxribat xarakterli fikirlər yer alır: ”Məsələn, birləşdirilənə qədər Gürcüstan ümumiyyətlə, olmayıb. 1801-ci ildə indiki Gürcüstanın ərazisində 5 suveren siyasi qurum olub – Kartli, Kaxetiya, İmeretiya, Meqreliya və Quriya. Yəni Gürcüstan indiki sərhədlər çərçivəsində yalnız Rusiya imperiyası daxilində yaradılıb. Gürcüstanın Şimali və Cənubi Osetiya, Abxaziya və digər əraziləri yalnız vahid Rusiya dövləti çərçivəsində birləşdirilə bilər… Tarixdən daha bir nümunə: 17-ci əsrin əvvəllərində Şimali Qazaxıstanın vəhşi çöllərində ilk yayşayış məskənlərini ruslar salıblar… Sovet İttifaqı dağılana qədər Şimali Qazaxıstanın əhalisinin 62.5 faizi slavyanlar olub. Qazaxıstan süni dövlətdir və keçmiş Rusiya əraziləridir…”

Medvedevin hesabındakı paylaşımda bir qədər də uzağa gedilərək, indiki Qazaxıstan hakimiyyəti “ruslara qarşı soyqırımda” ittiham olunur və bildirilir ki, guya hakimiyyət bu siyasəti rusları başqa-başqa ərazilərə köçürməklə həyata keçirir.

Paylaşımda Azərbaycanla Ermənistan arasındakı münaqişəyə də yer ayrılır və bildirilir ki, guya rusiyalılar bu iki xalq arasında baş verənləri “ürək ağrısı ilə” izləyirlər. Daha sonra qeyd edilir ki, Rusiya Odessanı alaraq, Dnestrayanı ilə birbaşa sərhədə malik olacaq. Bu da təbii ki, Moldovaya qarşı işğalçılıq planından xəbər verir. Bir sözlə, Medvedevin səhifəsindəki paylaşım demək olar, bütün postsovet məkanını əhatə edir və Moskvanın işğalçılıq planlarını özündə əks etdirir.

Ancaq Medvedevin köməkçisi Oleq Osipov “Ria Novosti”-yə açıqlama verərək, yazılanların Medvedevə aidiyyatı olmadığını bildirib və qeyd edib ki, hesab qısa müddətə sındırılaraq, ələ keçirilib. Bu səbəbdən də paylaşım 10 dəqiqə sonra silinib. O, bu məsələnin araşdırılacağını bildirib.

Medvedevin bu paylaşımını ilk olaraq qeydə alan və yayan müxalifyönlü aparıcı Kseniya Sobçak da hesabın kimlərsə tərəfindən ələ keçirildiyini düşünür. Onun fikrincə, Medvedev hər nə qədər aqressiv paylaşımları ilə ad çıxarsa da, belə açıq işğalçılıq təhdidləri və təhdid tonunda çıxış edə bilməzdi…

Əgər doğrudan da Medvedevin hesabını sındırmaq mümkün olubsa, o zaman xüsusi xidmət orqanlarının fəaliyyəti və kibertəhlükəsizlik kimi məsələlərdə Rusiyanın hansı vəziyyətdə olduğu barədə danışmağa belə dəymir. Ancaq yenə də Təhlükəsizlik Şurası katibinin müavini və sabiq prezident səviyyəsində şəxsin hesabının sındırılması bir qədər müəmmalı görünür. Odur ki, bunun Kreml tərəfindən bilərəkdən hazırlanıb ortaya atılan mətn olduğunu tam istisna etmək doğru olmazdı…

Maraqlıdır ki, həmin paylaşımda qeyd olunanların Putinin və ətrafının, o cümlədən də Medvedevin ürəyindən keçənləri, Kremlin işğalçılıq planlarını tam əks etdirdiyi heç kimdə şübhə doğurmur. Zatən Rusiya Ukraynaya qarşı işğalçılıq savaşına başlamaqla və bu xalqın dövlətçilik hüququnu ayaq altına almaqla, eləcə də Moldovadan tutmuş Cənubi Qafqaza və Orta Asiyaya qədər bütün ərazilərdə yürütdüyü siyasətlə bunu ortaya qoymaqdadır.

Xatırladaq ki, Müdafiə naziri Sergey Şoyqu da bir müddət əvvəl hərbçilərlə keçirdiyi görüşlərin birində açıq mətnlə “SSRİ-nin bərpa olunacağını” bildirmişdi…

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

oxucu 2022-08-09 22:38:36

Internetde rus dilinde melumat var Dimitriy Medvedyev barede : Неофициальная версия: отец Аарон Абрамович Мендель, а мать Циля Вениаминовна, естественно евреи. Самого Медведева изначально якобы звали Давид Ааронович, или по другой версии Менахем. Hormetli azpolitika.info oxuculari , baqishlayin bu qeyri - etik ifadeye gore rus dilinde : ХИТРОЖОП ( XITROJOP ) , Rusiyada hami bu .........dimitrini , bele leqebde taniyir, chunki,..........

Elmira 2022-08-03 09:31:31

Bütün postsovet xalqları ruslara nifrət edirlər. Bu ki aksiomadır! Bitdi! Həmin çaya ikinci dəfə girmək olmur! Atalar belə deyib.

t.ədalət 2022-08-03 08:46:50

D.Medvedev,elə Putinin dediyi "ivan-çay"dır.."İvanın" yanındakı "çay" sözünü hər kəs özü bildiyi sözlə ifadə edə bilər.

Vətəndaş 2022-08-02 23:53:05

Bu alkaşdır. Rusiyanın sonudur.Çünki rusaiya ərazisində 80 milyon rus qalıb,onlar da təmiz rus deyillər. Kişilər alkaş cavanları isə narkoman,arvadlar isə pul var dağılıblar turizm ölkələrinə öz keflərindədirlər doğmaq fikiləri yoxdur. 80 milyon əhali o böyüklükdə ərazini imperiyanı saxlaya bilməz. Hələ ki Rusiyanı saxlayan Amerika və Avropadır dağılmağını hələ ki istəmirdilər,Çinə görə ki Çin yiyələnəcək bu əraziyə. Avropaya hələ ki zəif Rusiya lazımdır. Bəlkə də artıq Cin problemi də həll olubsa Rusiyanı çoxlu sayda dövlətlərə parçalayamaq vaxtıdır. Dünyanın yeni düzəmi öz işini görür. Dünya üçün problem Rusiya və Çindir. İNŞALLAH RUSİYA DAĞILAR BİZİM DƏ ERMƏNİDƏN RUSDAN CANIMIZ QURTARAR

Camaat 2022-08-02 16:28:14

siz donuzların yeri elə donuzxanaya çevirdiyiniz kremldən -moskoviyadan ibarətdir.Az qalıb .Qəhrəman Ukrayna ordusu və Xalqı oranıda siz donuzların əlindən alacaqlar.

Veteran 2022-08-02 16:00:26

"rus " deyilən xalq , "rusiya " deyilən dövlət olmayıb.Sizin dədəniz ukrayna xalqıdır.Amma siz qanunsuz doğulmuş biclərsiz. .... ZELENSKİ və qəhrəman UKRAYNA XALQI tam olaraq başa salır və salacaq.,özüdə PAZLA. Az qalıb.

Cəmşid Dərələyəzli 2022-08-02 14:27:46

Bir məsəl var, deyir nə qandı ayı qanmadı (nəyin isə kim olduğunu insanlarımız bilməmiş deyillər). Doğurdan da düz deyiblər, ayı kafalı ki, ayı kafalı.. İndi bu gerizekalı Dmitirin demesi ki-. " Rusiya xalqı nə qədər lazımdırsa, bütün çətinliklərə və sıxıntılara dözməyə hazırdır”, bu sadəcə əbləhlikdir... Ay bədbəxt sen Dmitir bunları düşünmeden öncə bir sual etmisenmi öz xalqına ki, "ay ..... millet siz bizim bu avantürüst siyasətimizi qəbul edirsiniz ya yox" . Esla etmezler. Ona göre ki, onlara indiki vaxtda ne ölmek (neceki de Ukraynada ölürler), ne de ki sıxıntı lazım deyil. O ki qaldı keçmiş SSRİ-nin berpasına bu sadəce ölmüş eşşəyi diriltmək kimi bir şeydi. Çünki, zaman artıq yeni imperiyalar qurmaq zamanı deyil, Keçmiş keçmiş tarixdi. Dmitiri hələ də anlamır ki, məğzi menada onların 30 il önce btulkadan çıxardıqları cin, artıq o qədər böyüyüb ki, dünyanın ən nəhəng btulkasını da gətirsələr o cin oraya soxa bilməyəcəklər. Eks halda bu boş xeyalların devam etmesi ise, sadece Rusiyanın intiharı olacaq. Amma sanıram Rus xalqı bu gedişle bütöv bir ölkenin intiharına göz yummayıb, qıssa bir zaman içerisinde Putin ve Dmitir cütlüyünün icabına baxacaqlar.. Hele onların qarşılarına aldıqları dünyanı da demirik.

Eli 2022-08-02 13:31:41

Bu adamın sifetinde uşaq vaxtı raxit xesteliyi keçirdiyi melumdur.Bu birinci öz xanımını Putinin elinden xikas etsin ,sonra kişilik ve dövletçilikden danışsın.Bunlarda saat 14- den sonra ağlı başında olan ayıq adam tapa bilmessen.Demek ölkeni ayıq olan qeyri rus milletleri idare edir- bunlar da ayılanda ellerine bir kağız oarçSı vetirler ki oxu .Oxuyur ve mükafat olaraq bir yarım araq ve müellim qotov na zavtraşnıy den

Son yazılar