( Ən son məlumatlar üstdə olanlardır)
Mitinqdə son olaraq çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, necə ki bayrağımızda ulduzumuz ayparamıza sığınıb, xalqımız da bayrağını başı üzərində qaldırıb azadlıq və demokratiya uğrunda mübarizəyə sarılıb. "Gün o gün olsun ərazi bütövlüyümz təmin olunsun ruhumuza hopmuş bu üçrəngli bayraq bütün yurdlarımızda dalgalansın", deyə C.Həsənli vurğuladı.
Cəmil Həsənli: «Qurucu babalarımız yoxdan bir bayraq düzəltdilər, onu ucaltdılar. Bu gün sizin başınız üstündədir. Yenə də millətimiz bu bayrağın kölgəsinə sığınıb. Millətin ruhu bayrağa hopanda, o simvoldur. Bunsuz bayraq bir bez parçasıdır».
Cemil Həsənli yol boyu divarlar çəkilməsinə işarə vurub dedi ki, hasar təfəkkürlü bu adamlar divarların yıxıldığı bir vaxtda ölkəni çəpərləmə dövrünə qaytarırlar. Azərbaycanın güclü dövlət, ordusunun da güclü olduğu haqda bəyantları xatırladan Cəmil bəy dedi ki, ərazisinin 20 faizi 20 ildir işğalda olan ölkənin ordusunun güc meyarını bunlar nə ilə ölçürlər? "Bəlkə xaricə çıxardıqları pullarala? Zülm olan yerdə dirəniş olmalıdır Eşq olsun sizlərə ki bu dirənişi təmin edirsiniz", deyə C.Həsənli vurğulayıb.
Cəmil Həsənlinin çıxış etdikdən sonra mitinqin qətnaməsi oxunub. Qətnamə oxunduqdan sonra "Koroğlu uverturası səsləndirilib və mitinq başa çatıb.
---
Çıxış edən AXCP İqtisadiyyat Komisiyasının sədri Nemət Əliyev bildirdi ki, xalq müstəqilliyini qazandıki yaxşı yaşasın. "Amma bu hakimiyyəti qəsb edənlərin bacarıqsızlığı korrupsionerliyi bizi bundan məhrum olub", deyə N.Əliyev vurğulayıb.
N.Əliyev bu cür davam edərsə ölkədə iqtisadi vəziyyət daha da pisləşəcək.
----------

O, bildirib ki, buna etiraz ediblər və işıq yandırılı. Fuad Qəhrəmanlı Azadlıq Radiosuna mitinqdə təxminən 7 min nəfərin iştrak etdiyini bildirib.
Bu arada çıxış edən "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, xalq öz hüquqları uğrunda mübarizə aparmalııdr: "Heç bir qəddar rejim xalqın gücü qarşısında dayana bilməz. Buna görə də vicdanlı və vətəndaş məsuliyyətini bilən insanlarımız öz mübarizəsilə bu hakimiyyətə qalib gələcək".
----

"Azərbaycan xalqı susmayacaq. Siz Azərbaycandan Şimali Koreya düzəldə bilməyəcəksiniz", deyə Ə.Kərimli vurğuladı.
Əli Kərimli deyib ki, 12 oktyabrda olduğu kimi bu mitinqlə də həbsdə olanlara sahib çıxırlar, onların arxasız olmadığını göstərmək istəyirlər:«Azərbaycan hökumətinə mesajlarımız var: Sənin şərləyib tutduğun adamları «cinayətkar» hesab etmirik, əksinə, onları bağrımıza basıb siyasi məhbuslarımıza sahib 
Daha sonra Əli Kərimli deyib ki, Azərbaycanda Belorusdan iki dəfə artıq siyasi məhbus var: «Orta Asiya ilə müqayisədə bizdə siyasi məhbus daha çoxdur. Amma bu ölkələrdə müxalifət susdurulub. Azərbaycanda isə repressiyalara baxmayaraq, minlərlə adam ayaqdadır, burdadır, meydandadır!»
Əli Kərimli: «Onlar guya bizim mitinqimizə mane olmaq istədilər, mitinq tarixini noyabrın 10-dan 9-na atdılar, amma özləri də bilmədən, Bayraq günündə meydanı bizə verdilər. Bu gün meydan bizimdir, millətin gerçək övladlarınındır».
--

Namizəd Səfərov da siyasi məhbuslara azadlıq tələb edib.
Mitinqdə «Avropa Birliyi ilə Assosiativ saziş imzalansın», «Seçki Məcəlləsi dəyişdirilsin», «Siyasi repressiyalara son qoyulsun» və s. şüarları qaldırılıb.

----
Aksiyanın aparıcısı AXCP İlham Hüseyn bildirdi ki, bu gün iki qat əlamətdar gündür. Çünki bu gün eyni zamanda Azərbaycan xalqı Bayraq Günün qeyd edir. Bayraqla bağlı şeir deyən İ.Hüseyn vurğuladı ki, Milli Şuranın aksiyasının bu günə təsadüf etməsi mübarizə əzmini daha da artırır.
--------

Mitinq təşkilatçılarından olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tribunadan polis əməkdaşlarına müraciət edərək qeyd edib ki, polis jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olmamalıdır. Yalnız aksiya iştirakçıların təkidli tələbindən sonra polis juranalistlər üçün müəyyən etdiyi "yeni qaydanı" ləğv edib.
Aksiya iştirakçıları meydanda "azad et", "siyasi məhbuslara azadlıq" şüarı səsləndirməkdədir.
-----

Xatırladaq ki, Milli Şuranın bu günkü mitinqinin keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Hazırda aksiyanın keçirilməsi üçün son təşkilati işlər görülməkdədir. Səs gücləndiricilər və çıxışçılar üçün tribuna hazır vəziyyətə gətirilib. İştirakçılar meydana daxil olmaqdadır.


















Şərhlər